Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 18 » 248 bakalavr magistraturaya növbəti imtahanda iştirak edə bilməyəcək
248 bakalavr magistraturaya növbəti imtahanda iştirak edə bilməyəcək
13:35

Buna səbəb isə onların müəyyən olunmuş vaxt ərzində ixtisas seçimi aparmamasıdır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir.

İmtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar 2010-cu il iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etmişlər.

Proqram seçimində 2 may 2010-cu il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar (ümumi balı 50-dən az olmayan bakalavrlar) iştirak etmişlər.

Bu hüquqa malik olan bakalavrdan 6613 nəfəri qəbul proqramını seçərək təsdiqləyib.
Onlardan 5752 nəfəri Azərbaycan bölməsinin, 861 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 3051 nəfərini oğlanlar, 3562 nəfərini isə qızlar təşkil edir. 4072 nəfər ali təhsil müəssisələrinin builki, 2541 nəfər əvvəlki illərin məzunudur. Bakalavrlardan 40 nəfəri xarici ölkə vətəndaşıdır. Ən yaşlı bakalavr 11.10.1961-ci il, ən gənci isə 01.09.1991-ci ildə anadan olub.

Qəbul imtahanı Bakı şəhərində 9, Naxçıvan şəhərində 1 binada keçirilir. İmtahanın idarə olunması üçün 45 imtahan rəhbəri, 410 nəzarətçi-müəllim cəlb olunub.

İmtahan saat 11:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək. Hər bir bakalavr öz imtahan nəticələrinə dair “məlumat vərəqi”ni internet vasitəsilə əldə edə bilər.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2010-cu il iyunun 22-dən 25-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimi aparırlar.

Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün bakalavrın iki mərhələ üzrə imtahandan topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə, bunlarla yanaşı, imtahanın birinci mərhələsində bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün tələb olunan müsabiqə şərtləri ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən ediləcəkdir.

İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır (İxtisaslaşma seçimi cədvəli “Magistr” jurnalının 2010-cu il 3-cü sayında dərc olunub).

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Qəbul aparılan ixtisaslaşmalar
Cari ildə qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayı 5252-dir (2009-cu ildə 5168). Bunlardan 2071-i dövlət sifarişi ilə qəbul aparılan ixtisaslaşmalardır.

Kateqoriya: Tehsil | Baxılıb: 788 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024