Başlıq
 
EXIT>
Sayt Menyusu

Kateqoriyalar
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Son zamanlar cəmiyyətimizdə baş verən köklü dəyişikliklərə baxmayaraq, həyatımızın mahiyyətini təşkil edən əsas meyarlar, əsas dəyərlər dəyişilməz qalıb.
  Yaxşı təhsil və savad - əvvəlki kimi yaxşıdır, onun olmaması isə əvvəlkitək pisdir.
  Təhsil üçün pul sərf etdikdə, insanlar bununla gələcək rifaha sərmayə qoyur. Xaricdə təhsil alarkən - istər qısamüddətli dil kurslarında, istərsə də uzunmüddətli akademik proqramlar üzrə - siz öz dünyagörüşünüzü genişləndirir, gerçəkliyi daha yaxşı dərk edir, dünya biliklərinə inteqrasiya edirsiniz.
  Xaricdə təhsil almaq imkanını verən beynəlxalq təhsil proqramlarının sayəsində siz bütün bunlara nail ola bilərsiniz. Adətən həmin proqramlar yuxarı sinif şagirdləri, tələbə və mütəxəssislər üçün nəzərdə tutulur. Hər hansı bir beynəlxalq proqram üzrə təhsil almaq üçün, ilk növbədə müsabiqədən keçmək lazımdır. Adətən müsabiqə bir neçə mərhələdən ibarətdir - anket qəbulu, müsahibə və imtahan. Əgər müsabiqədə uğur qazansanız, müəyyən xərcləriniz, təhsil proqramının imkanlarından asılı olaraq, ödənilə bilər.
  Aşağıda, Azərbaycan vətəndaşlarının xaricdə təhsil ala biləcək təhsil proqramlarının qısa təsviri diqqətinizə təqdim edilir.
  
  Beynəlxalq magistr proqramları
  CENTRAL EUROPEAN UNIVERSITY (CEU)
  humanitar və sosial elmlər sahəsində beynəlxalq miqyaslı nüfuza malik olan elmi təhsil müəssisədir (bakalavr dərəcəsi olanlar üçün). Bu proqram 1 illikdir (iqtisadiyyatda- 2 illik) Magistr dərəcəsini təklif edir.
  Budapeşt, Macarıstan. Proqram, Bakı Təhsil Məlumat Mərkəzi - BTMM tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: office@beic.osi-az.org
  vebsayt: www.beic.aznet.org
  
  ESSEX HUMAN RIGHTS PROGRAM
  Essex Universiteti Böyük Britaniyanın yüksək nailiyyətli akademik təhsil müəssisələrindən biridir. Təhsil müddəti bir ildir.
  Proqram, BTMM tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: office@beic.osi-az.org
  vebsayt: www.beic.aznet.org
  
  SOSIAL WORK FELLOWSHIP
  Birləşmiş Ştatlarda aparılan ictimai məsələlər üzrə (səhiyyə, sağlamlıq və ruhi çatışmamazlıqlar, gerontologiya, ailədaxili zorakılıq, ictimai idarəetmə və s.) magistr təhsilini verən proqram şəbəkəsidir. Proqramın müddəti iki ildir. Proqram, iki akademik il arasında internatura komponentini də daxil edir. BTMM tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: office@beic.osi-az.org
  vebsayt: www.beic.aznet.org
  
  OSI CHEVENING CAMBRIDGE SCHOLARSHIPS IN THE SOSIAL SCIENCES AND HUMANITES FOR AZERBAIJAN
  Açıq Cəmiyyət İnstitutu və Birləşmiş Krallığın Xarici Ölkələr və Birlik Ofisi ilə birgə Cambridge Overseas Trust, önəmli uğurlar qazanmış azərbaycanlı tələbələrə Cambridge Universitetində ölkəmizdə ehtiyacı duyulan fənlər üzrə bir illik magistr kurslarına qatılmaq imkanı verir və bu məqsədlə müvafiq təqaüdlər ayırır.
  Proqram, BTMM tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: office@beic.osi-az.org
  vebsayt: www.beic.aznet.org
  
  DAAD/OSI SCHOLARSHIP
  DAAD və Açıq Cəmiyyət İnstitutu azərbaycanlı tələbələrin təhsili haqqında əməkdaşlıq razılaşması bağlamışdır. Artıq magistr səviyyəsinə çatmış tədqiqatçılar iki illik təhsil kurslarında iştirak etmək imkanını əldə edəcəklər.
  Proqram, DAAD və BTMM tərəfindən idarə olunur.
  Əlaqə:
  Tel./faks: (+99412)39 12 65
  e-poçt: daad@daad.baku.az
  vebsayt: www.daad.de
  
