Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Mart » 23 » Azərbaycanda ali məktəblərin dövlət sifarişli ixtisaslarına qəbul kəsirlə yerinə yetirilib
Azərbaycanda ali məktəblərin dövlət sifarişli ixtisaslarına qəbul kəsirlə yerinə yetirilib
12:53

2010-2011-ci tədris ili üçün ali məktəblərin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi üzrə qəbul planı kəsirlə yerinə yetirilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, builki tədris ilində bakalavriat səviyyəsində dövlət sifarişi üzrə qəbul planı 10 529 nəfər olduğu halda, dövlət sifarişli ixtisaslara 9 788 nəfər qəbul olunub. Nəticədə dövlət sifarişi 741 nəfər kəsirlə yerinə yetirilib. Hazırda ali məktəblərə qəbul olunan 27 612 tələbədən 9 788 nəfəri (35,4%) dövlət sifarişi, 17 824 nəfəri (64,6%) ödənişli əsaslarla təhsil alır.

Magistratura səviyyəsində dövlət sifarişi üzrə qəbul planı 2 070 nəfər olduğu halda, 1 125 nəfər qəbul olunub, nəticədə dövlət sifarişi 945 nəfər kəsirlə yerinə yetirilib.

Nazirlikdən bildirilib ki, 2010-cu ildə dövlət sifarişi üzrə kadr hazırlığının maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən 6 081 933 manat məbləğində vəsait ayrılıb. Həmin vəsait təsdiq edilmiş bölgüyə uyğun olaraq 33 ali məktəbin hesabına köçürülüb.

2010-2011-ci tədris ilində dövlət sifarişi üzrə bakalavriat və magistratura pillələrinə qəbul olmuş tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üçün 2011-ci ilin sonunadək daha 18 245 800 manat vəsait tələb olunur. Artıq bu vəsaitin ali məktəblər üzrə bölgüsünü Maliyyə Nazirliyi təsdiqləyib və icra üçün Təhsil Nazirliyinə göndərib. Bu ilin ilk yarım ili üçün ayrılmış 9 122 900 manat vəsait də 33 ali məktəbin hesabına köçürülüb.

Kateqoriya: Tehsil | Baxılıb: 756 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024