Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə elan olunub. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.
"Təhsil Nazirliyi imtahanı elə qurub ki, qəbul zamanı insan amili rol oynamayacaq. Yalnız elektron vasitəsilə həm sənəd qəbulu, həm test imtahanları keçiriləcək", - Mərdanov deyib.
Orta məktəblərin təqdim etdikləri vakant yerlərə, əsasən, Bakının təhsil müəssisələrində ən çox idman, ibtidai hərbi hazırlıq, informatika müəllimlərinə ehtiyac var.
Ötən il Təhsil Nazirliyi 2009/2010-cu tədris ili üçün ümumtəhsil məktəblərində 365 vakant yerin tutulması üzrə müsabiqə keçirib. 1 044 nəfərdən yalnız 284 nəfər müəllim vəzifəsinə qəbul edilib, 81 yer isə vakant qalıb.
Azərbaycanda fəaliyyət göstərən 4 552 dövlət ümumtəhsil məktəblərində 170 minə yaxın müəllim və 1 420 mindən çox məktəbli oxuyur. 17 özəl ümumtəhsil məktəblərində 1 005 müəllim çalışır.Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə elan olunub. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.
"Təhsil Nazirliyi imtahanı elə qurub ki, qəbul zamanı insan amili rol oynamayacaq. Yalnız elektron vasitəsilə həm sənəd qəbulu, həm test imtahanları keçiriləcək", - Mərdanov deyib.
Orta məktəblərin təqdim etdikləri vakant yerlərə, əsasən, Bakının təhsil müəssisələrində ən çox idman, ibtidai hərbi hazırlıq, informatika müəllimlərinə ehtiyac var.
Ötən il Təhsil Nazirliyi 2009/2010-cu tədris ili üçün ümumtəhsil məktəblərində 365 vakant yerin tutulması üzrə müsabiqə keçirib. 1 044 nəfərdən yalnız 284 nəfər müəllim vəzifəsinə qəbul edilib, 81 yer isə vakant qalıb.
Azərbaycanda fəaliyyət göstərən 4 552 dövlət ümumtəhsil məktəblərində 170 minə yaxın müəllim və 1 420 mindən çox məktəbli oxuyur. 17 özəl ümumtəhsil məktəblərində 1 005 müəllim çalışır. [/b]