Fəlakət bölgəsindəki məzunlar isə attestatı qəbul üçün nəzərdə tutulmuş vaxtadək alacaqlar
Daşqın bölgəsində buraxılış imtahanlarından azad edilmiş məktəblərdə təhsil alan 11-ci sinif şagirdlərinə attestatın verilməsi ali məktəblərə qəbul üçün nəzərdə tutulmuş vaxtadək başa çatacaq.
Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, iyunun 24-25-dək bütün məzunların attestatı onların özlərinə çatdırılacaq.
Misir Mərdanov deyib ki, iyunun 7-də qərb bölgəsində 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri dünən bəlli olub. Həmin bölgədə dünən 9-cu siniflər üçün imtahanlar keçirilib və onun nəticələri bugün bilinəcək. Amma bütün nəticələr ictimaiyyətə imtahan prosesi başa çatdıqdan sonra elan olunacaq.