Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 9 » Ağstafa Rayonu
Ağstafa Rayonu
11:56

Məlumatlar
İqtisadi rayon: Gəncə-Qazax iqtisadi rayonu
Ərazi: 1504 (km2)
Əhali: 78,983 nəfər
Əhali sıxlığı: 50 (nəfər/km2)
Şəhərlərin sayı: 1
Qəsəbələrin sayı: 9
Kəndlərin sayı: 29
Nəqliyyat vasitəsi kodu: 05
Telefon kodu: 244
Poçt kodu (Mərkəzi PŞ): AZ 0500
Yaşayış məntəqələrinin sayı 29 kənd, 9 qəsəbə
İcra başçısı: Cümşüd Musayev
İnternet saytı:

Ağstafa şəhəri - Azərbaycanda Ağstafa rayonunun mərkəzi. Bakı ilə arasında məsafə 461 km, əhalisi 75300 nəfərdir. Nə ilə getmək olar - Avtonəqliyyatla - Bakı – Ağstafa avtobusları – 10 saat; Qatarla - Bakı – Qazax, Bakı – Ağstafa, Bakı – Tbilisi – 11 saat.

Rayonda aşıq sənəti, xalçaçılıq və sair sahələrdə əvvəlki nəsillərin topladıqları mədəni irsin qorunub saxlanılmasına qayğı göstərilir. Rayonun inzibati mərkəzi Ağstafa şəhəri Gürcüstan sərhəddinin yaxınlığında yerləşir. Bu şəhər 1914-cü ildə dəmir yolu qovşağı kimi inşa edilmişdir. Bu dəmir yolu düz Tbilisiyə qədər davam edir. Gürcüstan Respublikasının ərazisi ilə Ağstafa Qırmızı Körpü vasitəsilə bir-birindən ayrılır.

Ağstafa sakit şəhəridir. Şəhərin mərpkəzimndəki səliqəli parkda restoranlar, çayxanalar və kinoteatr var. Ağstafa şəhərindən 20 km məsafədə mənzərəli bir yerdə dağlar və meşələr qoynunda yerləşən Tatlı kəndi oradakı Qələmçə bulağı ilə məşhurdur. Bulağın ətrafındakı ərazi istirahət üçün çox münasib yerdir.

Ağstafa - Azərbaycanda rayon. Ağstafa rayonu 1939-cu ildə təşkil olunub, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1991-ci ildə yenidən müstəqil rayon olmuşdur. Bakı-Tbilisi dəmir yolu rayonun ərazisindən keçir.

Ağstafa rayonunun ərazisi 1504 kv. km, əhalisinin sayı 2010-cü ilin yanvarın 1-nə olan statistik məlumata görə 78700 nəfərdir.

Sərhəd rayonlar, ölkələr və ərazilər
Gürcüstan Respublikası , Ermənistan Respublikası, Tovuz və Qazax rayonları.

Coğrafiyası
Rayon Azərbaycanın qərbində, Böyük Qafqaz dağlarının ətəklərində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Rayonun iqlimi mülayimdir. Azərbaycanın ən böyük çayı olan Kür və Kürün qolu – Ağstafaçay, eləcə də bir neçə kiçik çay bu rayonun ərazisindən axır. Candargöl gölü də bu rayonda yerləşir. Kürün sahilində tuğay meşələrini qoruyub saxlamaq məqsədilə yaradılmış «Qarayazı» qoruğu sahilində yerləşir.

Ağstafa rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində yerləşir. Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir.

Rayon ərazisinin 3510 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı "Qırmızı kitab"a düşmüş bir sıra bitki və quşlar qorunur.

Tarixi
Tədqiqatçıların fikrincə Azərbaycanın təbii-coğrafi mühiti, relyefi, ən azı üç milyon il bundan əvvəl formalaşıb və ən qədim insanın yaranması, formalaşması üçün əlverişli şərait olubdur. Ərazidən tapılan qədim paleolit abidələri bu bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir. Töyrətəpə, Şomutəpə, Qarğalar təpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar e.ə. VI-V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin düzəldiyini aşkar etmişdir.
Hazırda rayonun Aşağı Göyçəli kəndi ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə yaşayış yeri, Dağ Kəsəmən kəndi ərazisində tunc-ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri və qəbiristanlıq (Çoban daşı) kimi dünya əhəmiyyətli abidələr mövcuddur.

