Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 1 » 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
11:10

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Uşaqların hüquqlarının, xüsusən sosial haqlarının qorunmasına dair beynəlxalq konvensiyalara Azərbaycan da qoşulub və hazırda ölkəmizdə yeniyetmələrin təhsil, tərbiyə, sağlamlıq və digər fundamental hüquqları məhz bu konvensiyalarla təmin edilir.

BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun birini uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi bu gün Azərbaycanda da qeyd edilir.

Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlar dövlət uşaq müəssisələrində dövlətin birbaşa himayəsi altında saxlanılır. Hazırda Azərbaycanda 55 internat, uşaq və körpələr evi fəaliyyət göstərir. Həmin müəssisələrdə isə valideyn himayəsindən məhrum olan 143 min 89 uşaq tərbiyə alır. Onların müvafiq təlim və tərbiyəsinə nəzarət Təhsil Nazirliyinin ixtiyarındadır.

Xatırladaq ki, Azərbaycanda uşaqların yerli ailələrə övladlığa verilməsinin iki qurum vasitəsilə həyata keçirilir. Belə ki, 3 yaşadək uşaqlar Səhiyyə 3-18 yaş arası uşaqlar isə Təhsil Nazirliyində mərkəzləşmiş qaydada uçota alınır. Təhsil Nazirliyində Deinstituallaşma və Uşaqların Müdafiəsi İdarə bu sahəyə nəzarət məqsədilə yeni yaradılıb. Son iki ildə Təhsil Nazirliyinin uçotunda olan 3 uşağın övladlığa verilib.

Azərbaycanda uşaqların əcnəbilərə övladlığa verilməsi məsələsi ilə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur. Komitə 2007-ci ildən bəri bu işi həyata keçirir və hər il övladlığa götürmə ilə bağlı hesabatlar hazırlanır. Həmin hesabatlara əsasən, son 3 ildə Azərbaycanda cəmi 12 uşaq xarici vətəndaşlara övladlığa verilib. Bunlardan 7-si 2007-ci ilin, 2-si 2008-ci ilin, 5-i isə 2009-cu ilin payına düşür.

Kateqoriya: Muxtelif | Baxılıb: 1176 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 3
Qonaqlar 3
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024