Namaz möhürlə qılınmalıdır, ya möhürsüz?...Dinimizlə bağlı suallar və cavablar - 26 Февраля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Fevral » 26 » Namaz möhürlə qılınmalıdır, ya möhürsüz?...Dinimizlə bağlı suallar və cavablar
Namaz möhürlə qılınmalıdır, ya möhürsüz?...Dinimizlə bağlı suallar və cavablar
20:21

- Namaz möhürlə qılınmalıdır, ya möhürsüz? Quranda bu sualın açıqlaması var?
- Quranda namazın möhürlə qılınmasına dair hər hansı bir ayə yoxdur. Allah namazlarınızı qəbul etsin!

Hicablı qadınla cinsi əlaqədə olmaq olar?
- Cinsi əlaqədə olmaq yalnız şəri kəbin kəsildikdən sonra düzgündür. Və qadının bu məsələdə hicablı olub-olmaması şərt deyil.

- Qadınların namaz qılarkən ayaqlarını sağ tərəfə çıxarması vacibdir?
- Xeyr, namazda oturarkən qadınların ayaqlarını sağ tərəfə çıxarmaları vacib deyil, kimə necə rahatdırsa, elə də otura bilər. Oturarkən ayaqları sağ tərəfə çıxarmaq da olar, sağ ayağı sol ayağın içinə qoymaq da.

- Namaz qılarkən ağlamaq olar? Günah deyil? Bu, namazı batil edir?
- Dünyəvi işlər üçün namaz üstə ağlamaq olmaz. Yox, əgər günahları xatırlayıb ağlayırsınızsa, günah deyil. Allah imanımızı kamil etsin!

- Səhhətimlə bağlı namazı dayandırmaq məcburiyyətindəyəm, həkimlər belə deyir. Nə etməliyəm?
- Namaz heç bir halda təxirə salınmamalı olan yeganə ibadət növüdür. Əgər əyilib-qalxa bilmirsinizsə, oturan yerdə namaz qılın, bu da mümkün deyilsə, uzandığınız yerdə namaz qılın. Çətinlik dəstəmaz almaqdadırsa, sağalanadək təyəmmümlə namaz qılın, təyəmmüm almaq da mümkün deyilsə, sadəcə olaraq namaz qılın. Allahdan qorxun, namazı heç bir halda tərk etməyin.

- Bəzən məcbur olub möhürsüz namaz qılırıq. Bu halda qıldığımız namazlar düzgündür?
- İnşallah düz olar və Allah onları qəbul edər. Getdiyiniz evlərdə möhür olmadıqda və ya özünüzlə möhür götürmədikdə adi yazılmamış kağız parçasına və ya təmiz, yeyilməyən-geyilməyən şeylərin üzərinə səcdə edə bilərsiniz. Allah namazlarınızı qəbul etsin!

- Dinimizə görə, sevdiyim şəxslə telefonla, internet vasitəsilə danışmaq və ya mesaj yazmaq olar?
- Yaxından tanışlıq məqsədilə bu kimi söhbətlərin maneəsi yoxdur. Bir şərtlə ki, harama yol verilməsin.

- Hər ay oynanılan lotereya biletləri ilə pul udmaq olar?
- Xeyr, bu kimi oyunlarda iştirak etmək olmaz, bu iş günah, uduş yolu ilə əldə olunun pullar isə haram qazanclara aiddir.

Karvan

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 4477 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 6
04.02.2014 Спам
6. Zuzu
.Salam Men Namaz qiliram cox WUKUR. Ve men Her ay senetlernne bagli Gurcustana gedib gelmedliyem gedib gelmeyde texmini 1 2 gun cekir.. O zaman Namazimi nece qilmaliyam? Evvlceden twkler. ALLAH razi olsun Butun Qilinan Namazlari Edilen ibadetleri Edilen Dualari ALLAH qebul elesin. AMIN

30.07.2013 Спам
5. Həbib
.Namaz qilib sonradan dayandirmaq (yeni qilmamaq) gunah sayilir?

20.07.2013 Спам
4. seva
.salam men sunnuyem ama siye namazi qiliram bu duzdu

01.07.2013 Спам
3. Gulnar
.salam.men namaz haqda cox az bilirem.ruket nedir?eger uzun yol gedirikse namaz nece olur bes?namazi saxlayib qezalarinmi qilmaq yoxsa yol ustu oturlu veziyyetde de qilmaq?melumat versez sevinerem

18.07.2012 Спам
2. nisane
.sualima gore cox uzr isteyirem menden hemise sperma kimi maye gelir eger bu ehtirasdan gelmeyibse bu zaman qusul almadan namaz qilmaq olar?

03.12.2011 Спам
1. rəşad
.bes yol getdikde sukan arxasinda olduqda namazi nece qilmali ,,??

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Fevral 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016