Şəki - 10 Ноября 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2171

Başlıq » 2010 » Noyabr » 10 » Şəki
Şəki
11:19

Gerbi

Bakı ilə arasında məsafə: 305 km

Nə ilə getmək olar: Avtonəqliyyatla - Bakı-Şəki avtobusları; Qatarla - Bakı-Bərdə-Balakən - 8 saat


İqtisadi rayon: Şəki-Zaqatala
Ərazi: 2397 (km²)
Əhali: 175 995 (2009)
Əhali sıxlığı: (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu: 55
Telefon kodu: 177
Poçt kodu (Mərkəzi PŞ): AZ 5500
Yaşayış məntəqələrinin sayı 65
İcra başçısı: Murad Cabbarlı
İnternet saytı: sheki-ih.gov.az

İnzibati mərkəzi Şəki şəhəridir.

Ümumi məlumat
Şəki — Azərbaycanın qədim şəhəri. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda - təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sildrım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma- Çaqqaldar və Ottal uşurumlarına rast gələrik. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür.

2007-ci il məlumatlarına əsasən Şəki şəhərində 62499 nəfər əhali qeydə alınmışdır ki, bu da ümumi rayon əhalisinin 37,33%-i olmuşdur. Onların da 48,3%-ni kişilər, 51,7%-ni isə qadınlar təşkil etmişdir

Tarix
Şəki Azərbaycanın tarixi şəhərlərindən biri olub, sahib olduğu bir çox tarixi abidəni qoruyub saxlaya bilmişdir. Ticarət və sənət üzərində diqqətini cəmləşdirmiş Şəki şəhəri, həm də Azərbaycanın mühim mədəniyyət mərkəzlərindən biridir. Şəki şəhərinin 1772-ci ilə qədər mövcud olması və həmin ildə baş vermiş sel nəticəsində dağılması barədə yazılanlar, cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki bunu deyənlərin istinad etdikləri "Kavkaz" qəzetində əslində, Şəkinin yox Nuxa şəhərinin təbii fəlakətə məruz qalmasından söhbər gedir! Şəki şəhəri daha əvvəl indki ərazisindən 10-15 km. cənubda, indiki Cəfərabad və Göybulaq kəndləri arasında idi (20-ci əsrin əvvəllərinə qədər Şəki hakimi Həsən sultanın (?-1524) məqbərəsi də burada dururdu). 18-ci əsrin 40-cı illərində, Nadir şahın hücumları ilə əlaqədar Şəki şəhərinin əhalisi Nuxa kəndinə köçdü (Mənbələrdə göstərilir ki Nadir şah Şəkini yandırmışdır). O vaxtdan Nuxa qeyri-rəsmi olaraq həm də Şəki adlanmağa başladı və yalnız 1968-ci ildən sonra Nuxa şəhərinin adı, rəsmən "Şəki" oldu. Şəki xanlığının mərkəzi olmuş bu şəhər, Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamışdır.


Şəkinin planıQürcanaçay və Dəyirman-arxı çayları şəhərin su ehtiyaclarını ödəməsilə bərabər, həm də suvarmada istifadə olunurdu. Daha sonralar çayların birləşdiyi yerdə meydançası olan yeni mərkəz quruldu. Şəki şəhərinin bu ərazidə qurulma səbəblərindən ən vacibi Qurcanaçay faktorudur. Digər çay olan Dəyirman–arxı çayı isə şəhərin ikinci aparıcı vasitəsi kimi xidmət göstərməkdədir.

Şəkinin sahib olduğu təbii gözəllik şəhərdə tikilmiş bütün tarixi abidələrdə öz əksini tapmışdır. Bütün bunlar Şəki arxitekturasının özəllikləridir.

