Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) ilin ən yaxşı boksçularının adlarını açıqlayıb. Gənclər arasında dünyanın ən güclü boksçusu adını Azərbaycan yığmasının üzvü Şaban Şahpələngov qazanıb.
Həmyerlimiz mükafatını Qazaxıstanın Almatı şəhərində keçiriləcək AİBA-nın Konqresində alacaq.
Qeyd edək ki, böyüklər arasında isə Artur Beterbiyev (kişilər) və Keyt Teylor (qadınlar) planetin ən yaxşısı seçilib.