Avropa Liqasında ¼ final mərhələsinin ilk oyunları keçirilib. Dünən Futbol üzrə Avropa Liqasında ¼ final mərhələsinin ilk oyunları keçirilib. Dörd qarşılaşmadan üçündə böyük hesab qeydə alınıb.Portuqliyanın iki təmsilçisi böyük hesabla qalib gəldi, Hollandiyanın iki təmsilçisi isə darmadağın oldu. Rusiyanın liqadakı yeganə təmsilçisi “Spartak” “Portu”ya məğlub olub - 5:1. İspaniya “Villarreal”ı öz meydanında “Tvente”ni eyni hesabla məğlub edib. “Benfika” və PSV klublarının görüşü isə birincilərin 4:1 hesablı böyük qələbəsi ilə başa çatıb. Digər ¼ oyununda isə bərabərlik qeydə alınıb. Kiyevdə “Dinamo” və “Braqa” klubları hərəyə bir qol vurublar.Bu oyunda Andrey Şevçenko meydançadan qovulub. İkinci hissədə meydana daxil olan Şevçenko 15 dəqiqədə 2 sarı vərəqə alıb. Beləliklə, “Dinamo”nun kapitanı aprelin 14-də keçiriləcək cavab görüşündən məhrum olub.
“Benfika” (Portuqaliya) - PSV (Hollandiya) - 4:1
Pablo Aymar, 37. Eduardo Salvio, 45; 51. Xavyer Saviola, 90 - Zakaria Labyad, 80
“Portu” (Portuqaliya) – “Spartak” (Moskva, Rusiya) - 5:1
Radamel Falkao, 37; 90. Silvestre Varela, 65. Maykon, 70. Ceyms Rodriges, 84 - Kirill Kombarov, 71
“Vilyarreal” (İspaniya) – “Tvente” (Hollandiya) - 5:1
Karlos Marçena, 23. Borxa Valero, 43. Nilmar, 45; 80. Cüzeppe Rossi, 55 - Mark Yanko, 90.
“Dinamo” (Kiyev, Ukrayna) – “Braqa” (Portuqaliya) - 1:1
Andrey Yarmolenko, 6 - Oqnyen Vukoyeviç, 14-öz qapısına
Qırmızı vərəqə: Andrey Şevçenko, 61 (“Dinamo”)