Bu gün və sabah Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Futbol azarkeşləri bu gün 6 qarşılaşmanın şahidi olacaq.
Azərbaycanlı futbolsevər üçün daha çox yığmamızın yer aldığı A qrupunda keçiriləcək Avstriya – Belçika matçı maraq doğurur. Martın 29-da millimizlə görüşəcək Jorj Leekensin yetirmələrinin səfər sınağında büdrəməsi, komandamızın Brüsseldəki qələbə təqdirində irəliləməsinə imkan verə bilər. Günün bəzəyi olan oyunlarda isə Sloveniya, Macarıstan və Çexiya öz qruplarının lideri olan favoritləri devirməyə çalışacaq. Onlar müvafiq olaraq İtaliya, Hollandiya və İspaniya ilə görüşlərdə zirvəni ələ keçirməyə cəhd edəcək. Səfərdə oynayacaq çexiyalıların işi daha çətin görünürsə, digər 2 komanda meydan amilindən yararlana bilər.
Sabah baş tutacaq qarşılaşmalardan da biri bizim qrupumuzda baş tutacaq. Lakin aşkar favorit Almaniyanın Qazaxıstanla oyunu o qədər də maraq doğurmur. Çünki səviyyə fərqinin böyük olduğu matçın nəticəsini öncədən də proqnozlaşdırmaq olar. Lakin qrup sonuncusu olmamaq uğrunda əsas rəqibimizin yeni baş məşqçinin rəhbərliyi altında hansı duruda olması az əhəmiyyət kəsb etmir.
Sabah B qrupunda da ilk 2 pillənin sahibi üz-üzə gələcək. Lakin Rusiyanı qəbul edəcək Ermənistanın bu mövqeyi təsadüfi olduğundan qonaqların qələbə qazanmaqda çətinlik çəkəcəyi inandırıcı deyil Bu səbəbdən də Gürcüstan – Xorvatiya və Norveç – Danimarka görüşləri heç də az maraq kəsb etmir. Prinsipiallıq baxımında isə Britaniya duelinə maraq böyükdür. Daim favorit qismində olan İngiltərə ilə oyuna autsayder kimi çıxan Uels öz meydanında prinsipial matçda qonşularını büdrətməyə çalışacaq.
A qrupu
25 mart
23:30. Avstriya – Belçika
26 mart
23:00. Almaniya - Qazaxıstan
B qrupu
26 mart
19:00. Ermənistan – Rusiya
23:00. Andorra – Slovakiya
23:45. İrlandiya - Makedoniya
C qrupu
25 mart
23:30. Serbiya – Şimali İrlandiya
23:30. Sloveniya - İtaliya
D qrupu
25 mart
00:00. Lüksemburq - Fransa
26 mart
22:15. Bosniya və Herseqovina – Rumıniya
23:00. Albaniya – Belarus
E qrupu
25 mart
23:30. Macarıstan - Hollandiya
F qrupu
26 mart
21:00. Gürcüstan – Xorvatiya
22:05. İsrail – Latviya
23:30. Malta - Yunanıstan
G qrupu
26 mart
19:00. Uels – İngiltərə
20:45. Bolqarıstan – İsveçrə
H qrupu
26 mart
22:00. Kipr – İslandiya
23:00. Norveç - Danimarka
I qrupu
25 mart
01:00. İspaniya - Çexiya
apasport.az