Yanıltmaclar.Çaşmadan demək lazımdır - 29 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 29 » Yanıltmaclar.Çaşmadan demək lazımdır
Yanıltmaclar.Çaşmadan demək lazımdır
18:09

Folklor nümunələrindən biri də yanıltmaclardır. Yanıltmaclarda əsas məqsəd dildə olan çətin sözləri yaxşı tələffüz etməyi bacarmaq, söz ehtiyatını artırmaq, tez-tez danışmaq vərdişlərinə yiyələnməkdən ibarətdir. Yanıltmaclar həm nəsr, həm də nəzm (şeir) şəklində olur. Hətta bir-birilə oxşar, eyni samitlərlə dalbadal gələn çaşdırıcı sözləri el sənətkarları elə ustalıqla sıralamışlar ki, onları ağır templə oxumadıqda təkcə uşaqları deyil, böyükləri də çaşdırır.

Getdim, gördüm bir dərədə iki kar, kor, kürküyırtıq kirpi var. Dişi kar, kor kürküyırtıq kirpi erkək kar, kor, kürküyırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürküyırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır.


Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var.
Dedim:
- Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara, qaşqa, təpəl, səkil, keçimi gördünmü?
Dedi:
- Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı.

Mollanı əmmamələməlimi, əmmamələməməlimi?

Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, kuncut ucuz.


Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.


Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş.


Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da.


Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam.


Yorğana yoğrul yorğun.


Küp qulpu, xub küp qulpu.

Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.


Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir,
ay axsaq aşpaz Həsən şah!


Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.


Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min.....


Aşpaz Abbas bozbaş asar o başda, bu başda.

Cücüləri cücələrə tapşırdılar cücülər,
Cücüləri bircə-bircə aşırdılar cücələr.....

Getdim gördüm bir dərədə bir bərbər bir bərbəri bər-bər bəriltir. Dedim a bərbər bu bərbəri nə üçün bər-bər bəriltirsən? Dedi bu bərbərin atası bərbər, mən bərbərin atası bərbəri bər-bər bəriltdiyi üçün mən də bu bərbəri bər- bər bəriltirəm.

Keçiler koçürdülərr, küçədən keçirdilər, küçük qaçdı küçəyə,keçilərin kiçiyi, keçi dedi küçüyə

Cüt cücə
Cüt-cüt cücə
Üç cüt cücə

Qirx küp,Qirxinin da qulpu qiriq küp

Bayram günü gələcik sizə bayramlaşmağa.Bayramlaşsazda bayramlaşacıq.Bayramlaşmasazda bayramlaşacıq.

Aşbaz Abbas bir tas daşma aş asmış, asmışsada amma bir az az asmış

Axşam bozbaş asmışam, çaşıb qazanı boş asmışam.

Dağdan dığırlanır dığır-dığır dığdığa.

Qığılcımı qıcıqlandırma qıcıqlandıracaqsansa qıcıqlanacaq.

Zamanın samanlığına saman gəlincə samansız zamanın samansızlıqdan canı çıxdı.

Yetişmiş yemişi yetim yemiş.

Gül güllükdə, kül küllükdə, gül güllükdə, kül küllükdə

Göy cöngə, gömgöy cöngə, dümgöy cöngə.

Dilim-dilim olasan, ay dilim, dedim dinmə. Dilim dedi: dinməz idim, dindirdilər dindim mən.

Şikəstə çalan, şikəstəsizləşmişəm, şikəstə çal.

Qara qaranı qarayla qaralayıtdı
Qaralanan qara qaaradan qaralanıtdı.

Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım.

Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min...

Ocağı qığılcımlandırma, qığılcımlandırsan da qığılcımlandıracağam, qığılcımlandırmasan da qığılcımlandıracağam.

İynəni sarı sapla sapla, dümsarı sapla, sapsarı sapla sapla.

Çəp keçi çəp keçidi çəpəki keçib çəpərə keçər.

Ay göy-ala qarğa qardaş, mənimlə qardaş olsan da səninlə qardaş olacağam, olmasan da səninlə göy-ala qarğa qardaş olacağam.

Şikəstə çalan, şikəstəsizləşmişəm, şikəstə çal.

Kateqoriya: Muxtelif | Baxılıb: 16877 | Elave eden: ANAR_PUSU | Reytinq: 3.8/27 |
Ümumi şerh: 5
12.11.2014 Спам
5. nurane abiyeva
.hamisin rahat dedimm

01.04.2014 Спам
4. eda ece
.fdagjkegkkkkfjjjgjf cok guzel amma yaniltiyor

30.03.2014 Спам
3. feride
.gozel casmadan demek lazimdir

21.10.2013 Спам
2. zezi
.hamisini rahat deyirem. cox tez.

21.10.2013 Спам
1. zezi
.cox gozeldi

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016