Demək olar ki, qədim şəhəri xatırladacaq heç bir arxitektura nümunəsi qalmayıb. Yalnız E.Çələbinin xatirələrində Şəki haqqında bəzi məlumat var. Onun sözlərinə əsaslanarsaq, onda daşdan tikilmə Şəki qalası təpənin üstündə ucaldılmışdır. Qalanın Şirvan və Gəncə adlı iki darvazası var. Burda minlərlə ev, yeddi məscid, onların arasında Mirzə Əli məscidi bazar küçəsində yerləşməsiylə xüsusi diqqəti cəlb edir. Şəhərin həmçinin bir neçə karvansaray-mehmanxanası, hamamı və balaca bazarı vardır. Bu məlumata əsasən qalaynan sərhədlənməyən Şəki qala divarlarının xaricində ipək istehsalı ilə məşğul olan müəssisələr və tayı bərabəri olmayan ipək istehsalı ilə məşğul olan geniş bağlar mövcud idi.

Şəhərin Çələbinin qeyd etdiyinə görə 3000 evdə 20.000-ə yaxın əhalisi mövcud idi. Hal hazırkı şəhərin sahib olduğu mənzərəli görünüşü, relyef pozğunluğu şəhərin tikinliş və quruluş sisteminə öz təsirini göstərmişdir. Şəhərin sol və sağ hissələri arasında 450 m məsafə vardır. 18 ci əsrdə qurulmuş şəhər 19 cu əsrin ortalarına qədər qorunub saxlanmış, strukturasında heç bir dəyişikliklər edilməmişdir. Şəki yaşıllığa bürünmüş evlərlə əhatə olunub. Əslində isə Şəki şəhəri təbiətin bir hissəsi olub, burda yaradılan arxitektura əsərləri ilə bəzədilib. Bu yalnız möhtəşəm dağ mənzərəsiylə sərhədlənməyib, həm də təbiətlə uyğunluq təşkil edən planlaşdırmaya əsaslanır. Bundan əlavə hər bir ev öz bağı və dəmir hasarı ilə əhatələnmişdir. Şəki küçələri evlərin uyğun düzülüşüylə deyil əksinə özünə xas planlaşdırmaya əsasən qurulmuş və evləri bir bnirdən çəpər və hasarlar ayırır.


Yuxarı KarvansaraSakinlər feodal dövrünə xas, rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə əsasən yerləşmiş, bu isə öz növbəsində Şəkinin planlaşdırılmasında öz əksini tapmışdı. O dövrdən qalma məhəllə,küçə adları indiyə qədər qorunub saxlanmaqdadır.

Şəkinin planlaşdırılmasına təsir göstərən əsas amil isə ölkənin sahib olduğu relyef pozuntusu idi. Küçələrin istiqaməti Böyük Qafqaz silsilə dağlarının ətəyinə nisbətən istiqamətləndirilmiş və qurulmuşdu. Küçələrin bir çoxu şimaldakı yüksəkliyin relyefinə paralel olaraq düzəldilmişdi. Mərkəzi rayonun və əsas küçənin formalaşdırılmasında Gürcənçay və Dəyirman-arxı çaylarının istiqaməti nəzərə alınmışdır. Bu və şəhərin planlaşdırılmasına aid digər xüsusiyyətlər 1862 ci həyata keçirilmiş planın tərkibində görmək olar.

Bu plana əsasən Şəki aşağıdakı kvartal və məhəllələrə bölünmüşdü: Çaqqal dərəsi, Giləli, Dəmirçi bulağı, Gəncəli, Sarı torpaq, Otaq eşi, Ağvanlar, Duluzlar, Dodu, Bağbanlar, Sərkarlar, Dabaqxana, Təzə kənd, Köhnə kənd.

Şəhəri təşkil edən bu kvartallardan başqa Şəkiyə birləşmiş Dodu, Şəki qışlaq və digərləri kimi ətraf rayonları da mövcuddur.

Şəhər iki hissəyə bölünüb. Yuxarı tərəfində Şəki qalası, ticari binalar və şəhər bazarı yerləşir. Aşağı hissəsində isə şəhərə birləmiş olan Şəki qışlağı və yaşayış evləri mövcuddur. Relyefin çox dağınıq olması burda süni suvarma kanalları sisteminin inkişafını əngəlləmişdir. İçməli su çaylardan götürülür. Şəkini içməli suyla Kiş çayı və Xıncalı-Baxlınnskiy hövzələri təmin edir.


