Bədii gimnastlarımız əcnəbi idmançıları üstələyiblər
Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 17-ci açıq Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.
Yarışın ilk günü komandamız üçün uğurlu alınıb. Çempionatın ilk günündə təmsilçilərimizdən Dərya Sarokina, Leyli İbrahimova və Jalə Piriyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Xatırladaq ki, Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya və Özbəkistan gimnastlarının iştirak etdiyi turnirin ilk günü 2000, 2001 və 2002-ci il təvəllüdlü idmançılar mübarizə aparıblar.