Avro-2012-nin seçmə mərhələsində IV turun oyunları keçirilib. Günün 22 matçından yalnız İtaliya – Serbiya qarşılaşması yarımçıq qalıb.Qalan görüşlərə gəldikdə, Almaniya, Hollandiya və İspaniya qələbə seriyalarını davam etdiriblər. Bundestim səfərdə Qazaxıstanı 3 cavabsız qolla yenib. Bununla da baş məşqçi Yoahim Lövün komandası aktivindəki qolların sayını 13-ə çatdırıb. Almaniya millisi 4 matçda qapısından cəmi 1 qol buraxıb ki, bu da məhz Azərbaycanı 6:1 hesabı ilə məğlub etdiyi qarşılaşmaya təsadüf edib. “Narıncılar” öz meydançasında İsveçi darmadağın ediblər. Son Avropa və dünya çempionları isə səfərdə Şotlandiyadan üstün olublar.
Əvəzində İngiltərə ilə Çernoqoriya öz aralarındakı matçı qolsuz heç-heçə ilə tamamlayaraq, ilk dəfə xal itkisi ilə üzləşiblər. Avstriya da ardıcıl 2 qələbədən sonra səfərdə Belçikaya məğlubiyyətdən son anda qurtulub. Bu görüşdə qapılara 8 qol vurulub.
Yığmamız Türkiyə üzərində qələbə sayəsində xalsız komandalar sırasından qurtulub. Qazaxıstan, Andorra, Farer adaları, Finlandiya, San-Marino, Malta, Uels, İslandiya və Lixtenşteyn isə hələ də xalsızdır.
Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının yer aldığı qrupun aşkar favoriti olan Almaniya yığması 100 faizli göstəricisini davam etdirir. Özü də Bundestimin dalbadal 3-cü qələbəsi də böyük hesablı olub.
Ən məhsuldar oyun da qrupumuzda olub. Belçika və Avstriya yığmaları arasında Brüsseldəki görüşdə qapılara 8 qol vurulub.
İtaliya və Serbiya yığmalarının görüşü artıq ilk dəqiqələrdə yarımçıq dayandırılıb. Buna İtaliyaya gələn serbiyalı azarkeşlərin aqressiv hərəkəti səbəb olub. Son dünya çempionu olan İspaniya Şotlandiyada çətin qələbə qazanıb. Onlar hesabda iki top irəlidə olsalar da, meydan sahibləri Pikenin də avtoqolu sayəsində 8 dəqiqəyə tarazlığı bərpa ediblər. Bundan əvvəl Litva yığması ilə ev oyununda dubl edən hücumçu Loryente yenə qəhrəman olub və qələbə topuna imza atıb.
Günün ən böyük sensasiyası isə Londonda qeydə alınıb. İngiltərə yığması evdə Çernoqoriyanın qapısına yol tapa bilməyərək, vacib iki xal itirib. Düzdür, onu da nəzərə alaq ki, yığmamızın növbəti yoldaşlıq görüşündə rəqibi olan Çernoqoriya hələ ki uduzmayıb və əbəs yerə qrup lideri olmadığını İngiltərə kimi güclü rəqiblə səfər oyununda da sübut edib.
A qrupu
Azərbaycan – Türkiyə - 1:0
Sadıqov, 38
Qazaxıstan – Almaniya – 0:3
Kloze, 49, Qomes, 76, Podolski, 85
Belçika – Avstriya – 4:4
Vossen, 11, Fellaini, 47, Oqunjimi, 87, Lomberts, 90 - Şimer, 14, 62; Arnautoviç, 29, Xernik, 90+3
B qrupu
Ermənistan – Andorra – 4:0
Kazaryan, 4, Mxitaryan, 16, Movsisyan, 33, Markos, 52
Slovakiya – İrlandiya – 1:1
Düritsa, 36 – Sent-Lejer, 16
Makedoniya – Rusiya – 0:1
Kerjakov, 8
C qrupu
Estoniya – Sloveniya – 0:1
Sidorenkov, 66 - avtoqol
İtaliya – Serbiya – oyun 7-ci dəqiqədə dayandırılıb
Farer adaları – Şimali İrlandiya – 1:1
Holst, 60 – Lafferti, 76
D qrupu
Belarus – Albaniya – 2:0
Rodionov, 10, Krivets, 76
Fransa – Lüksemburq – 2:0
Benzema, 22, Qurkyuff, 76
E qrupu
Finlandiya – Macarıstan – 1:2
Forssell, 86 – Salai, 50, Cucak, 90+5
Hollandiya – İsveç – 4:1
Huntelaar, 4, 55, Afellay, 37, 59 – Qrankvist, 69
San Marino – Moldova – 0:2
Josan, 20, Doroş, 86-pen
F qrupu
Latviya – Gürcüstan – 1:1
Tsaunya, 90+1 – Siradze, 74
Yunanıstan – İsrail – 2:1
Salpingidis, 22, Karaqunis, 63-pen – Spiropulos, 59-öz qapısına
G qrupu
İsveçrə - Uels – 4:1
Ştoker, 8, 89, Ştreller, 21, İnler, 82-pen - Beyl, 13
İngiltərə - Çernoqoriya – 0:0
H qrupu
Danimarka – Kipr – 2:0
Rasmussen, 48, Lorentsen, 81
İslandiya – Portuqaliya – 1:3
Helquson, 17 – Ronaldo, 3, Meyreleş, 27, Poştiqa, 72
I qrupu
Lixtenşteyn – Çexiya – 0:2
Netsid, 12, Kadlets, 29
Şotlandiya – İspaniya – 2:3
Neysmit, 58, Pike, 66-öz qapısına - Vilya, 44, İnyesta, 55, Loryente, 79
Digər qitə təmsilçiləri qüvvələrini yoxlama matçlarında sınayıblar. Lakin Avro-2012-nin seçmə mərhələsində son turunu buraxan köhnə dünya təmsilçiləri də meydana çıxıblar.
Xorvatiya yığması Norveçlə qarşılaşmada çətin qələbə qazanıb – 2:1. Bolqarıstan və Polşa milliləri isə digər qitə təmsilçiləri ilə fərqli nəticələrə imza atıb. Bolqarlar asiyalı rəqiblərini üstələyə bilibsə, polşalılar cənubi amerikalı rəqiblə heç-heçə edib. Ən məhsuldar oyun isə Özbəkistan və Bəhreyn arasında qarşılaşma olub. Postsovet məkanı təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.
Yeni Zelandiya – Paraqvay – 0:2
İndoneziya – Maldiv adaları – 3:0
Filippin – Makao – 5:0
Cənubi Koreya – Yaponiya – 0:0
Çin – Uruqvay – 0:4
Tayvan – Honkonq – 1:1
Küveyt – Vyetnam – 3:1
Oman – Çili – 0:1
BƏƏ – Anqola – 0:2
Bəhreyn – Özbəkistan – 2:4
Səudiyyə Ərəbistanı – Bolqarıstan – 0:2
Qətər – İraq – 1:2
Xorvatiya – Norveç – 2:1
Ekvador – Polşa – 2:2
ABŞ – Kolumbiya – 0:0
Kosta Rika – Salvador – 2:1
Meksika – Venesuela – 2:2
Panama – Peru – 1:0
Qvatemala – Honduras – 0:2