ŞəkiHəmçinin burda yəni qalanın içərisində düşmən hücumu zamanı Gürcənçayın suyu kəsildiyi təqdirdə istifadə edə biləcəkləri reserv su ehtiyatı üçün nəzərdə tutulmuş su quyuları mövcuddur. Kullasovskinin yazdıqlarına görə Şəki su kəmərləri öz sadə strukturu, əlverişli olması və ucuz başa gəlməsiylə diqqəti cəlb edir. Su sistemi axına əsaslanır və yerə basdırılmış və üstü sementlə örtülü gildən olan böyük diametrli borular vasitəsilə hərəkətr edir. Bu borular içərisi yanmış kərpicdən tikilmiş çənlərə tökülür. Çənə böyük bir su borusu gəlir, daha sonra isə çəndən iki-üç daha kiçik boru vasitəsilə su istifadəçilərə paylanır. Həmçinin burdan şəhərin bütün küçə və meydanları suyla təchiz olunur. Su təchizinin belə bir sadə mexanizmə uyğunluğu hər bir evin su ehtiyacını ödəməklə yanaşı istəyənlərə hətta evinin qarşısında fontan düzəldə bilməsinə imkan verir.

Qədim şəhərin planlaşdırılmasının spesifik xüsusiyyətlərini ayırd etmək üçün şəhər küçələrinin ümumi konstruksiyası və Şəki arxitekturasının incələnməsi vacibdir. Azərbaycanın tədricən tikilən küçələrinə sahib digər orta əsr şəhərlərindən fərqli olaraq Şəkidə bu iş qısa bir müddətdə, həm də planlı bir şəkildə həyata keçirilmişdir. Şəkinin Gürcənçaya paralel olan əsas və ən uzun küçəsi tərkibində şəhərin ən mühüm arxitektura abidələrini özündə cəmləşdirir. Şəkinin bir çox küçələri tarixi və arxitektura abidələrinin mövcudluğu ilə diqqəti cəlb edir. Birinci yerdə əlbətdə, şübhəsiz ki, əsas küçə olan Şəki küçəsi durur. Bu küçələrdən günümüzdə fəaliyyət göstərən Xoyski, Əfqanlar, Ağamalı oğulları, Gəncəlilər, Kirov, Qoqol, Nurəddin, Nakam, Sovetskaya, Mehdi Hüseyn küçələrini misal göstərmək olar.


Şəki şəhərindəki məscidlərdən biriƏsas küçələr yerli şəraitdən aslı olaraq bir az dar daha kiçik küçələrə, döngə və dalanlara bölünür.Qurulmuş plan, çay istiqamətində yönəlmiş əsas, aparıcı küçələrin rahat izlənilməsini təmin edir ki, bu da öz növbəsində əhalinin iqtisadi fəaliyyəti üçün zəruri olan amillərdən birini təşkil edir.

Sənətkarlar rayonu da tədricən əsas ticarətin aparıldığı küçələrə yaxınlaşmışdır. Qeyd etmək lazımdır ki, orta əsrlərdə olan Şəki şəhəri öz əhatə etdiyi əraziyə görə yetərincə geniş bir şəhər olmuşdur.

Təpəli və dağınıq relyefə sahib olan Şəki, şəhərin bir neçə ayrı hissəyə bölünməsinə və nəticə etibarıyla gözəl bir təbii mənzərənin yaranmasıyla nəticələnmişdir. Şəhərin sahib olduğu dağ mənzərəsi onu daha da cazibədar edir.

