Bakının “Fəvvarələr” meydanında razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd olunub - - 2 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 2 » Bakının “Fəvvarələr” meydanında razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd olunub -
Bakının “Fəvvarələr” meydanında razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd olunub -
19:28

Bu gün İctimai Palatanın üzvləri Bakının “Fəvvarələr” meydanında razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd ediblər.

Bir qrup müxalifətçi saat 14.00-da ayrı ayrı qruplar şəklində şüarlar səsləndirməyə başlayıblar.Aksiyanın təyin olunduğu “Fəvvarələr” meydanına buraxılmayan müxalifətçilər paytaxtın ayrı-ayrı hissələrində qrup halında müxtəlif şüarlar səsləndiriblər. Polis aksiya cəhdinin qarşısını alıb.

İctimai Palatanın “Fəvvarələr” meydanına təyin etdiyi etiraz aksiyasına qatılmaq istəyən bir qrup şəxs Zərifə Əliyeva prospektinə çıxıb. Onlar müxtəlif şüarlar səsləndiriblər.

Lakin polisin müdaxiləsi ilə gənclər ərazidən uzaqlaşıblar. Bir neçə nəfər saxlanılıb.

Gənc Tamaşaçılar Teatrının qarşısında da şüarlar səsləndirən bir qrup gəncin qarşısı alınıb.

İctimai Palatanın təyin etdiyi etiraz aksiyanın iştirakçıları Səməd Vurğun küçəsində bəzi mağazaların, tikililərin, habelə “Bank Standard”ın şöbəsinin pəncərələrinin şüşələrini və qapısını sındırıblar.
Küçə boyu hərəkət edən aksiyaçılar qarşılarına çıxan obyektlərə daş və müxtəlif əşyalar atıblar.
Bəzi obyektlərə ciddi ziyan dəyib.Həmçinin Bakıda keçirilən etiraz aksiyası zamanı Bülbül prospektində bir neçə obyektin şüşələri sındırılıb.Bir neçə nəfər mağazaları daşa basıb. Onlar da etiraz şüarları səsləndiriblər.

Bəzi müxalifətçilər isə bunların təxribatçı qrup olduğunu bildiriblər.

Etiraz aksiyasında İP-ə daxil olan partiyaların liderləri iştirak etməyiblər.Müsavat Partiyasından bildirilib ki, partiya başqanı İsa Qəmbərin aksiyada iştirak etməyəcəyi əvvəlcədən planlaşdırılıb: “İsa bəyə qarşı təxribat törədilməsi ehtimalı var idi. Bu səbəbdən də o, aksiyaya qatılmadı”.

AXCP sədri Əli Kərimli də aksiyaya qatılmayıb. Bunun səbəbi ilə bağlı açıqlama veriləcək.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da bu keçirilən aksiyada iştirak etməyib. Partiyanın təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirib ki, növbəti analoji aksiyalarda M. Mirəlioğlu özü şəxsən iştirak edəcək.

AMİP sədri Yusif Bağırzadə də aksiyaya qatılmayıb. Partiyanın baş katibi Arzuxan Əlizadə bildirib ki, İP-də partiya liderlərinin aksiyada iştirak etməməsinə qərar verilib.

İctimai Palata (İP) 2 aprel aksiyası zamanı saxlanılanlarla bağlı yekun məlumat yayıb. İP-dən APA-ya daxil olan məlumata görə, saxlanılanlardan 41-i Müsavat Partiyası, 7 nəfər KXCP, 5 nəfər AXCP, 4 nəfər AMİP üzvləridir.

Məlumatda bildirilib ki, İP-nin 7 üzvü, ADP-nin və AXP-nin hər birinin bir üzvü, həmçinin 3 nəfər bitərəf şəxs aksiya zamanı saxlanılıb.

Qeyd edək ki, İ. Qəmbər, Ə. Kərimli və Y. Bağırzadə aksiyanı baş tutmuş saydıqlarını bildiriblər.

Bu gün Mətbuat Şurasının (MŞ) Monitorinq qrupu İctimai Palataya daxil olan partiyaların Bakıda keçirtdikləri icazəsiz aksiya zamanı jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinin monitorinqini aparıblar.Bildirilir ki, Mətbuat Şurası, inzibati orqanlar, media qurumları təmsilçilərinin daxil olduğu qrup aksiya zamanı heç bir təzyiqlə qarşılaşmayıb.

