Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » May » 31 » 3 mindən çox abituriyent ərizəsini hələ təsdiqləməyib
3 mindən çox abituriyent ərizəsini hələ təsdiqləməyib
15:07

Sənəd qəbulunun başa çatmasına bir neçə saat qalır

2010/2011-ci tədris ili üzrə respublikanın ali və tam orta təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu bu gün başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib ki, bu gün saat 12.30-a olan məlumata görə, qəbul imtahanlarında iştirak etmək üçün 113 min 34 abituriyent elektron ərizəsini təsdiq etdirib. Onlardan 101 min 22 nəfəri Azərbaycan, 12 min 12 nəfəri isə rus bölməsinə sənəd verib.

Elnur Nağızadə bildirib ki, bu il ən çox sənəd ali məktəblərin I ixtisas qrupu üzrə verilib. Bu qrup üzrə 36 min 33 nəfər sənəd verib. III ixtisas qrupu üzrə 32 min 927, II ixtisas qrupu üzrə 28 min 31, IV ixtisas qrupu üzrə isə 15 min 803 nəfər elektron ərizəsini təsdiq etdirib. Onun sözlərinə görə, 3 mindən çox abituriyent elektron ərizələrini doldurub, amma təsdiqləməyib: “Bunun səbəbləri müxtəlif ola bilər. Mümkündür ki, abituriyentlər 9-cu sinifdə oxuyan, amma şəxsiyyət vəsiqəsi olan abituriyentlər orta təhsildən texnikumlara sənəd verib. Əvvəlki illərdə belə hallar olurdu. Sonradan həmin abituriyentlər başa düşürdülər ki, 9 illik təhsil bazasından texnikumlara sənəd qəbulu üçün indi ərizə doldurmalı deyillər. Yəni bu cür texniki yanlışlıqlara yol verən abituriyentlər də olur. Ona görə də həmin 3 min nəfərin nə qədərinin ali məktəbə daxil olmaq üçün sənəd verdiklərini müəyyən etmək çətindir. Ola bilər ki, bəzi abituriyentlər ərizələri doldurmaqla imtahanlarda iştirak etmək hüququ qazandıqlarını düşünür”.

Elnur Nağızadə elektron ərizəsini internet vasitəsilə dolduran, lakin hələ Sənəd Qəbulu Komissiyasına müraciət edib ərizələrini təsdiq etdirməyən abituriyentlərə xəbərdarlıq edir ki, bu gün saat 17.00-dək mütləq elektron ərizələrini müvafiq Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməlidirlər. Əks halda onların qəbul imtahanlarında iştirak etmək hüququ olmayacaq.

Kateqoriya: Tehsil | Baxılıb: 690 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2010  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024