Avro-2012-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azərbaycan milli komandası meydana çıxmasa da yığmamızın yer aldığı A qrupunda 2 oyun keçirilib. A qrupunda Avstriya milli komandası belçikalıları sınağa çəkiblər. Martın 29-da millimizlə qarşılaşacaq Jorj Leekensin yetirmələri səfərdə 3 xala seviniblər. Onlar rəqib qapısından 2 cavabsız top keçirməklə turnir cədvəlində mövqelərini də yaxşılaşdırıblar.
Almaniya futbolçuları Qazaxıstanla qarşılaşmada rəqibi darmadağın ediblər – 4:0. Bu qələbə ilə Bundestim zirvədəki mövqeyini daha da möhkəmlədib.
A qrupu
Avstriya – Belçika – 0:2
Almaniya – Qazaxıstan – 4:0
B qrupu
Ermənistan – Rusiya – 0:0
Andorra – Slovakiya – 0:1
İrlandiya – Makedoniya – 2:1
C qrupu
Serbiya – Şimali İrlandiya – 2:1
Sloveniya – İtaliya – 0:1
D qrupu
Lüksemburq – Fransa – 0:2
Bosniya və Herseqovina – Rumıniya – 2:1
Albaniya – Belarus – 1:0
E qrupu
Macarıstan – Hollandiya – 0:4
F qrupu
Gürcüstan – Xorvatiya – 1:0
İsrail – Latviya – 2:1
Malta – Yunanıstan – 0:1
G qrupu
Uels – İngiltərə - 0:2
Bolqarıstan – İsveçrə - 0:0
H qrupu
Kipr – İslandiya – 0:0
Norveç – Danimarka – 1:1
I qrupu
İspaniya – Çexiya – 2:1