  EDMUND S. MUSKIE/ FREEDOM SUPPORT ACT GRADUATE PROGRAM
  Proqram iştirakçıları ABŞ-nın akademik təşkilatlarında bir il, il-yarım və ya iki il müddətində təhsil ala biləcəklər. Proqramların əksəriyyəti ixtisaslaşdırma sahəsinə yönəldilib. Proqramın növündən və iştirakçıların tələbatından asılı olaraq ABŞ təhsil müəssisənin magistr dərəcəsini və ya sertifikatını əldə etmək imkanını verir.
  Əlaqə:
  e-poçt: accels@azeurotel.com
  vebsayt: www.americancouncils.net
  
  BRITISH CHEVENING SCHOLFRSHIPS
  (The Scholarship of the Foreign & Commonwealth Office, UK)
  Proqramın məqsədi - Azərbaycana uyğun postgraduate kursu üzrə əlaçı azərbaycanlı tələbələrə öz ixtisaslarını Britaniyada təkmilləşdirmək imkanını verməkdir. Proqram, Azərbaycanın gələcək lider və qərarverici potensialını təşkil edən gənclər üçün nəzərdə tutulub.
  Təqaüdə təhsil üzrə bütün xərclər daxil olunur.
  Proqram, Britaniya Konsulluğu tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: enguires@britishcouncil.az
  vebsayt: britishcouncil.orq/azerbaıcan
  
  SWEDISH INSTITUTE SCHOLARSHIPS
  Tədris proqramının əsas məqsədi - İsveçdə magistr dərəcəsi üzrə proqramı bitirmək istəyən fərqlənən tələbələrə və tədqiqatçılara dəstək verməkdir. İsveç universitetinin dəvətini alanlar və universitetə qəbul olanlar birincilik hüququna malik olacaqlar.
  Əlaqə:
  e-poçt: grantinfo@si.se
  vebsayt: www.si.se
  
  THE QUOTA PROGRAME
  Xüsusi hazırlanmış bu proqram ingilis dilində keçirilir. Proqram, magistr dərəcəsini almağa və ya iştirakçının seçdiyi mövzu üzrə 1-illik kurs keçməyə imkan verir.
  Əlaqə:
  e-poçt: international@admin.uio.no
  vebsayt: www.uio.no/english/academics
  
  ASIAN DEVELOPMENT BANK (ADB) GOVERNMENT OF JAPAN SCHOLARSHIP PROGRAM
  Proqram, Yaponiya hökümətinin yardımı ilə həyata keçirilir və ADB-nin üzvü olan inkişaf edən ölkələrin istedadlı gənclərinə (bakalavr dərəcəsini əldə edənlərə) elmi təhsili artırmaq imkanını təqdim edir. Bir ildən üç ilə qədər davam edən həmin proqram, regionun 16 məşhur təhsil müəssisəsində gerçəkləşdirilir.
  Əlaqə:
  e-poçt: adbcsp@mail.asiandevbank.org
  vebsayt: www.adb.org
  
  JOINT INTERNATIONAL MBA PROGRAM
  Biznes üzrə IMC Graduate Məktəbi, 1998- ci ildən başlayaraq Qərbin məşhur Biznes Administrasiyasının Magistr (MBA) dərəcəsinə keçid funksiyalarını yerinə yetirir. Ohiodakı Case Western Reserve University of Cleveland- in Weatherhead Menecment Məktəbi (WSOM) ilə olan razılaşma sayəsində iştirakçılara Budapeştdə dörd semestr üçün nəzərdə tutulan əyani MBA dərəcəsi proqramı təklif olunur.
  Əlaqə:
  e-poçt: zamari@imc.hu
  vebsayt: www.imc.hu
  
  THE SHELL CENTENARY SCHOLARSHIP FUND
  Böyük Britaniyanın bir sıra tanınmış universiteti ilə birgə yüzillik tarixi olan Shell Təhsil fondu, tətbiqi elmlər və ətraf mühitlə bağlı elmlər, texnologiya, biznes, hüquq və iqtisadiyyat sahələri üçün nəzərdə tutulub və həmin elmlər üzrə magistraturada bir il ərzində təhsil almaq imkanı yaradır.
  6 universitetin hər birində xüsusi kurslar aparılır və namizədlərə qəbul şərtləri çatdırılır.
  Əlaqə:
  www.shell.com/scholarships-də əldə etmək olar.
  
