Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Aprel » 1 » Azərbaycan prezidenti bugün Xətai və Nizami rayonlarında görülən işlərlə tanış olub
Azərbaycan prezidenti bugün Xətai və Nizami rayonlarında görülən işlərlə tanış olub
20:19

Prezident İlham Əliyev bugün Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində yeni xəstəxananın tikintisi ilə bağlı, Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsində və Nizami rayonu Keşlə qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə verilmiş tapşırıqların icrası ilə tanış olmaq üçün aprelin 1-də Xətai rayonunun Əhmədli kəndində və Nizami rayonunun Keşlə qəsəbəsində olub.

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hazırlanmış sxem əsasında Əhmədli kəndində asfalt örtüyü döşənməsinə ehtiyac olan küçələr barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, müşavirədə dövlət başçısının verdiyi tapşırıqların Bakıətrafı kənd və qəsəbələrin hamısında icrasına başlanıb.

Xətai rayonunun 15 min sakini olan Əhmədli kəndində 24 min kvadratmetr yol sahəsinə yeni asfalt döşənib. Əhmədli kəndində məhəllədaxili yolların 40 min kvadratmetrlik hissəsinə isə yeni asfalt örtüyü döşənəcək. Bundan başqa, kəndin küçələrində müasir işıqlandırma sistemi qurulacaq, kanalizasiya xətləri çəkiləcək. Qeyd edilib ki, kəndin infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələr şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramına salınacaq. Əhmədli kəndində müasir xəstəxana və yeni kitabxana binalarının inşa ediləcəyi də nəzərdə tutulub. Kənddə həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olan dövlət başçısı sakinlərlə görüşüb.

Əhmədli kəndinin sakinləri ilə görüşdən sonra İ. Əliyev Nizami rayonunun Keşlə qəsəbəsinə gəlib. Keşlənin sxemi əsasında da asfalt örtüyünün döşənməsinə ehtiyac olan küçələr barədə dövlət başçısına məlumat verilib. Keşlə qəsəbəsində də abadlıq və quruculuq tədbirlərinə yolların əsaslı təmiri ilə başlanılıb. Yararsız vəziyyətdə olan qəsəbədaxili yolların 18 min 200 kvadratmetrlik hissəsinə artıq asfalt döşənib. Yolların qalan 55 min kvadratmetrlik hissəsinə isə yeni asfalt örtüyü döşənəcək. Keşlə qəsəbəsində də küçələrin işıqlandırılmasına, su və kanalizasiya sisteminin yenidən çəkilməsinə başlanılacaq. Dövlət başçısının tapşırığı ilə qəsəbənin “Qafqaz” yaşayış massivində 600 şagird yerlik yeni məktəb binası inşa olunacaq. Qəsəbədə müasir xəstəxana binasının və təcili yardım stansiyasının tikiləcəyi də nəzərdə tutulur. Görülən işlərlə yaxından tanış olan prezident daha sonra Keşlə sakinləri ilə görüşüb.

Prezidentin sərəncamlarına görə isə, Bakı şəhərinin Xətai rayonu İcra Hakimiyyətinə Əhmədli qəsəbəsində yeni xəstəxananın tikintisinə başlanılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılıb.

Bakı şəhərinin Suraxanı rayonu İcra Hakimiyyətinə Bülbülə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılıb. Prezidentin digər sərəncamı ilə Bakı şəhərinin Nizami rayonu İcra Hakimiyyətinə Keşlə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi sərəncamlarda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etməlidir.

Kateqoriya: Muxtelif | Baxılıb: 776 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024