BŞBPİ 2 aprel aksiyasının 5 iştirakçısının şübhəli şəxs qismində saxlanıldığını açıqlayıb - 3 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 3 » BŞBPİ 2 aprel aksiyasının 5 iştirakçısının şübhəli şəxs qismində saxlanıldığını açıqlayıb
BŞBPİ 2 aprel aksiyasının 5 iştirakçısının şübhəli şəxs qismində saxlanıldığını açıqlayıb
21:22

Bakı şəhər Baş Polis İdarəsi aprelin 2-də paytaxtda keçirilən qanunsuz aksiya ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bir sıra müxalifət partiyalarının daxil olduğu İctimai Palata adlı qurum aprelin 2-də «Fəvvarələr meydanı»nda qeyri-qanuni kütləvi aksiya keçirməyə cəhd göstərib.

Onlar həmin gün saat 14.00-dan başlayaraq ümumi sayı təxminən 350 nəfərədək olan kiçik dəstələrlə şəhərin mərkəzi hissəsində, əsasən, Füzuli, Nizami küçələri və «Fəvvarələr meydanı» istiqamətində yürüş keçirməyə və xuliqanlıq etməyə cəhd göstəriblər.

Belə aqressiv və qərəzli hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə, o cümlədən, polisə məxsus 25-ə yaxın avtomobilə ziyan vurulub, 17 mağazanın, 1 bank müəssisəsinin şüşələri və 1 bankomat qurğusu sındırılıb.

On üç polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilib. Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində qanunsuz aksiya keçirmək və xuliqanlıq etmək cəhdinin qarşısı alınıb, ictimai asayişin kütləvi şəkildə pozulmasına və vandalizm cəhdlərinin yayılmasına imkan verilməyib. Bu zaman polis qanunsuz aksiyaların qarşısını alarkən tətbiq edilən əlavə vasitələrdən istifadə etməyib, su şırnağı, gözyaşardıcı qaz, rezin güllələr kimi vasitələr tətbiq olunmayıb.

Qanunsuz aksiya iştirakçıları tərəfindən polisə qarşı müqavimət, zorakılıq cəhdləri müşahidə olunsa da, bunların qarşısı həmin vasitələr tətbiq olunmadan alınıb, qeyri-qanuni hərəkətlərin fəal iştirakçıları da daxil olmaqla, şübhəli şəxs qismində 5 nəfər saxlanılıb.

Həmçinin, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş daha 70 nəfər barəsində ərazi polis orqanları və məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq edilib.

Hazırda fakt üzrə araşdırmalar aparılır.

QEYD...ŞƏXSİ FİKİR...Bu aksiyanın şənbə günü keçirilməsi ilk olaraq , insanların istirahətinə, sərbəst və təhlükəsiz gediş-gəlişinə, qısası sakinlərə, onların hüquq və azadlıqlarına hörmətsizlikdir.Onların haqqı yoxdur ki, bu istirahət günündə insanların daha çox olduğu bir meydanda sakitliyi pozsun, onların başını ağrıtsın.Ticarətlə, öz işi ilə məşğul olan insanların dükanlarını, mağazalarını sındırmaq, nəqliyyatın hərəkətinə mane olmaq, şəhəri dağıtmaq və s.Bu halda hansı insani davranışdan danışmaq olar?Onlara bu haqqı kim verib.Bu aksiyaları təşkil edənlər və fəalları həbs olunmalıdır.Sabitliyi pozmaq istəyənlər mütləq cəzalandırılmalıdır.Bir baxın, həmin partiyaların rəhbərləri öz tərəfdaşlarını qrşıdurmaya çəkiblər, özləri isə ortalıqda yoxdular.Belə hal keçmişdə də çox olub.Görəsən onlar xarici qüvvələrin əlində alətə çevrildiyini nə vaxt anlayacaqlar?

Az sayda da olsa gənclərin burda iştirak etməsini hardasa başa düşmək olar.Kimisini pulla, kimisini boş-boş vədlərlə aldadıb onlardan istifadə ediblər, kimisi də dünyagörüşünün azlığı və dərketmə səviyyəsinin zəifliyi səbəbindən orda ola bilər.Bəs yekə yekə kişilərə, qadınlara nə deməli?Hələ mən akisyalarda dindarların iştirak etməsini demirəm.Təəssüf ki, bəzi özünü din adamı sayanlar, eləcə də radikal dindarlar dindən istifadə edərək qarşıdurma yaratmaq istəyirlər.Həqiqətən də çox bərbad bir haldır.Çünkü belə çirkin işlərdə müqəddəs dinimizdən, dini inanclı insanlardan istifadə etmək günahdır.

Ümumuiyyətlə radikal müxalifətçilər nə istədiyini bilirlərmi?İstədikləri odur ki, hakimiyyət sevdasına düşüb qarışıqlıq yaratmaq, düşmənin eləcə də, xarici qüvvələrin öz istəiklərini ölkəmizdə reallaşdırmasına imkan yaratmaq.

Bu imkanı isə Azərbaycan xalqı onlara və onların dəstəkçi havadarlarına verməyəcək.Çünkü bir dəfə bu sınaqdan keçib və başına gələnlərdən hələ də qurtula bilmir.Vətəndaş üçün ən önəmli olan sabitlik və əmin amanlıqdır ki. o da var.Kim bu sabitliyi istəmirsə onu, vətəndaş düşməni, xalq düşməni saymaq olar.Bəyəm xalqımız rahat, sabit və təhlükəsiz şəraitdə yaşamaqdan bezib?Vətəndaş üçün digər bir önəmli məsələ inkişafdır ki, az-çox bu inkişaf da var.Bunu görməmək üçün isə sadəcə kor olmaq lazımdır.Büdcəsinin böyük bir hissəsinin müharibəyə ayrılmasına baxmayaraq digər sahələrdə olan irəliləyişi nəzərə alsaq bu özü də böyük ugurdur.Problemə , qüsurlara gəlincə əlbəttə ki, bu da var.Bunun da üzərinə düşüblər İnşallah nəticəsi olar.Qüsurların yaranmasında elə sıravi vətəndaşların özlərinin də günahı az deyil.Amma əsas məmurlardır, ən əsas da yerlərdəki idarələrin məmurları. Onların özbaşınalığı,süründürməçiliyi, insanlardan əsassız tələblər etmələri və s.

Sonda demək istəyirəm ki. hərkəs başının üstündə Allahı görüb düzgün fikir yürütməlidir.Nəyisə tərif etdiyin zaman, təbii ki, mütləq onun çatışmayan cəhətini də deməlisən, əgər varsa.Eləcə də əksinə.Haqsız danışmaq, haqsızlıq etmək haqqı, haqq olanı danmaq deməkdir!

Kateqoriya: Muxtelif | Baxılıb: 391 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 1
03.04.2011 Спам
1. Anar (ANAR_PUSU)
.muxalifet deyir ki, guya polis gözyaşardıcı qazdan, rezin gülleden istifade edib.yalan sohbetdi hele bir sey olmayıb.olsaydı videolarda, görüntülerde de görünerdi.biz ise görüntülerde sadece aksiyaçıların xuliqanlıgını, camaatın iş yerlereini nece dagıttıgını görürük.

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016