Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Avqust » 25 » ADU Avropa Birliyinin müsabiqəsində qalib gəlib
ADU Avropa Birliyinin müsabiqəsində qalib gəlib
20:52

Təhsil sistemimiz böyük uğura imza atıb

Azərbaycan Dillər Universitetinin (ADU) “Azərbaycanda şifahi və yazılı tərcümənin tədrisi sahəsində islahatlar“ adlı layihəsi Avropa Birliyinin TEMPUS IV -cü Çağırış üzrə elan etdiyi müsabiqədə qalib gəlib. ADU-nun mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın ANS PRESS-ə verdiyi məlumata görə, qeyd olunan layihənin seçilməsi Azərbaycan təhsil sisteminin böyük nailiyyəti kimi qeyd olunmalıdır. Bu, Azərbaycandan olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyası olacaq.

Belə ki, Azərbaycan universitetlərinin bir çoxu əvvəlki dövrlərdə TEMPUS proqramında iştirak edib. Azərbaycan Dillər Universiteti də 2005 və 2006-cı illərdə TEMPUS layihələrinin iştirakçısı olub. Adıçəkilən layihədə isə Azərbaycandan olan universitet - Azərbaycan Dillər Universiteti sadəcə partnyor – iştirakçı deyil, layihənin rəhbəri ( koordinatoru ) kimi çıxış edəcək.

Qeyd edək ki, layihə 3 il müddətində nəzərdə tutulub. Layihə bütövlükdə Azərbaycanda tərcüməçilik sahəsinin inkişafını məqsəd kimi qarşısına qoyduğu üçün buraya Azərbaycan təhsil sisteminin coğrafi baxımından bütün strateji bölgələri cəlb edilib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu layihənin iştirakçı tərəflərindən biridir. Layihədə ADU və Azərbaycan Respublikasının Təhsil Nazirliyindən başqa, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı İxtisasartırma və Müəllimləri Təkmilləşdirmə İnstitutu da iştirak edir. Avropa tərəfindən isə layihəyə Fransanın Strasburq Universiteti , Almaniyanın Leypsiq Universiteti, İtaliyanın Milan Tərcüməçilik İnstitutu və Böyük Britaniyanın Esseks Universiteti cəlb edilib. Bütövlükdə layihədən 230-dan artıq tələbə, 350-dək professor - müəllim heyəti və 30-dək inzibati heyət yararlana biləcək .

Xatırladaq ki, ADU-nun təqdim etdiyi bu layihə TEMPUS proqramının Cənubi Qafqaz regionu üçün nəzərdə tutduğu məbləğin 70%-dən çoxunu təşkil edir.

Kateqoriya: Tehsil | Baxılıb: 772 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 3
Qonaqlar 3
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024