  HUBERT H. HUMPHREY FELLOWSHIP PROGRAM
  Bir illik tam təqaüd proqramıdır. Proqramda iştirak etmək üçün aşağıdakı tələblər irəli sürülür: universitet dərəcəsi, beş illik peşə təcrübəsi, liderlik keyfiyyətləri və ictimai fəaliyyət stajı, ingilis dilinin mükəmməl bilməsi. Birləşmiş Ştatların Dövlət Departamenti Hubert H. Humphrey Fellowship proqramına görə tam məsuliyyət daşıyır. Proqram ABŞ səfirliyi tərəfindən idarə olunur.
  Əlaqə:
  ABŞ Səfirliyi, Azadlıq pr., 83
  370007 Azərbaycan, Bakı
  tel: (99412) 98-03-35, 98-03-36
  faks: (99412) 98-37-55
  
  Mütəxəssislər üçün nəzərdə tutulan beynəlxalq proqramlar
  CENTRAL EUROPEAN UNIVERSITY (CEU)
  humanitar və sosial elmlər sahəsində beynəlxalq miqyaslı nüfuza malik olan aspirantura təhsili müəssisədir. Proqram, 1-2 semestr müddətinə nəzərdə tutulmuş doktorluğa yardım proqramını və 3 illik Ph.D. (iqtisadiyyat, tarix, orta əsrlərə dair araşdırmalar, siyasi elmlər, sosiologiya) proqramlarını təklif edir.
  Proqram BTMM tərəfindən idarə olur.
  Əlaqə:
  e-poçt: office@beic.osi-az.org
  vebsayt: www.beic.aznet.org
  
  FACULTY DEVELOPMENT FELLOWSHIP
  Proqram, qabaqcıl təfəkkürlü gənc müəllimlərin akademik fəaliyyətlərinin inkişafını, tədris prosesinə yeni yanaşmanı, pedaqoji islahatları, regional və beynəlxalq institutlararası əməkdaşlığın inkişafını dəstəkləyir. Proqramın müddəti 2 ildir. İştirakçılar bir semestr - Birləşmiş Ştatların universitetlərində və bir semestr - öz ölkələrində dərs deyərək ixtisaslarını artıracaqlar. İki ili uğurla başa vuranlar iştirakçılara fəaliyyətlərini 3-cü ildə davam etdirmək imkanı verilə bilər.
  Proqram BTMM tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: office@beic.osi-az.org
  vebsayt: www.beic.aznet.org
  
  SUMMER UNIVERSITY (SUN)
  Universitet professorları, inzibatçıları, müəllimləri üçün nəzərdə tutulan və Budapeştdə keçirilən akademik proqramdır. Onun məqsədi - gənc alimləri mühazirələrə və seminarlara toplayaraq regionda sosial və humanitar elmlər sahəsindəki əməkdaşlığı və təhsilin inkişafını dəstəkləməkdir. Proqram iki, üç və ya dörd həftəlik kursları daxil edir. BTMM tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: office@beic.osi-az.org
  vebsayt: www.beic.aznet.org
  
  CURRICULUM RESOURCE CENTER (CRC)
  CEU-nun Budapeştdə keçirilən bir həftəlik proqramıdır. Təhsil və tədris prosesinin inkişafını, bölgədəki ali təhsil məktəblərində akademik mənbələrin yayılmasını dəstəkləyən CRC proqramı, elmi mübadilələrin keçirilməsinə, mühazirə kurslarının inkişafına və tədris islahatlarının aktiv şəkildə aparılmasına imkan yaradır. Proqramda universitet müəllimləri iştirak edə bilərlər. BTMM tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: office@beic.osi-az.org
  vebsayt: www.beic.aznet.org
  
  DAAD/OSI SCHOLARSHIP
  DAAD və Açıq Cəmiyyət İnstitutu, Azərbaycan tədqiqatçı və müəllimlərinin Ph. D. təhsili almaları haqqında əməkdaşlıq razılaşması bağlamışdı. İştirakçılar, fəlsəfə, siyasi elmlər, sosiologiya, hüquq və seçdiyi digər elmlərdə təkmilləşə bilərlər. Ph. D. Proqramının iştirakçıları Almaniya universitetlərində ən azı 3 il işləmək imkanı əldə edəcəklər: hər ilin birinci semestrini Almaniya universitetlərində, növbəti semestri isə öz ölkələrində dərs deyəcəklər. Proqram, DAAD və BTMM tərəfindən idarə olunur.
  Əlaqə:
  Tel./faks: (+99412)39-12-65
  e-poçt: daad@daad.baku.az
  vebsayt: www.daad.de
  
