“Bakı” və “Qarabağ” qələbə qazandı - 16 Июля 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyuL » 16 » “Bakı” və “Qarabağ” qələbə qazandı
“Bakı” və “Qarabağ” qələbə qazandı
13:52

İyulun 15-də Avroliqanın II təsnifat mərhələsinin oyunları keçirilib.

Azərbaycanın iki klubu - “Bakı” və “Qarabağ” növbəti oyuna cıxıb.

Dünən UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları baş tutub. Ölkə kubokunun sahibi kimi Avroliqaya vəsiqə qazanan “Bakı” ilk oyununu doğma meydanda keçirib. Çernoqoriyanın “Buduçnost” kollektivi ilə qarşılaşan “Bakı” azarkeşlərini sevindirməyə müvəffəq olub.Saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Çernoqoriyanın “Buduçnost” klubunu qəbul edən “Bakı” əzmkar oyun göstərməklə qələbə qazanıb - 2-1. Oyunun birinci hissəsinin 37-ci dəqiqəsində qonaqların oyunçusu Beqirayın əks-hücum zamanı dəqiq zərbə ilə hesabı açıb. Lakin ikinci hissədə “Bakı”nın futbolçuları daha inamlı oyun göstərməklə qələbə qazanıblar. Əvvəlcə Kaykut 77-ci dəqiqədə oyunda bərabərlik yaradıb. “Bakı”nın qələbə qolu isə matçın sonunda, ikinci hissəyə artırılmış son 4 dəqiqədə vurulub. Oyunun əlavə olunmuş vaxtında isə Jaba “Bakı”ya qələbə gətirən topu vurubİkinci qolun müəllifi qolu vurduqdan dərhal sonra hakimdən “hədiyyə”sini də alıb. Qələbə qolunu köynəyini çıxarmaqla qeyd edən hücumçu "sarı" kartla cəzalandırılıb.
İkinci hissənin sonunda başlamış güclü yağışla müşayiət olunan oyunu Rumıniyadan olan baş hakim Viorel Konstantin idarə edib..

“Bakı”nın baş məşqçisi Vinfrid Şefer oyundan sonra keçirilən mətbuat konfransı zamanı qələbəyə sevindiyini bildirib: “Bu mənim ilk rəsmi oyunum idi və qələbəyə görə çox şadam. Bu gün oyun boyu bizə böyük dəstək verən azarkeşlərə də təşəkkürümü bildirirəm”.

“Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının təsnifat raundunun ikinci mərhələsinin ilk oyununu Şimali İrlandiyada yerli “Portadaun” klubuna qarşı keçirib. “Şemrok Park” stadionunda keçirilən qarşılaşmanı Avstriyada olan hakimlər briqadası idarə edib.

Qarabağ” klubu hesabda geri düşməyinə baxmayaraq 1-2 hesabı ilə qələbə qazanıb. Ağdam təmsilçisi bütün oyun boyu rəqibindən üstün oyun göstərib. Hesabı 31-ci dəqiqədə “Portadaun”un oyunçusu Leski acıb. Lakın ikinci hissədə “Qarabağ” iki top vuraraq inamlı qələbə qazanıb. Oyunun 67-ci dəqiqəsində Əfran İsmayılov hesabı bərabərləşdirib. 86-cı dəqiqədə isə Əfran İsmayılov ikinci qoluna imza atıb. O, gözəl zərbə ilə “Qarabağ”a vacib olan qələbəni bəxş edib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qələbə münasibəti ilə hamını təbrik edib: “Amma bu bizi arxayınlaşdırmamalıdır. Bizim qarşıda cavab oyunumuzda var”.

Beləliklə, “Qarabağ” Britaniyadan əlverişli hesabla qayıdır. Komandaların növbəti qarşılaşması iyulun 22-də Bakıda keçirəcəklər. Oyunu polşalı hakimlər briqadası idarə edəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq.

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində səfərdə Şimali İrlandiyanın “Portadaun” klubuna 2:1 hesabı ilə qalib gələrək böyük uğura imza atan “Qarabağ” artıq Bakıya dönüb. Ağdam klubunun futbolçularını gətirən təyyarə bu gün günorta saat 12:00-13:00 radələrində Heydər Əliyev adına hava limanına enib.

Futbolçular oyunun keçirildiyi Portadaun şəhərindən Şimali İrlandiyanın mərkəzi şəhəri olan Belfasta “Partadaun” klubunun ayırdığı avtobusla gəliblər. “Qarabağ” futbol klubundan ANS PRESS-ə verilən məlumata görə, futbolçular və klubun texniki heyəti Belfastdan təyyarə ilə Çexiyaya yola düşüblər.

Çexiyada yanacaq dolduran təyyarə birbaşa Bakıya istiqamət götürüb. “Portadaun” futbol klubu komandamız üçün hər bir şəraiti yaradıb.

Kateqoriya: Idman | Baxılıb: 555 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 1
17.07.2010 Спам
1. Rustem
.HALADI HER IKISINE EN COX DA QARABAGA SEFERDE QELEBE QAZANDI

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016