Şəkinin planlaşdırılmasında rol oynayan əsas amillərdən biri təbiət faktorudur. Buna misal olaraq şəkinin su təchiztını qeyd edə bilərik. Artıq bildiyimiz kimi su yer altında olan gil borular vasitəsilə, həm də ki axına əsaslanan sistemə əsasən fəaliyyət göstərir. Bu isə öz nəvbəsində Şəki şəhərinin təbiətlə vəhdət təşkil etdiyinin bariz nümunəsidir. Şəkini digər şəhərlərdən ayıran bir digər xüsusiyyət isə onun nisbətən daha təmiz olmasıdır. Buna biz 19 cu əsrdə öz xatirələrində Şəkini təsvir edən A.P.Ziissermanın yazılarında rast gələ bilərik. Onun yazdığına görə gözəl təbii mənzərəyə sahib olan Şəki kiçik dağ çayının mənsəbində yerləşmiş, yaşıllıqların içinə qərq olmuş evlər, qoz, fındıq, tut ağaclarıyla dolu bağlardan ibarət idi. Şəkinin küçələri həmişə təmiz saxlanılır və hətta bunun üçün xüsusi adamlar da ayrılmışdı. Ümumilikdə isə Şəki sahib olduğu cazibədar təbii mənzərəsi, təmizliyi, sərin havası, axşamları gələn bül bül oxuması səsləriylə insan üzərində təsvir edilməz təsir buraxır. Şəki qalası şəhərin daha yüksəkdə yerləşən hissəsində, şimal-şərqində yerləşir və Şəki xan sarayını da əhatə edir. Qala təkcə hərbi-strateji cəhətdən deyil, həm də mikro iqlimi cəhətdən çox əlverişli şəraitə sahib yerdə yerləşib.

Qala ilk Şəki xanı olan Hacı Çələbi xanın (1743-1755) hakimiyyəti dövründə tikilmişdir. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. qala divarlarının qalınlığı 2.2 m-dir.


Şəki (Qədim oyun)Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır.

Hazırda 1958-1963 cü illərdə aparılan bərpa işlərinə baxmayaraq qala divarları və bürcləri dağılmış bir vəziyyətdir. 26 Fevral 1853 cü illə qeyd olunmuş plana əsasən qalanın tərkibindəki 40-a yaxın tarixi abidənin yenidən bərpası nəzərdə tutulurdu. Təbii bir hadisədir ki, Şəki Rusiyanın tərkibinə daxil olduqdan təxminən 50 ilə yaxın sürən bərpa işləri boyunca qalanın əvvəlki planına yetərincə dəyişikliklər edilmiş, lakin ümumilikdə qala öz əvvəlki görünüşünü qoruyub saxlaya bilmişdi. İlk öncə edilən dəyişikliklər buranı qoruyan qarnizonun tələbləri nəzərə alınırdısa, daha sonra həm də yaşayış şəraiti faktoru nəzərə alınmağa başlandı. Sonda belə bir nəticəyə gəlmək olar ki, edilən bəzi dəyişikliklərə baxmayaraq Şəki xan sarayı planlanmasında mühim dəyişikliklərə məruz qalmayıb.

Azərbaycanın Şəki şəhərinin Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olması barədə 2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər bələdiyyəsinin sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki, Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul edilmişdir.

Şəki rayonu- 1929-cu ildə Nuxa qəzası ləğv edilərək Nuxa rayonu təşkil edildi. 1968-ci ildən Nuxanın adı dəyişdirilərək Şəki adlandırıldı

Tarixi
Şəki rayonu (1968-ci ilədək Nuxa) 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək ərazisi Oğuz (keçmiş Vartaşen) rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.

Coğrafi mövqeyi
Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir.

Relyefi
Şəki dəniz səviyyəsindən 500-850 m hündürlükdə yerləşir. Baş Qafqaz silsiləsinin qarlı zirvələrinin yüksəkliyi bəzi yerlərdə 3000-3500 m-ə çatır. Dağlarda Yura, Təbaşir, dağ ətəklərində Neogen və Antropogen çöküntüləri yayılmışdır.

İqlimi
Günəşli saatların illik miqdarı 2350 saatdır. Günəşli saatların 40 %-i yay aylarının payına düşür. İl ərzində 1 kvadrat santimetr yer səthinə 122 kkal günəş radiasiyası düşür. Şəkinin iqliminə siklon və antisiklonlar, müxtəlif hava kütlələri və yerli küləklər təsir edir. Qışda arktik və mülayim hava kütlələrinin əraziyə daxil olması havanın isti keçməsinə səbəb olur. Yayda Şəkidə dağ-dərə yerli küləkləri əmələ gəlir. Buna səbəb dağ ilə dərə arasında təzyiq fərqinin yaranmasıdır. Böyük Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını kəsir. Buna görə Şəkidə yanvar temperaturu 0,5 C olur. Şəkidə orta illik temperatur 12 C-dir. İyun, avqust aylarında orta temperatur 20-25 C arasında dəyişir.

