Barcelona və R. Madrid, Kral Kubokunu qazanmaq üçün qarşılaşırlar.
Bugün, yəni, 20 Aprel 2011-ci il Barcelona və R. Madrid, saat 00.30-da Kral Kubokunu qazanmaq üçün Valensiyada qarşı-qarşıya gələcək. İSPAN futbolunda mövsümün ilk kuboku bu gün sahibini taparkən, Real Madrid və Barcelona 21 il aradan sonra ilk dəfə Kral Kuboku finalında qarşı-qarşıya gələcək. Kral Kubokunda 36 dəfə ilə ən çox final oynayan komanda Real Madrid olsa da, yalnız 17-ində kuboku qaldıran Madrid komandasi, 25 dəfə ilə ən çox bu kubokun sahibi olan Barcelonanın gerisində qalır. Matç saat 00.30da Valensiyanın təxminən 50 min tamaşaçı tutumlu Mestalla Stadionunda oynanılacaq. Finalda təxminən 2 min 500 polis vəzifə yerinə yetirəcək.