Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Noyabr » 5 » Azərbaycanda yalnız bir ali məktəbdə olan ixtisaslar digərlərində də yaradılacaq
Azərbaycanda yalnız bir ali məktəbdə olan ixtisaslar digərlərində də yaradılacaq
19:59

Dünya Bankı (DB) Azərbaycanda həyata keçirəcəyi “Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi”nin hazırlanması üçün hazırlıq işləri aparır.

Təhsil Nazirliyində “Azərbaycanın təhsil sektorunun inkişafı layihəsi”nin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov APA-ya bildirib ki, bu işə beynəlxalq və milli məsləhətçilər cəlb olunub. Hazırda layihənin hazırlanması üçün tədqiqatlar aparılır. Dekabrda isə işçi qaydada seminarın keçirilməsi nəzərdə tutulur. Seminarda layihənin istiqamətləri müzakirə ediləcək. Layihədə ali təhsil sistemində müstəqil maliyyələşdirmə mexanizminin tətbiqi ilə bir çox komponentlər daxil ediləcək. Eyni zamanda, layihə çərçivəsində universitetlərə qrantların verilməsi nəzərdə tutulur: “Bu da yeni maliyyələşdirmə mexanizmindən irəli gələn məsələlərdən biridir. Elə ixtisaslar var ki, yalnız bir universitetdə var. Ona görə digər universitetlərə də şərait yaradılmalıdır ki, yeganə olan həmin ixtisaslar üzrə təhsil proqramları hazırlasınlar və təklif etsinlər. Bu gün yalnız bir universitetdə olan ixtisasların sayı artırılaraq digər məktəblərdə də olmalıdır. Bu məqsədlə biz universitetlərə qrantlar vermək fikrindəyik”.
E. Rüstəmov deyib ki, layihənin icrasına 2011 və ya 2012-ci ildən başlanıla bilər. Gələn ilin martında layihənin ilkin variantının hazır olacağı gözlənilir. Layihənin dəyəri hələ müəyyənləşdirilməyib.

Kateqoriya: Tehsil | Baxılıb: 675 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Noyabr 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024