“Magistr” jurnalının 3-cü sayı nəşr olunub - 11 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 11 » “Magistr” jurnalının 3-cü sayı nəşr olunub
“Magistr” jurnalının 3-cü sayı nəşr olunub
19:18

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistr” xüsusi buraxılışının 3-cü sayı nəşr edilib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramlarını təqdim olunub.

Hər bir bakalavr vəsaiti əldə etdikdən sonra “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə diqqətlə tanış olmalıdır. Bakalavrlar bu siyahı əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura istiqamətləri və ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq ona seçmək hüququ verilən ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Qeyd edək ki, magistraturaya ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər zəruri məlumatlar “Magistr” xüsusi buraxılışının növbəti sayında təqdim olunacaq.

Xatırladaq ki, 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları “Magistr” xüsusi buraxılışının 2011-ci il 1-ci sayında, qəbul elanı isə 2-ci sayında dərc edilib. TQDK cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini 2011-ci il fevralın 20-də keçirib və bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri test üsulu ilə yoxlanıb.

Kateqoriya: Tehsil | Baxılıb: 888 | Elave eden: ANAR_PUSU | Reytinq: 1.0/1 |
Ümumi şerh: 2
29.03.2011 Спам
2. Qonce
.Salam.Her 1-nizi salamlayiram.2011-2012 ci il magistraturanin 2-ci merhelesine hansi ixtisas+dan imtahan dusecek?Cemi Nece sual olacaq?Men ADNA-nin I,BIM fakultesinin neft emali ve neft kimya senaye sahe+inin iqti-ti ve idareedilmesi ixtisasini bitirmisem.Evvelceden tesekkur!

25.03.2011 Спам
1. elcin asgerov
.tewekkurler

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016