  GLOBAL SUPPLEMENTARY GRANTS PROGRAM
  Təcrübəli tədqiqatçılar üçün nəzərdə tutulan həmin proqram, Qərbi Avropa, Asiya, Avstraliya və Şimali Amerikanın bir sıra məşhur universitetində humanitar və ictimai elmlər üzrə doktorluq işi aparmaq imkanını yaradır. Birinci il aparılan tədqiqatlar üçün maliyyə yardımı kimi nəzərdə tutulan qrantlar, eyni zamanda ikinci ildə də müraciət olunduqda verilə bilər.
  Yalnız tam müddətli doktorluq (Ph.D.)proqramına qəbul olunan tədqiqatçılar müraciət edə bilərlər.
  Proqram, BTMM tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: office@beic.osi-az.org
  vebsayt: www.beic.aznet.org
  
  FULBRIGHT PROGRAM
  Fulbright proqramı, təcrübəli alimlərə Amerikanın ən nüfuzlu universitetlərində və digər təhsil müəssisələrində işləmək üçün qrantlar ayırır. Qrantların müddəti 4 aydan 6 aya qədərdir. Proqram, Institute for International Education (IIE) qurumunun üzvü olan Council for International Exchages of Scholars (CIES) özəl təşkilatı tərəfindən idarə olunur. Birləşmiş Ştatların Dövlət Departamenti Fulbright proqramına görə tam məsuliyyət daşıyır.
  Proqram ABŞ səfirliyi tərəfindən idarə olunur.
  Əlaqə: ABŞ səfirliyi, Azadlıq pr.,83
  370007 Azərbaycan, Bakı
  tel.: (99412) 98-03-35, 98-03-36, 98-03-37
  faks: (99412) 98-37-55
  
  JUNIOR FACULTY DEVELOPMENT PROGRAM (JFDP)
  JFDP- nın əsas məqsədi - Azərbaycan alimlərinin tədris prosesi və dərs metodologiyasına dair biliklərini təkmilləşdirməkdir. JFDP iştirakçıları ABŞ universitetlərinin müəllimlərilə sıx əməkdaşlıq şəraitində ixtisaslaşdığı sahələr üzrə yeni istiqamətləri araşdırır, doğma təhsil ocaqlarında tədris etdikləri fənlər üzrə yeni metodoloji yolları tədbiq edirlər.
  JFDP proqramı "AJJELS" tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: ajjels@azeurotel.com
  vebsayt: www.americancouncils.net
  
  TEA: TEACHING EXCELLENCE AWARDS
  "Tədris üzrə yüksək mükafat" proqramının əsas məqsədi - ingilis dili və Amerika ölkəşünaslığı fənləri üzrə müəllimləri aşkar etmək, yeni tədris metodları və üsullarını inkişaf etdirmək, ABŞ və Azərbaycan müəllimləri arasında birbaşa əlaqələr yaratmaqdır.
  TEA proqramı "AJJELS" tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: ajjels@azeurotel.com
  vebsayt: www.americancouncils.net
  
  PARTNERS IN EDUCATION (PIE)
  "Təhsildə əməkdaşlıq" proqramı, Azərbaycanda demokratik quruculuq təşəbbüsünü dəstəkləyərək, orta məktəblərdə mülki fənlər üzrə dərs aparan müəllimlərə 6- həftə ərzində, məktəb rəhbərliyinə isə 3- həftə ərzində ABŞ-da iş təcrübəsi əldə etmək imkanı verir. Proqramın məqsədi - həmin fənlərin tədrisində yeni metod və üsulları inkişaf etdirmək, ABŞ və Azərbaycan müəllimləri arasında birbaşa əlaqələr yaratmaqdır.
  PİE proqramı "AJJELS" tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: ajjels@azeurotel.com
  vebsayt: www.americancouncils.net
  
  CONTEMPORARY ISSUES FELLOWSHIP PROGRAM
  Siyasi, iqtisadi, ictimai və tədris islahatlarıyla məşğul olan MDB dövlət məmurları, QHT liderləri və digər ictimai xadimlər ABŞ universitetlərində, problem laboratoriyalarında, QHT- lərin və hökümət təşkilatlarının proqramlarında iştirak etmək imkanını əldə edə bilərlər. Proqram iştirakçıları demokratiyaya keçid, azad iqtisadiyyat və sivil cəmiyyətin qurulmasıyla bağlı problemləri araşdıraraq, bu sahədəki biliklərini daha da təkmilləşdirir. Proqramın müddəti 4 aydır.
  Proqram, "IREX" tərəfindən idarə olunur.
  Əlaqə:
  e-poçt: irex@iatp.baku.az
  Vebsayt: www.irex.org
Sayta daxil Ol

Conversation Club

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024