Oktyabrın 3-də Azərbaycan Gənclərinin V Forumu keçiriləcək. Forum “Azərbaycan Gəncliyi Dövlət Proqramı “2005-2009-cu illər” çərçivəsində həyata baş tutacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən TELEBE.AZ – a verilən məlumata görə, 2000-ə yaxın seçilmiş nümayəndənin iştirak edəcəyi forumda görülən işlərin hesabatı dinləniləcək, yaradıcı və istedadlı gənclərin problemləri, gənclərin təhsili, asudə vaxtının təşkili, sosial qayğıları ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, əvvəlki keçirilən forumların qəbul etdiyi qərarlar geniş ictimaiyyətin diqqətini gənclərin problemlərinin həllinə yönəldilməsi baxımından əhəmiyyətli olub. Məsələn, “Gənc istedadlar üçün xüsusi təqaüdlər və İstedadlı gənclərin qızıl kitabının təsis edilməsi” haqqında sərəncam, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun qüvvəyə minməsi, “Uşaqların təlim tərbiyəsinin yaxşılaşdırılması və hüquqların qorunması haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən” Dövlət Proqramlarının təsdiqi, “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xarixi ölkələrdə təhsili üzrə Dövlət Proqramı ” və s müxtəlif illərdə keçirilən Forumların yekunu olaraq qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Gənclərinin Forumu 1996-cı ildən başlayaraq, hər 3 ildən bir keçirilir.
|