Dindarlar Təhsil Nazirliyinin qarşısında aksiyaya cəhd edib - 7 Мая 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » May » 7 » Dindarlar Təhsil Nazirliyinin qarşısında aksiyaya cəhd edib
Dindarlar Təhsil Nazirliyinin qarşısında aksiyaya cəhd edib
12:12

Bir qrup dindarın Azərbaycan paytaxtında razılaşdırılmamış aksiya keçirmək cəhdi zamanı baş verənlərlə bağlı cinayət işi başlanıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında aksiya keçirmək cəhdi ilə bağlı məlumat yayıb.

2011-ci il mayın 6-da saat 11 radələrində təxminən sayı 150 nəfər olan radikal yönümlü dindar Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmişdir.

İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər bu tələbi yerinə yetirməmiş və ictimai təhlükəsizlik əleyhinə olan cinayət əməlləri törətmişlər.

Onların cəmiyyətə açıq hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv və qərəzli hərəkətləri nəticəsində nəqliyyatın intensiv hərəkəti təxminən 15 dəqiqə ərzində pozulmuş, vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulmuşdur.

Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanunsuzluqlara son qoymaları barədə təkrar xəbərdarlıq və tələblərinə məhəl qoymayan aksiya iştirakçıları ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərmiş, nəticədə 26 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarəti yetirilmiş, onlardan 5-i hospitala yerləşdirilmişdir.
Görülmüş qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınmışdır.

Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə həvalə olunmuşdur. İstintaqın tam və hərtərəfli aparılması üçün istintaq-əməliyyat qrupu yaradılmışdır.

Qeyd edilən cinayətin təşkilatçıları və iştirakçılarının dairəsi müəyyənləşdirilməklə həmin şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi təmin ediləcəkdir.

QEYD:Müqəddəs dinimizin adından istifadə etməklə bu cür, həqiqi bir dindara, İslam dininə inanan və ona bağlı olan bir insana yaraşmayan hərəkətlər etmək qətiyyən düzgün deyil.Bunun adı xuliqanlıqdır.Bu insanlar vətəndaşlara, onların amlakına, mağazasına, avtomobillərinə və s. ziyan vurmaqla, qarışıqlıq və qarşıdurma yaratmaqla əslində kimlərə xidmət etdiklərini, kimlərin əlində alətə, oyuncağa çevrildiklərini ya anlamırlar, ya da anlayırlar və bunu qəsdən edirlər ki, ölkədəki sabitlik pozulsun.Sabitliyin pozulması isə yalnız onları kənardan idarə edənlərə, Azərbaycanda qarşıdurma yaratmağa maraqlı olanlara necə deyərlər sərf edir.Belə kobud, nalayiq hərəkətlərlə dindar olmaq olmaz.Bu İslam dininə hörmətsizlikdir.

Kateqoriya: Muxtelif | Baxılıb: 638 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 1
07.05.2011 Спам
1. Anar (ANAR_PUSU)
.Mence dovlet hele bunlara mulayim davranır Daha ciddi sərt olmaq lazımdır ki bele şeylere birdefelik son qoyulsun.Bu ne demekdir sen cıx kuceye camaatın magazasını, masınlarını dagıt.En acınacaqlısı odur ki burda muqeddes dinimiz İslam dininden istifade edib qarışıqlıq yaradırlar, sabitliyi pozurlar ve bununla da kenar quvvelerin çöreyine yag surturler.cunku onlar olkemizde qarışıqlıq yaranmasını isteyirler.bunu anlamaq bu qedermi çetindir.agılımızı başımıza toplamalıyıq yoxsa bu qarışıqlıqları yaradaraq ele ozumuze ziyan vereceyik.hec olmazsa ereb olkelerinden numune goturun.sakit yaşamaqdan bezmişik?bele menasız şeylerle meşqul olmaqdansa olkemiz ucun lazımi ve xeyirli işlerele meşqul olmalıyıq.

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016