Köhnə qitə “Volkswagen Golf” və “Polo”ya daha çox üstünlük verir Bu ilin iyul ayında Avropa avtomobil bazarında ötən ilin analoji dövrü ilə müqayisədə satış 17.4 faiz azalıb. “JATO Dynamics” analitik agentliyinin ötən ay üçün apardığı sorğunun nəticələrinə görə, Avropada ən sevilən, tələb olunan və ən çox satılan avtomobil “Volkswagen Golf”dur. Amma bu modelin də satışının azaldığı müşahidə olunur.
Belə ki, ötən ay 37 min ədəd “Volkswagen Golf”” maşını alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25.4 faiz azdır. Ən çox satılan avtomobil isə “VW Polo” olub ki, bu da Avropanın ən çox satılan və alınan 3 avtomobilindən biridir. Yalnız iyul ayında avropalılar 30.1 min ədəd bu model hətçbeklərdən əldə ediblər ki, bu isə 2009-cu ilin eyni dövrü ilə müqayisədə 83.7 faiz çoxdur.
Avropanın ən çox satılan avtomobillərinin üçüncüsü “Ford Fiesta”dır ki, bu avtomobildən ötən ay Avropada 28 966 nəfər əldə edib. Bu rəqəm isə ötən illə müqayisədə 28 faiz azdır.
Bundan başqa, “Renault Clio”ya olan təlabat azalıb. Ötən ay bu model avtomobildən iyul ayında 23 453 maşın alınıb ki, bu da bir il ərzində 6.4 faiz azalma deməkdir. Avropalıların bəyənib və seçib aldığı avtomobillərin ilk onluğu isə belədir.
1. “VW Golf”
2. “VW Polo”
3. “Ford Fiesta”
4. “Renault Clio”
5. “Renault Megane”
6. “Peugeot 207”
7. “Opel Corsa”
8. “Opel Astra”
9. “Nissan Qashqai”
10. “Ford Focus”