Ağstafa rayonu inzibati rayon kimi 1939-cu ilin yanvarın 24-də təşkil olunmuş, 1959-cu il dekabrın 4-də ləğv edilib Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprelindən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qazax rayonundan ayrılaraq yenidən rayon statusu almışdır. Ağstafa rayonu bir şəhər, doqquz qəsəbə və iyirmi doqquz kənddən ibarətdir. 1990-cı ildə Ağstafa rayonu inzibati vahid kimi Qazax rayonunun tərkibindən ayrıldıqdan sonra yaşayış məntəqələrinin bir neçəsinin adı dəyişdirilmişdir. Uzun illər Sovet dövrünün partiya xadimlərinin adını daşıyan və Sovet hakimiyyətini tərənnüm edən yaşayış məntəqələrinin adları yeni adlarla əvəz olunmuşdur. Belə ki, Kalininkənd, İskra, Marsovka, Oraq-Çəkic, V.İ.Lenin adına qəsəbə kimi yer adları dəyişdirilərək, xalqın inkişaf tarixinə və mədəniyyətinə uyğun adlarla əvəz olunmuşdur:

Kalininkənd - Vurğun qəsəbəsi adı ilə (1990-cı il),
Kirovkənd - Həsənsu kəndi adı ilə (1990-cı il),
Yenikənd - Aşağı Kəsəmən kəndi adı ilə (1990-cı il),
Marsovka - Xətai kəndi adı ilə (1992-ci il)),
Oraq-Çəkic - Qaçaq Kərəm kəndi adlandırılmış,
V.İ.Lenin adına qəsəbə Böyük Kəsik kəndi ilə birləşdirilmişdir.
2004-cü ildə rayonun inzibati bölgüsündə dəyişiklik edilərək yeni yaşayış məntəqələri qeydiyyata alınmışdır. Uzun illər Xutor adlanan yaşayış məntəqəsi Ağgöl adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.

Abidələri
Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr var. Onların arasında Aşağı Göyçəli kəndindəki Töyrətəpə adlı, tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu – dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.

Bu cür abidələrlə rayonun başqa yerlərində da rast gəlmək olar. Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş dövrü), tunc və dəmir dövrlərinə aid Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haca Dağ Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtpə qədim yaşayış yerləri. Tatlı, Yuxarı Göyçəli, Həsənsu, Aşağı Göyçəli kəndlərini də qeyd etməliyik.

Arxeoloji qazıntılar zamanı bu ərazidə tapılmış küpələr, boyunbağılar, kasalar, vazalar, müxtəlif məişət əşyaları yerli diyarşünaslıq muzeyində saxlanır. Memarlıq abidələri xüsusi maraq doğurur: XVII əsrə aid qüllə, Qıraq Kəsəmən kəndində XIX əsrə aid məscidlər, Kolxəlfəli, Qarahəsən, Dağ Kəsəmən və başqa kəndlərdə XIX əsrdə tikilmiş məscidlər və s.

Tarixi və memarlıq abidələrinin siyahısı
Daş dövrünə aid olan abidələr:

1. Paleolit düşərgəsi yaşayış yeri (paleolit) - Köçəsgər kəndi
2. Açıq paleolit düşərgəsi (paleolit) - Tatlı kəndi
3. Töyrətəpə yaşayış yeri (neolit - tunc dövrü) - Aşağı Göyçəli kəndi
4. I Şomutəpə yaşayış yeri (neolit) - Ağstafa şəhəri
5. Qarğalar təpəsi yaşayış yeri (neolit) - Qırılı kəndi
6. Arzamastəpə yaşayış yeri (neolit) - Vurğun qəsəbəsi
7. Molla Nağı təpəsi (daş dövrü - eneolit) - Köçəsgər kəndi
8. Kiçik təpə yaşayış yeri (daş, eneolit və tunc) - Aşağı Göyçəli kəndi
9. Çəpiiş təpəsi yaşayış yeri (eneolit - tunc) - Həsənsu çayının ətrafı
10. Çinlitəpə yaşayış yeri (eneolit) - Tatlı kəndi

Tunc dövrünə aid olan abidələr:

1. Qədim yaşayış yeri və qəbiristanlıq (çoban daşı) (tunc - ilk dəmir dövrü) - Dağkəsəmən kəndi
2. Cantəpə yaşayış yeri (tunc) - Ağstafa şəhəri
3. Sarı qaznaq qəbiristanlığı (tunc) - Köçəsgər kəndi
4. Alcaqtəpə yaşayış yeri (tunc-dəmir) - Tatlı kəndi
5. Alcaqtəpə yaşayış yeri (tunc) - Tatlı kəndi
6. Qabaqtəpə yaşayı yeri (tunc-dəmir) - Pirili kəndi
7. Yastıtəpə yaşayış yeri (son tunc) - Ağstafa şəhəri
8. Durnatəpə yaşayış yeri (son tunc - ilk dəmir) - Köçəsgər kəndi
9. Böyüktəpə yaşayış yeri (son tunc - ilk dəmir) - Köçəsgər kəndi
10. Hasarlıtəpə yaşayış yeri (son tunc - dəmir) - Yuxarı Göyçəli kəndi
11. Sarıtəpə yaşayış yeri (son tunc - dəmir) - Yuxarı Göyçəli kəndi
12. Qoşatəpə yaşayış yeri (son tunc - dəmir) - Yuxarı Göyçəli kəndi
13. Hasarlıqala qədim yaşayış yeri (son tunc - dəmir) - Tatlı kəndi
14. II Şomutəpə yaşayış yeri (tunc - ilk dəmir) - Yuxarı Göyçəli kəndi
15. Nadir bəy təpəsi yaşayış yeri (son tunc) - Həsənsu kəndi
16. Ağalıq təpəsi yaşayış yeri (son tunc - ilk dəmir) - Ağstafa-Qazax şosse yolu
17. Arançı təpəsi yaşayış yeri (son tunc - dəmir) - Ağstafa-Dağkəsəmən yolu
18. Dəyirmantəpə yaşayış yeri (son tunc - ilk orta əsr) - Dağkəsəmən yolu
19. Ağtəpə yaşayış yeri (son tunc - antik dövr) - Aşağı Göyçəli kəndi
20. Maraltəpə yaşayış yeri (son tunc - antik) - Aşağı Göyçəli kəndi
21. Şiş Quzey piri (dəmir dövrü) - Köçəsgər kəndi
22. Nekropol (antik dövr) - Pirili kəndi