Güclü küləklər (sürəti 15 m/san çox) Şəkidə seyrək hallarda əsir, il ərzində cəmi 10-12 gün güclü külək olur. Sürəti saniyədə 1 metrdən az olan külək Şəkidə tez-tez müşahidə olunur. Yağıntının miqdarı ilə 730 mm-dir. Bunun yarısı may, iyun, sentyabr, oktyabr aylarında yağır. Ən azı yağıntı avqust (35 mm), yanvar (29 mm) və fevralda (36 mm) olur. Kiş kəndində 775 mm, Xan yaylağında 1000 mm-dən artıq yağıntı düşür. Sel, tufan, güclü dolu kimi təbiət hadisələri Şəkidə və onu əhatə edən dağ və düzənliklər üçün səciyyəvidir.

Sel hadisəsi daha tez-tez müşahidə edilir. Yatağı şəhərin qərb hissəsində yaxın olan Kiş çayı hövzəsi dünyanın ən güclü sel gedən yerlərindən biri sayılır. Quruçay adlanan yerdə Kiş çayının gətirmə konusuna uzun illər boyu dağlardan qum, daş, palçıq toplanmış olduğundan onun mərkəzi hissəsi şəhərin Dodu məhəlləsinə nisbətən hündürdür.Tufan və dolu atmosfer hadisələrinin burada sıx əlaqəsi vardır. Dağlıq relyef, yay aylarında güclü qızma və yüksək buxarlanma Şəkidə dolu hadisələrinin əsas amilləridir. Şəkidə dolu olan günlərin orta illik sayı 1,4-dür, yəni 10 ildə 14 dəfə dolu yağır.

Dəniz səviyyəsindən 500-850 m hündürlük, ətrafında olan dağ meşələri şəhərin qızmasının qarşısını alır. Dağ meşələri şəhərin sellərdən qorunmasına imkan verir, şəhərin mənzərəsini daha da gözəlləşdirir. Çimli dağ-çəmən, qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən-meşə, boz qonur torpaqlar yayılmışdır. Meşələrdə palıd, fıstıq, vələs ağacları geniş sahə tutur. Heyvanat aləmi zəngindir.

Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır.

İri yaşayış məntəqələri
Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 63 kənd vardır.

İqtisadi xarakteristikası
Şəki iri taxılçılıq rayonudur. İqtisadiyyatında üzümçülük, meyvəçilik, baramaçılıq, heyvandarlıq da mühüm yer tutur. Rayonda üzüm emalı müəssisəsi, tütün-fermentasiya zavodları, ət-süd kombinatı, sənaye kombinatları, meşə təsərrüfatı vardır.

Əsas sənaye sahələri - ipəkçilik , yeyinti, toxuculuq, tikinti materialları

Əsas kənd təsərrüfatı sahələri - taxıl, üzüm, tütün, heyvandarlıq, meyvə və giləmeyvə

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Şəkidə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filalı, Şəki Musiqi Kolleci, 84 ümumtəhsil və peşə məktəbi, 54 məktəbəqədər uşaq müəssisəsi, 73 kitabxana, 70 mədəniyyət evi və klub fəaliyyət göstərir.

Maddi-mədəni irsi
Memarlıq abidələrindən Şəki xan sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Dairəvi məbəd (XVII-XIX), Zəyzit məbədi (XI-XII), Kiş alban məbədi mühafizə olunur.

Şəkidən olanlar
Abid Şərifov
Arif Abdullazadə
Aydın Məmmədov
Cövdət Hacıyev
Elşad Yəhyayev
Fuad Əbdürəhmanov
Gülarə Qədirbəyova
Hacı Çələbi xan
Hikmət Hacızadə
Lütfəli Abdullayev
Mikayıl Cəbrayılov
Mirzə Mustafa Axundov
Mustafa Quliyev
Mustafa ağa Şuxi
Mustafa bəy Əlibəyov
Məhəmmədhüseyn xan Müştaq
Məmməd Bürcəliyev
Nazim İbrahimov (I)
Nuru Abdullayev
Rafiq Rəsulov (fizik)
Rasim Ocaqov
Sabit Rəhman
Süleyman xan Şəkinski
Səlim xan Şəkili
Telman Həmidov
Vilayət Əliyev
Xəyal Abbaszadə
Yaqub Mahmudov
Ziya Yusifzadə
İkram İsrafil
Şirməmməd Hüseynov
Şəfiqə Axundova
Əbdülqəni Nuxəvi
Əbdüləli bəy Əmircanov
Əbdüləzəl Dəmirçizadə
Əhmədiyyə Cəbrayılov
Əli Məsimli
Əzəl Sultanov

