Başlıq » 2010»İyuL»5 » 28 nəfər III qrup üzrə qəbul imtahanından xaric olunub
28 nəfər III qrup üzrə qəbul imtahanından xaric olunub
12:29
İmtahan zamanı 3 abituriyentin səhhətində problem yaranıb
Ötən gün III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən 33316 abituriyentdən 1500-ə yaxını imtahana qatılmayıb. Bu barədə məlumatı ANS PRESS-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə verib. Onun sözlərinə görə, iki abituriyent imtahana mobil telefon keçirməyə cəhd edib. "Onlar haqqında akt tərtib olunub və imtahana buraxılmayıblar. İmtahanın gedişini əks etdirən protokollara əsasən təxminən 28 nəfərə yaxın abuturiyent cavab kartını dəyişdirməyə cəhd göstərərkən nəzarətçilər tərəfindən aşkarlanıblar. Onlar da imtahandan xaric olunublar". E.Nağızadə növbəti imtahanlarda iştirak edəcək abituriyentləri belə hallara yol verməməyə çağırıb.
Qurum rəsmisi imtahan aparılan binaların qarşısında təcili tibbi yardım maşınlarının növbə çəkdiyini qeyd edib. Belə ki, imtahan zamanı səhəttində yaranmış problemlə bağlı üç abuturiyent həkimə müraciət edib. Onlar həkim müdaxiləsindən sonra imtahana qayıdıblar.
Xatırladaq ki, növbəti imtahan iyul ayının 11-də I ixtisas qrupu üzrə keçiriləcək.