Başlıq » 2010»Avqust»16 » Ali təhsil haqqında» qanun layihəsinin ilkin variantı hazırdır
Ali təhsil haqqında» qanun layihəsinin ilkin variantı hazırdır
17:18
«Ali təhsil haqqında» qanun layihəsinin ilkin variantı hazırdır. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib.
Ş.Hacıyev bildirib ki, «Ali təhsil haqqında» qanun layihəsi sahəvi qanun olmaqla ali təhsil sferasında olan münasibətlərin tənzimlənməsi üçün hüquqi baza rolunu oynayacaq. Qanun layihəsi «Təhsil haqqında» qanunda müəyyən edilmiş ümumi prinsiplərdən çıxış etməklə ali təhsilin təşkili və idarə olunması sistemini, ali təhsilin hər bir səviyyəsində (bakalavriat, magistratura və doktorantura) tədrisin təşkili və səviyyələr arasında üzvi bağlılığın təmin olunması mexanizmini, ali təhsil müəssisələrinin hüquqi statusunu, ali təhsilin yeni maliyyələşdirmə sistemini, ali təhsil müəssisələrində elmlə tədrisin effektiv vəhdətinin bərqərar olunmasını müəyyən edir.
Komitə sədrinin sözlərinə görə, ali təhsilimizin Boloniya prosesinin tələblərinə tam uyğunlaşdırılması və ali məktəblərin dünyanın aparıcı universitetləri ilə rəqabət apara biləcək səviyyəyə çatdırılması baxımından bu qanun mühüm əhəmiyyət kəsb edir.