Ali təhsil müəssisələrinin boş qalan yerlərinin siyahısı açıqlandı - 11 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 11 » Ali təhsil müəssisələrinin boş qalan yerlərinin siyahısı açıqlandı
Ali təhsil müəssisələrinin boş qalan yerlərinin siyahısı açıqlandı
10:38

Ayrılan 30457 plan yerindən 2267 yer boş qalıb

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı artıq müəyyən edilib. ANS PRESS-in verdiyi məlumata görə, siyahını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlayıb. Belə ki, I qrup ixtisas üzrə cəmi 445 boş yer qalıb ki, bunlardan 281-i Azərbaycan, 67 rus böl bölməsi, 97 yer isə birgə müsabiqə aparılan ixtisasların payına düşür. II qrup üzrə 472 boş yerdən 131-i Azərbaycan, 81 yer isə rus bölməsi üzrədir. II qrupda birgə müsabiqə aparılan ixtisaslardan isə 260 yer boş qalıb. III qrupdan isə 1300 yer boş qalıb ki, onlardan 815 yeri Azərbaycan, 55 yeri isə rus bölməsinə aiddir. Bu qrupda birgə müsabiqə aparılan ixtisaslardan 430 yer boşdur. Ən az IV qrupda vakant yer qalıb. Bi qrup üzrə 50 yerdən 1-i Azərbaycan, 26-sı rus bölməsində, 23-ü isə birgə müsabiqə aparılan ixtisaslarda boş yer qalıb.

Qeyd edək ki, bu il ayrılan 30457 plan yerindən 2267 yer boş qalıb. Bu il ali məktəblərə 27700 abituriyent qəbul olub. Həmçinin 53 nəfər yüksək səviyyəli beynəlxalq müsabiqə qalibi, olimpiada, dünya və Avropa çempionu ali məktəbə müsabiqədən kənar qəbul edilib.

TQDK-nın rəsmisi II, III və IV qruplar üzrə ixtisaslarının boş qalan yerlərinin müsaqbiqəsində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin iştirak edə biləcəyini bildirib. Belə ki, I qrupun ixtisaslarının müsaqbiqəsində ümumi balı 200-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bal 10-dan az olmayan abituriyentlər iştirak edə bilər.

Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarına isə fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir. I və III ixtisas qrupları üzrə ümumi balı 300, II və IV ixtisas qrupları üzrə ümumi ball 350-dən az olmayan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

Dövlət sifarişi əsasında ayrılan yerlərin ixtisas seçimində II ixtisas qrupu üzrə ümumi balı 400-dən, III və IV ixtisas qrupları üzrə ümumi ball 350-dən, I ixtisas qrupu üzrə ümumi ball 300-dən az olmayan abituriyentlər iştirak edə bilər.

Kateqoriya: Tehsil | Baxılıb: 462 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 1
10.09.2013 Спам
1. hokume
.cox xayiw edirem men ixtisas secimini nece ede bilerem mene bu haqda daha aydin bawa salin 3 qurupa vermiwem bilmirem texnukuma kecmiwem ya yox mene komek edin

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016