Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Aprel » 28 » Ali təhsil pilləsinin dövlət standartı təsdiqləndi
Ali təhsil pilləsinin dövlət standartı təsdiqləndi
22:34

Dövlət standartının qüvvədə olma müddəti 6 ildir

Nazirlər Kabineti "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nı təsdiqləyib. Baş nazir Artur Rasi-zadənin imzaladığı qərara görə, bu proqram "Təhsil haqqında" qanuna uyğun hazırlanıb və ali təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla, müəyyən dövr üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.

Dövlət standartı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur. Onun qüvvədə olma müddəti 6 ildir.

Ali təhsilin məzmununa və təşkilinə dair minimum tələblər aşağıdakılardır:

-təhsil alanlarda (tələbələrdə) müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;
-öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;
-təhsil alanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatının daha səmərəli ödənilməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabərimkanlı olmasını təmin etmək;
-yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;
-cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;
-təhsil müəssisəsində tədris prosesinin təhsil alanların və təhsil verənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsil alana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Təhsil müəssisələrinin imkanları nəzərə alınaraq, təlim xarici dillərdə də aparıla bilər.

Ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.) aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında "Təhsil haqqında" qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə olunur. Ali təhsil müəssisəsinin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şura seçkili orqandır. Elmi Şuranın yaradılması və fəaliyyəti Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında" Əsasnamə və təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.
Ali təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən rektor həyata keçirir.

Ali təhsil müəssisələrində mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir:
- bakalavriat (tibb təhsili istisna olmaqla);
- magistratura (tibb təhsili istisna olmaqla);
- doktorantura.

Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:
- əyani;
- qiyabi;
- distant (məsafədən);
- sərbəst (eksternat).

Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir.

Tibb təhsili təhsil proqramlarına və dövlət standartlarına uyğun olaraq, əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə ixtisas dərəcələri verilir.

Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir.
Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsialanların biliyi aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı - "qeyri-kafi" - F
51-60 bal - "qənaətbəxş" - E
61-70 bal - "kafi" - D
71-80 bal - "yaxşı" - C
81-90 bal - "çox yaxşı" - B
91-100 bal - "əla" - A

Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.

Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.Tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyası) ibarətdir. Akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.

Kateqoriya: Tehsil | Baxılıb: 1419 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Axtarış

Dost saytlar

Statistika

online 8
Qonaqlar 8
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024