Orta əsrlərə aid olan abidələr:

1. Tatlı Alban məbədi (ilk orta əsrlər) - Yuxarı Göyçəli və Tatlı kəndləri arasında
2. Haça dağ airi tikilisi (orta əsrlər) - Köçəsgər kəndi
3. Yaşayış yeri (IV-VII əsrlər) - Dağkəsəmən kəndi
4. Kəhriz (XIX əsr) - Kolxələfli kəndi

Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri
Rayonda 35 məktəbəqədər uşaq müəssisəsi, 39 ümumtəhsil məktəbi, 13 xəstəxana və tibb mərkəzi və 40 mədəniyyət ocağı var.Rayonda 2 muzey, 49 kitabxana, 41 klub müəssisəsi və 1 uşaq musiqi məktəbi fəaliyyət göstərir.

Qəsəbələr / Kəndlər
Vurğun, Poylu, Qıraq Kəsəmən, Dağ Kəsəmən, Köçəsgər, Aşağı Kəsəmən, Zəlimxan, Tatlı, Köhnə Qışlaq, Yaradullu, Düzqışlaq, Kolayır, Pirili, Kolxəlfəli, Muğanlı, Sadıxlı, Köçvəlli, Qarayazı, Həzi Aslanov, Soyuq Bulaq, Soyuq Bulaqlar, Xətai, Yenigün, Aşağı Göycəli, Qaçaq Kərəm, Eynallı, Göycəli, Qırılı, Böyük Kəsik, Saloğlu, M.Mİkayılov adına Qoyunçuluq sovxozu.

İri yaşayış məntəqələri - Xətai,Dağkəsəmən,Sadıxlı, Pirili, Qıraq Kəsəmən, Poylu, Köçəsgər kəndləridir.

Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı
1 Ağstafa şəhər bələdiyyəsi 12055
2 Dağ Kəsəmən kənd bələdiyyəsi 6866
3 Xətai kənd bələdiyyəsi 5738
4 Köçəsgər kənd bələdiyyəsi 5223
5 Poylu kənd bələdiyyəsi 4302
6 Qırılı kənd bələdiyyəsi 3810
7 Sadıxlı kənd bələdiyyəsi 2849
8 Həsənsu kənd bələdiyyəsi 2841
9 Köçvəlli kənd bələdiyyəsi 2792
10 Tatlı kənd bələdiyyəsi 2765
11 Vurğun kənd bələdiyyəsi 2710
12 Aşağı Kəsəmən kənd bələdiyyəsi 2596
13 Muğanlı kənd bələdiyyəsi 2445
14 Göycəli kənd bələdiyyəsi 2354
15 Eynallı kənd bələdiyyəsi 2284
16 Pirili kənd bələdiyyəsi 2112
17 Aşağı Göycəli kənd bələdiyyəsi 1950
18 Qıraq Kəsəmən kənd bələdiyyəsi 1880
19 Böyük Kəsik kənd bələdiyyəsi 1791
20 Saloğlu kənd bələdiyyəsi 1440
21 Xılxına kənd bələdiyyəsi 1306
22 Qarahəsənli kənd bələdiyyəsi 1267
23 Zəlimxan kənd bələdiyyəsi 1163
24 Düzqışlaq kənd bələdiyyəsi 1075
25 Cəmi 75614

İqtisadiyyat
Azərbaycanın kənd təsərrüfatı rayonlarındandır. Əsasən heyvandarlıqla məşğul olurlar. Rayonda tikiş fabriki, kərpic-kirəmid zavodları, xalça sexi, lokomotiv deposu və başqa müəssisələr vardır.

Harada qalmaq olar
Ağstafa rayonunda fəaliyyət göstərən 2 mehmanxanadan biri «Həsən su» restoran kompleksinin tərkibindədir Tel. (50) 362 16 08.

Harada nahar etmək olar
«Həsən su», «Turist», «İncəgül», «Göyçə», «Tural», «Sərinlik», «Karvan», «Poylu», «Dəli Kür», «Tut bağı» restoranları turistlərə yüksək səviyyədə xidmətlər göstərir.

Kateqoriya: Bolgeler | Baxılıb: 2634 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024