Mətbəx
Şəki özünün çox zəngin mətbəxi, ilk növbədə Şəki pitisi və Şəki paxlavası ilə məşhurdur.

Yerli media
Regionda "Şəki" (əvvəlki adı "Şəki fəhləsi"), "Şəkinin səsi", "İpəkçi", "Şəki bələdiyyəsi", "Region Şəki", "Şəki Təhsili", "Şəffaf Biznes" mətbuat orqanları fəaliyyət göstərir.

Harada qalmaq olar
Bakı Neft-yağ istehsalat birliyinin pansionatı , «Soyuq bulaq» turist bazası , «Səadət» , «Marxal» , «Gələrsən-görərsən» istirahət zonaları, «Sahil» pansionatı , «Şəki» , «Şəki-Karvansara». mehmanxanaları turistlərə xidmət göstərir.

Harada nahar etmək olar
«Yeddi gözəl», «Soyuq-Bulaq» , «Səadət» , «Qarabağ» restoranları lazımi səviyyədə iaşə xidmətləri göstərir.

Əlavələr
1.Şəkidə xalq sənətinin bir sıra növlərini bu gün də yaşadırlar. Şəkili ustalar üstü əlvan naxışlı sandıqlar düzəldir, qadınlar üçün «kələğayı» toxuyur, ipək və məxmər üzərində tikmə işləri görürlər. Yerli ustaların əl işləri arasında «təkəlduz» deyilən, ipək parçalardan istifadə edilməklə toxunan məmulat xüsusi maraq doğurur. Şəhərdə bu və ya digər peşə adlarını göstərən küçə adları hələ də saxlanmışdır: Dulusçular, Zərgərlər, Halvaçılar və s. Öz ustaları ilə ad çıxarmış qədim emalatxanalara baş çəksəniz orada Sizə zərgərlik məmulatlarını, metaldan və ağacdan hazırlanmış müxtəlif suvenirlər təklif edəcəklər.

2.Şəkinin özünəməxsus və zəngin mətbəxi var. görünür, bu yerin sakinlərinin mehribanlığı və şən əhvalı onların şirniyyatı çox sevməsi ilə bağlıdır. Şəkiyə gələnlər qırmabadam, zilviyyə, qoz və düyü unundan bişirilmiş paxlava, nabat, adamın ağzında əriyən şirin pəşvəng halvası və başqa məşhur Şəki şirniyyatını dadmaqdan özlərini saxlaya bilməyəcəklər. Bu sadaladığımız şirniyyat növləri və məşhur Şəki halvasının ətri bütün şəhərdə duyulur.

3.Şəkidən söz düşəndə bu şəhərin daha bir əlamətdar cəhəti - Şəki yumoru barədə susmaq olmaz. Hər il aprel ayının 1-də «Gülüş günü» keçirilir. Axşam saatlarında Şəkinin küçələrində tələsmədən gəzməyə çıxsanız və şəkillərin özünəməxsus ləhcəsinə diqqətlə qulaq assanız görəcəksiniz ki, sizi əhatə edən insanlar xoş və xeyirxah niyyətli adamlardır.

4.Bənzərsiz təbii gözəlliyi, gözəl abidələri, zəngin ənənələri və özünəməxsus mədəniyyəti, yerli sakinlərin qonaqpərvərliyi və incə yumor hissi ilə ad çıxarmış qədim Şəkinin üstünlükləri siyahısına bu yaxınlarda ucaldılmış gözəl Olimpiya İdman Kompleksini də əlavə etmək olar.

