Gürcüstanın paytaxtı Tbilisidə davam edən cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatında bu gün Azərbaycanın daha 3 təmsilçisi mübarizəyə qoşulur. Lent.az-ın məlumatına görə, artıq tatami üzərinə çıxan Elçin Qasımov (73 kq) və Elxan Rəcəbli (81 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.
Qasımov ilk görüşündə İhar Maşkonu (Belarus) yuka xalı ilə məğlubiyyətə uğradıb. 1/8 finalda onun rəqibi almaniyalı Mario Şendel olacaq.
Rəcəbli yarışa Tomislav Mariyanoviç (Xorvatiya) üzərində vazari xalı ilə qələbə qazanaraq, başlayıb. O da 1/8 finalda almaniyalı Ole Bişofla üz-üzə gələcək.
Qitə çempionatındakı yeganə qadın təmsilçimiz Yusubovanın da rəqibi almaniyalı Klaudia Ahrensi olacaq.
Qeyd edək ki, yarışın ilk günündə tatami üzərinə çıxan Samir Dadaşzadə (60 kq) və Ramil Qasımov (66 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.