Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 1 » Ali məktəblərə sənəd qəbulu başa çatdı
Ali məktəblərə sənəd qəbulu başa çatdı
19:32

İmtahanlarda iştirak etmək üçün 115 min 855 abituriyent elektron ərizəsini təsdiqləyib

2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu bu gün başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən ilkin məlumatlara əsasən, Sənəd Qəbulu Komissiyalarında 115855 abituriyent “Elektron ərizə”sini təsdiq etdirib. Qeyd edək ki, ötən il bu rəqəm 116520 idi.

I ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 37153 abituriyent, II ixtisas qrupu üzrə 28884, III ixtisas qrupu üzrə 33696, IV ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 16122 abituriyent “Elektron ərizə” sini təsdiq etdirib.

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən 7574 abituriyent Qabiliyyət İmtahan Komissiyalarında qeydiyyatdan keçib.

Onlardan 103714 nəfəri Azərbaycan bölməsinə, 12141 nəfəri isə rus bölməsinə sənəd verib.

Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən iyunun 1-dək internet vasitəsilə elektron ərizə doldurmuş və aprelin 30-dan iyunun 1-dək müvafiq sənəd qəbulu komissiyasına tələb olunan sənədləri təqdim etməklə ərziələrini təsdiq etdirmişlər.

Ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2010-cu il 2-ci sayında dərc olunmuşdur. Həmçinin ərizə qəbulu elanı, ərizə qəbulu prosesi ilə bağlı bütün məlumatlar müntəzəm olaraq TQDK-nın internet saytında yerləşdirilmişdir.

Ərizə qəbulu üçün nəzərdə tutulmuş son müddət mayın 31-də başa çatmalı olsa da, TQDK rəhbərliyi elektron ərizə doldurmuş, lakin SQK-da təsdiq etdirməmiş abituriyentlərin olduğunu nəzərə alıb, ərizələrin qəbulunun 1 iyun 2010-cu il saat 17-dək aparılması barədə qərar qəbul etmişdir.

İlkin statistik məlumatlara əsasən Sənəd Qəbulu Komissiyalarında 115855 abituriyent elektron ərizəsini təsdiq etdirmişdir (2009-cu ildə 112875).

Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat:
Bolmə - I qrup - II qrup - III qrup - IV qrup - Cəmi
Azərbaycan - 33728 - 25149 - 30167 - 14670 - 103714
Rus - 3425 - 3735 - 3529 - 1452 - 12141
Cəmi - 37153 - 28884 - 33696 - 16122 - 115855

Kateqoriya: Tehsil | Baxılıb: 755 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024