5.Şəki rayonunu haqlı olaraq Respublikanın memarlıq qoruğu adlandırırlar. Şəki xanlarının sarayı (1762-cı il) turistlərin qəlbində silinməz izlər buraxır. Bu saray xalq memarlığı ilə saray arxitekturası ənənələrinin birləşməsini təcəssüm edən nadir nümunədir. Şəki xanlarının sarayının bir növ kiçildilmiş surəti olan qədim yaşayış binası da böyük marağa səbəb olur. Divarlarda yağlı boya ilə çəkilmiş rəsmlər, pəncərələrdəki zərif şəbəkə xüsusilə qiymətlidir. Evin mərkəzi zalını bəzəyən buxarının üzərində gözəl xətlə bu evə səadət və əminamanlıq dtləyən mətnlər yazılmışdır. Şəkidə XVIII əsrdə tikilmiş Aşağı və Yuxarı karvansaralar hələ də salamat qalmışdır. Yuxarı karvansaranın günbəzi Yaxın Şərqdə ən iri günbəzlərdən biridir. Şəkidən 4 km şimalda, Kiş çayının qərb sahilində, Qaratəpə dağının zirvəsində «Gələrsən – görərsən» qalasının xarabalıqları vardır. Bir vaxtlar düşmənlər üçün əlçatmaz olan bu qala şəhərin gəliş-gediş yollarını qoruyurdu. Qalanın müdafiəçiləri yadelli işğalçılara qarşı mübarizə tarixinə çox rəşadətli səhifələr yazmışlar. Təsadüfi deyildir ki, Lev Tolstoyun məşhur «Hacı Murad» povestində təsvir edilən hadisələrin Şəki qalasında baş verməsi yazılır. Şəhərin lap girəcəyində burada döyüşlərin birində həlak olmuş Hacı Muradın məzarı var. Buraya gələn turistlərə həmin məzarı hökmən göstərirlər.

Rayonda başqa qədim abidələr də var. onlara misal olaraq bir neçəsinin adını çəkək. Kiş kəndindəki qədim alban kilsəsi I-II əsrlər). Bu məbəd Kiş adlı dağ çayının sahilindədir. Məbədin binası xalq arasında «şirima» deyilən iri daşdan tikilmişdir. Orta Zəyzid kəndindəki kilsə də (VI-VII əsrlər) elə həmin daşdan tikilmişdir. Kiş kəndindəki Qızlar qalası adlı qüllə IV-V əsrlərə aiddir. VI əsrə aid Cavur qülləsi, XVIII əsrə aid Gileyli məscidinin minarəsi, Şəki şəhərində M.F.Axundovun ev muzeyi, Şin kəndindəki orta əsrlərə aid Şinaz qülləsi, rayonun müxtəlif kəndlərində XIX əsrdə tikilmiş çoxsaylı məscidlər bu qəbildəndir.

6.Şəki xan sarayı - dünya abidələri siyahısına daxil edilmişdir.

Qala divarları ilə əhatə olunan Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir.

Bu bina daha əvvəllər "Divanxana" adlanmışdır. Şəki xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra isə "Qorodskoy sud", yəni şəhər məhkəməsi oldu. Binanın tikintisinə 1789-1790-cı ildə başlanılıb. Çox vax onun tikilmə tarixini səhvən "Şəkixanovların evi"nin ("Müştaq imarəti" -"Qurğuşunlu Otaq"ın) tikilmə tarixi ilə qarışdırırlar. İndi bizim "Şəki xan sarayı" adı ilə tanıdığımız bu bina, "Məhəmmədhəsən xan Divanxanası", 1789-1790-cı ildə Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Binanın, inşasına 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğındə pul xərclənmişdir. 1 rus çervonu, yaxud İran tüməni o vaxtlar 3,4 qram çəkidə qızıl idi və Şəki xanlığında, 1 il ərzində yığılan töycü (vergi) heç 7 min çervona çatmırdı. Amma hələlik müəyyənləşdirmək mümkün deyil ki, 32 min çervon yalnız bu binanın inşasına sərf olunub, yaxud, bütün qalanın tikintisinə. Memar şirazlı Zeynal Abdulladır. O ki qaldı qalanın inşasına, o biyar yolu ilə, tikilmişdir. Yəni, xanlıq əhalisi xan qarşısında öhdəlik daşıyırdılar ki, lazım olduqda (həftədə, yaxud ayda?) 1 gün xan üçün pulsuz işləməlidirlər. Qaladakı indiki kilsə, 1828-ci ilə qədər Xanın ev məscidi idi və göstərilən ildə ruslar tərəfindən indiki formaya, yəni xaç formasına salınmış və kilsə edilmişdir. Ruslar xanın hərəmxanasının yerində isə türmə binası tikiblər. Qalanın dörd küncündəki 4 böyük bürc də ruslar tərəfindən inşa edilmişdir. Yuxarıda göstərdiyimiz kimi, Şəki Xan sarayının tikilmə tarixi tam dəqiqliyi ilə məlumdur! Hicri 1204-cü, yəni miladi 1789-1790-cu illər. Memar isə şirazlı Zeynal Abdulladır! Buna baxmayaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Xan sarayının qarşısında bir lövhə asıb ki, "Bu bina 18-19-cu əsrlərdə tikilmişdir". Həmçinin, süni surətdə binanın tarixini 25 il əvvələ atırlar, memarı haqqında isə heç nə demirlər.

