Təhsil Nazirliyi yeni dərs ilində məktəblilərin dərsliklərlə lazımi səviyyədə təmin olunacağını vəd edir
2010/1011-ci tədris ili üzrə respublikanın ümumtəhsil məktəbliləri üçün 111 adda dərslik çap olunub.
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Lent.az-a bildirib ki, yeni tədris ilində şagirdlərin dərsliklərlə bağlı heç bir problemi olmayacaq. Onun sözlərinə görə, məktəblilər lazımi dərsliklərlə təmin olunması üçün tələb olunan sayda dərslik çap olunub.
Şöbə müdiri deyib ki, kurrikulum proqramına əsasən, çap olunan 3-cü sinif dərslikləri Azərbaycan və rus təlimli məktəblər üçün nəzərdə tutulur. Yeni çap olunan kitablar artıq məktəblərə göndərilib və bütün dərsliklər sentyabrın 10-dək paylanıb qurtaracaq.