Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Avqust » 28 » Azərbaycanda ucqar kəndlərdəki orta məktəblərdə işləyəcək gənc müəllimlər üçün nəzərdə tutulan güzəştlər artırılır
Azərbaycanda ucqar kəndlərdəki orta məktəblərdə işləyəcək gənc müəllimlər üçün nəzərdə tutulan güzəştlər artırılır
11:30

2010-2011-ci tədris ili üçün Azərbaycanın orta məktəblərinin həvəsləndirmə tədbirləri tətbiq ediləcək vakant yerlərində işləmək istəyən pedaqoji ixtisaslı gənc mütəxəssislər sentyabrın 15-dək Təhsil Nazirliyinə müraciət edə bilərlər.

Nazirlikdən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin bu ilin aprelində imzaladığı «Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərinin müəyyən edilməsi haqqında» yeni qərar əsasında gənc mütəxəssislərə tətbiq olunan maliyyə vəsaitləri artırılıb, ipoteka kreditlərinin verilməsi məsələsi nəzərdə tutulur. Qərara əsasən, güzəştlər dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti orta məktəbdə davam etdirən, pedaqoji məktəbi bitirmiş gənclərə şamil edilir. Həmin gənclərə yol, əmlakın daşınması üçün nəqliyyat xərcləri, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya veriləcək. Eyni zamanda, işə yeni başlayanların yaşayış sahələrinə ehtiyacları ödəniləcək, torpaq sahələri ayrılacaq, ipoteka kreditləri veriləcək.
Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən orta məktəblərdə əmək fəaliyyətinə başlayan hər bir müəllimə qeyd edilən həvəsləndirmə tədbirləri ilə yanaşı, onlara həm də 3 il müddətində 70 manat məbləğində aylıq əmək haqqına əlavə ödəniləcək. Başqa sözlə, 20 km-dək məsafədə yerləşən məktəblərdə fəaliyyət göstərənlərə ayda 40, 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə dövlət sifarişinə uyğun işləyənlərə ayda 110 manat maliyyə vəsaiti ödəniləcək.

Kateqoriya: Tehsil | Baxılıb: 734 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024