Sarayın planı
Sarayın hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə bitişən yan otaqlar vardır. Binanın plan quruluşu, yəni hər mərtəbədə 3 otağın olması cənub hissədə aydın əks olunur. Mərtəbələr daxildən pilləkənlərlə əlaqələndirilib. Salonların şimal hissəsində iki kiçik otaq arasında xanişin adlanan yerləşkələr var. Tavanı güzgülənmiş alt xanişində fəvvarəli mərmər hovuz tikilmişdir.

Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir. Saray divarın ornamentliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, müxtəlif naxışlar, gəc üzərində oymalar məharətlə işlənmişdir. Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Saraydakı naxışların zənginliyi, rəng çalarları, stalaktit oymal olduqca gözəldir. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlarla bəzədilmişdir.

Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra belə yazmışdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi".

Şəki xan sarayının çox böyük şöhrət qazanmış divar rəsmləri XVlll əsrdə yaranmışsa da, sonralar dəfələrlə təmir edilmişdir. Sarayının divar təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə yazılmışdır. Həmin sənətkarların XlX əsrin sonunda binada işləməsi kitabələrdən məlumdur. XVlll əsrdə ilk təsvirləri işləyən nəqqaşın adı bunların içində qeyd edilməyib. Binada ikinci mərtəbənin tavanındakı təsvirdə ustad Abbasqulunun adı yazılmışdır. Ancaq Abbasqulunun bu təsvirləri nə vaxt işləməsi haqqında əlimizdə heç bir məlumat yoxdur. İkinci mərtəbənin salonundakı təsvirləri XlX əsrin axırlarında təmir edən və bəzilərini yenidən işləyən boyaqçının qarabağlı usta Qəmbər olduğu salonun divarlarında qeyd olunmuşdur. XlX əsrin axırlarında xan sarayının birinci mərtəbəsindəki salonun təsvirlərini təmir edən şamaxılı ustad Mirzə Cəfərin adı həmin salonun giriş qapısının yuxarısında yazılmışdır. 1955-1956-cı illərdə memar H.Q Rzayevin lahiyəsi və başçılığı ilə burada geniş bərpa işləri aparılmış və abidə ilkin halına qaytarılmışdır.


[img]http://upload.wikimedia.org/wikipedia/az/d/d0/%C5%9E%C9%99ki.jpg[/img]




[img]http://upload.wikimedia.org/wikipedia/az/thumb/5/54/%C5%9E%C9%99ki_qalas%C4%B1_1.jpg/300px-%C5%9E%C9%99ki_qalas%C4%B1_1.jpg[/img]

Kateqoriya: Bolgeler | Baxılıb: 1128 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.0/3 |
Ümumi şerh: 2
12.01.2014 Спам
2. fidan
.pis

25.11.2010 Спам
1. Gulnara
.Shekini cox sevirem. Yer uzunun en gozel diyari.

Имя *:
Email:
Код *:
Sayta daxil Ol

Xeber Arxivi
«  Noyabr 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 0
Qonaqlar 0
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2014
Создать сайт бесплатно