Dünən Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin əsas hissəsində iştirak edən 48 komanda 12 qrupa bölünüb.
Qonşu Türkiyənin yeganə təmsilçisi “Beşiktaş”ın bəxti gətirməyib. Belə ki, L qrupunda yer alan istanbullular I səbətdən çıxan “Porto” ilə qarşılaşacaqlar. Onlar Bolqarıstanın MOİK və Avstriyanın “Rapid” komandaları ilə II yer uğrunda mübarizə aparacaqlar.
Azərbaycan çempionu “İnter”i Çempionlar Liqasından kənarlaşdırıb, sonradan özü Avroliqaya yuvarlanan “Lex” “Yuventus” və “Mançester Siti” kimi nəhənglərin favoriti olduğu A qrupunda oynamalı olacaq. Poznanlılarla yanaşı, Zalsburq təmsilçisi “Austriya” da sensasiya etməyə çalışacaq.
Avrokuboklardakı sonuncu təmsilçimiz “Qarabağ”ı hər iki oyunda məğlub edən Almaniya “Borussiya”sı yalnız 3-cü səbətdə yer almışdı. Bunun nəticəsidir ki, Yurgen Kloppun yetirmələri ilk iki səbətdən çıxan güclü rəqiblərlə qarşılaşmalı olacaq. Dortmundlular İspaniyanın “Sevilya” və Fransanın PSJ klubları ilə mübarizə aparmalı olacaqlar. “Karpatı” isə bu qrupun autsayderi sayılır.
MDB məkanında isə E qrupu daha çox maraq kəsb edir. Ukraynanın “Dinamo”, Belarusun BATE və Moldovanın “Şerif” komandaları Hollandiya təmsilçisi “Alkmaar”la mübarizə aparacaqlar.
A qrupu
1 “Yuventus” (İtaliya)
2 “Mançester Siti” (İngiltərə)
3 “Austriya” (Zalsburq, Avstriya)
4 “Lex” (Polşa)
B qrupu
1 “Atletiko” (İspaniya)
2 “Bayer” (Almaniya)
3 “Rusenborq” (Norveç)
4 “Aris” (Yunanıstan)
C qrupu
1 “Sportinq” (Portuqaliya)
2 “Lill” (Fransa)
3 “Levski” (Bolqarıstan)
4 “Gent” (Belçika)
D qrupu
1 “Vilyareal” (İspaniya)
2 “Brügge” (Belçika)
3 “Dinamo” (Zaqreb, Xorvatiya)
4 PAOK (Yunanıstan)
E qrupu
1 “Alkmaar” (Hollandiya)
2 “Dinamo” (Kiyev, Ukrayna)
3 BATE (Belarus)
4 “Şerif” (Moldova)
F qrupu
1 MOİK (Rusiya)
2 “Palermo” (İtaliya)
3 “Sparta” (Çexiya)
4 “Lozanna” (İsveçrə)
G qrupu
1 “Zenit” (Rusiya)
2 “Anderlext” (Belçika)
3 AEK (Yunanıstan)
4 “Xayduk” (Xorvatiya)
H qrupu
1 “Ştutqart” (Almaniya)
2 “Xetafe” (İspaniya)
3 “Odense” (Danimarka)
4 “Yanq Boyz” (İsveçrə)
I qrupu
1 PSV (Hollandiya)
2 “Sampdoriya” (İtaliya)
3 “Metallist” (Ukrayna)
4 “Debretsen” (Macarıstan)
J qrupu
1 “Sevilya” (İspaniya)
2 PSJ (Fransa)
3 “Borussiya” (Dortmund, Almaniya)
4 “Karpatı” (Ukrayna)
K qrupu
1 “Liverpul” (İngiltərə)
2 “Styaua” (Rumıniya)
3 “Napoli” (İtaliya)
4 “Utrext” (Hollandiya)
L qrupu
1 “Porto” (Portuqaliya)
2 “Beşiktaş” (Türkiyə)
3 MOİK (Bolqarıstan)
4 “Rapid” (Avstriya)