TQDK-nın rəsmi saytına istinadən verilən məlumata görə, Yasamal rayonu 225 saylı orta məktəbdə yaradılmış Sənəd Qəbulu Komissiyası həmin məktəbdə təmir işlərinin başlanması ilə bağlı Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq Yasamal rayonu 20 saylı orta məktəbdə (ünvan: Parlament prospekti, 7) fəaliyyət göstərəcək.