QEYD...ŞƏXSİ FİKİR...Bu aksiyanın şənbə günü keçirilməsi ilk olaraq , insanların istirahətinə, sərbəst və təhlükəsiz gediş-gəlişinə, qısası sakinlərə, onların hüquq və azadlıqlarına hörmətsizlikdir.Onların haqqı yoxdur ki, bu istirahət günündə insanların daha çox olduğu bir meydanda sakitliyi pozsun, onların başını ağrıtsın.Ticarətlə, öz işi ilə məşğul olan insanların dükanlarını, mağazalarını sındırmaq, nəqliyyatın hərəkətinə mane olmaq, şəhəri dağıtmaq və s.Bu halda hansı insani davranışdan danışmaq olar?Onlara bu haqqı kim verib.Bu aksiyaları təşkil edənlər və fəalları həbs olunmalıdır.Sabitliyi pozmaq istəyənlər mütləq cəzalandırılmalıdır.Bir baxın, həmin partiyaların rəhbərləri öz tərəfdaşlarını qrşıdurmaya çəkiblər, özləri isə ortalıqda yoxdular.Belə hal keçmişdə də çox olub.Görəsən onlar xarici qüvvələrin əlində alətə çevrildiyini nə vaxt anlayacaqlar?

Az sayda da olsa gənclərin burda iştirak etməsini hardasa başa düşmək olar.Kimisini pulla, kimisini boş-boş vədlərlə aldadıb onlardan istifadə ediblər, kimisi də dünyagörüşünün azlığı və dərketmə səviyyəsinin zəifliyi səbəbindən orda ola bilər.Bəs yekə yekə kişilərə, qadınlara nə deməli?Hələ mən akisyalarda dindarların iştirak etməsini demirəm.Təəssüf ki, bəzi özünü din adamı sayanlar, eləcə də radikal dindarlar dindən istifadə edərək qarşıdurma yaratmaq istəyirlər.Həqiqətən də çox bərbad bir haldır.Çünkü belə çirkin işlərdə müqəddəs dinimizdən, dini inanclı insanlardan istifadə etmək günahdır.

Ümumuiyyətlə radikal müxalifətçilər nə istədiyini bilirlərmi?İstədikləri odur ki, hakimiyyət sevdasına düşüb qarışıqlıq yaratmaq, düşmənin eləcə də, xarici qüvvələrin öz istəiklərini ölkəmizdə reallaşdırmasına imkan yaratmaq.

Bu imkanı isə Azərbaycan xalqı onlara və onların dəstəkçi havadarlarına verməyəcək.Çünkü bir dəfə bu sınaqdan keçib və başına gələnlərdən hələ də qurtula bilmir.Vətəndaş üçün ən önəmli olan sabitlik və əmin amanlıqdır ki. o da var.Kim bu sabitliyi istəmirsə onu, vətəndaş düşməni, xalq düşməni saymaq olar.Bəyəm xalqımız rahat, sabit və təhlükəsiz şəraitdə yaşamaqdan bezib?Vətəndaş üçün digər bir önəmli məsələ inkişafdır ki, az-çox bu inkişaf da var.Bunu görməmək üçün isə sadəcə kor olmaq lazımdır.Büdcəsinin böyük bir hissəsinin müharibəyə ayrılmasına baxmayaraq digər sahələrdə olan irəliləyişi nəzərə alsaq bu özü də böyük ugurdur.Problemə , qüsurlara gəlincə əlbəttə ki, bu da var.Bunun da üzərinə düşüblər İnşallah nəticəsi olar.Qüsurların yaranmasında elə sıravi vətəndaşların özlərinin də günahı az deyil.Amma əsas məmurlardır, ən əsas da yerlərdəki idarələrin məmurları. Onların özbaşınalığı,süründürməçiliyi, insanlardan əsassız tələblər etmələri və s.

Sonda demək istəyirəm ki. hərkəs başının üstündə Allahı görüb düzgün fikir yürütməlidir.Nəyisə tərif etdiyin zaman, təbii ki, mütləq onun çatışmayan cəhətini də deməlisən, əgər varsa.Eləcə də əksinə.Haqsız danışmaq, haqsızlıq etmək haqqı, haqq olanı danmaq deməkdir!

Kateqoriya: Muxtelif | Baxılıb: 381 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 1
03.04.2011 Спам
1. Anar (ANAR_PUSU)
.gozel exlaqlı, insani davranışlardı eziz aksiyaçılar angry ..bele hereketler edenler bizim milletin numayendeleri ola bilmez...

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016