Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Noyabr » 22 » Azərbaycanda məktəb direktorları texnologiya vasitəsilə işə qəbul olunacaq
Azərbaycanda məktəb direktorları texnologiya vasitəsilə işə qəbul olunacaq
17:55

Təxminən 10 ildən sonra Azərbaycanda hər şagirdin netbukla təmin edilməsi mümkün olacaq.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, 2005-ci ildə bu işə başlayanda Azərbaycanda hər 1042 şagirdə 1 kompüter düşürdü. İndi isə hər 29 şagirdin 1 kompüteri var.

O qeyd edib ki, indiyədək Azərbaycanda İKT-nin təhsildə tətbiqi barədə 2 Dövlət Proqramı həyata keçirilib. Bu proqramlardan birincisi iki il ərzində 2007-ci ilədək reallaşdırılıb. 2008-ci ildən isə ölkə başçısının təsdiq etdiyi ikinci Dövlət Proqramı icra olunmaqdadır.

Nazir gələn ildən orta məktəb şagirdlərinə qızıl və gümüş medallar veriləcəyini söyləyib. O qeyd edib ki, özəlləşdirməyə çıxarılan bağçaların hamısı öz profili üzrə işləmir: “Amma gələcəkdə yəqin ki, işləyəcək”.

M. Mərdanovun sözlərinə görə, təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadə halları genişlənir: “Hazırda orta məktəb müəllimlərinin işə qəbulu kompüterlə həyata keçirilir. Gələcəkdə məktəb direktorlarının və digər əməkdaşların da işə qəbulu zamanı texnologiyadan istifadə ediləcək”.

Kateqoriya: Tehsil | Baxılıb: 914 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Noyabr 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024