“Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlı vəsait istifadəyə verilmişdir - 15 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 15 » “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlı vəsait istifadəyə verilmişdir
“Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlı vəsait istifadəyə verilmişdir
19:57

TQDK “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlı vəsait oxucuların istifadəsinə vermişdir

Məlum olduğu kimi, təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri ali və orta ixtisas təhsili müəsissələrinə tələbə qəbulu işidir. Bu iş mütəxəssis hazırlığının əsasını təşkil edir. Tələbə qəbulunun xüsusi əhəmiyyət kəsb edən mərhələlərindən biri isə qəbul imtahanlarına hazırlıqla bağlıdır. Təcrübə göstərir ki, bu mərhələdə abituriyentlərin məsləhət və tövsiyələrə ciddi ehtiyacları yaranır. TQDK bunu nəzərə alaraq onlara elmi, metodiki kömək istiqamətində kompleks tədbirlər həyata keçirir. Gəncləri müxtəlif məzmunda və çeşiddə zəruri dərs və tədris-metodiki vəsaitlər, tövsiyə və sorğu materialları, onlara bələdçilik edən nəşrlər və digər köməkçi materiallarla təmin edir.
Abituriyentlərin məsləhət və köməyə xüsusi ehtiyac duyduğu ən mühüm məsələlərdən biri ixtisas seçimi məsələsidir.

Xatırladaq ki, abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə TQDK hər il ayrı-ayrı ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər çap edir. Vəsaitlərdə təhsil formaları, Azərbaycan və rus bölmələri və hər iki bölmənin birgə müsabiqəsinə aid qəbul planları verilir, müsabiqəyə buraxılma şərtləri dərc edilir, eyni zamanda müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunur.

Bu da hər bir müsabiqə iştirakçısına özündən çox və özündən az bal toplamış abituriyentlərin, yəni “rəqiblərinin” sayı və keçid ballarına nəzərən müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında məlumat almağa, ixtisas seçimi zamanı yaranmış müsabiqə vəziyyətində öz yerini təqribən də olsa müəyyən etməyə, bu və ya digər ixtisasa qəbul olmaq şansını real qiymətləndirməyə imkan yaradır. Nəticə etibarilə bütün bunlar abituriyentin ixtisas seçiminin uğurlu olmasına, seçim zamanı onun düzgün, ağıllı qərar qəbul etməsinə müsbət təsir göstərir.
Bununla belə, gənclərin ixtisas seçimində problemlərinin olmadığını, onların hamılıqla və həmişə uğurlu seçim etdiklərini demək çətindir.

Gənclərin gələcək mütəxəssis kimi uğurları, arzu və istəklərinin reallaşması məhz ixtisas seçimi mərhələsində kifayət qədər düşünülmüş qərar qəbul etmələrindən asılı olur. Onlar hərtərəfli götür-qoy edilmiş ixtisas seçimi ilə öz gələcək karyeralarının əsasını qoymuş olurlar. Ümumiyyətlə, ixtisas seçərkən ən azı üç suala cavabı əsas götürmək lazımdır:
– Mən nə istəyirəm?..
– Mən nəyi bacarıram?..
– Mənim seçdiyim ixtisasa tələbat nə dərəcədədir?
Bu zaman uğurlu ixtisas seçiminə müsbət təsir göstərən aşağıdakı amillər də unudulmamalıdır: ixti¬sas haqqında məlumatlarla ətraflı tanış olmaq; istəyi ilə bərabər öz bilik və bacarığını, hazırlıq səviyyəsini və mövcud müsabiqə vəziyyətinin reallıqlarını düzgün qiymət¬ləndirmək.

Hər bir gənc seçim barədə qərar verməzdən əvvəl ixtisasın mahiyyətini dərk etməli, onu yaxşı-yaxşı təhlil etməli, bütün cəhətləri əvvəlcədən nəzərə almalıdır. Lakin təcrübə göstərir ki, ali təhsil müəssisələrinə qəbula hazırlaşanların heç də hamısı bakalavr ixtisaslarının mahiyyəti haqqında tam və aydın təsəvvürə malik olmur və təəssüf ki, bir çox hallarda kortəbii seçim edirlər. Buna görə də gənclərimizə ali təhsil ixtisaslarının xarakteristikası, təyinatı, bakalavriat təhsili başa çatdıqdan sonra peşə-ixtisas hazırlığına uyğun olan fəaliyyət sahə və istiqamətləri, gələcək iş yerləri barədə məlumat və açıqlamalar verilməsinə böyük ehtiyac vardır.

Bunları nəzərə alaraq, TQDK abituriyentlərin düşünülmüş ixtisas seçimi etmələrinə və bu istiqamətdə dəqiq addım atmalarına kömək məqsədilə bütün bakalavr ixtisaslarını əhatə edən məlumat-sorğu vəsaitinin hazırlanmasını məqsədəuyğun hesab etmişdir. “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlanan bu nəşr Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ali təhsil pilləsinin Dövlət standartları və proqramı” sənədinə istinadən və TQDK-nın informasiya bazasında olan məlumat və materiallar əsasında hazırlanmışdır.

Təqdim olunan vəsait ixtisas qruplarına uyğun olaraq 4 kitabdan ibarətdir. Birinci kitab I qrup ixtisaslarına (65 ixtisas), ikinci kitab II qrup ixtisaslarına (19 ixtisas), üçüncü kitab III qrup ixtisaslarına (45 ixtisas) və dördüncü kitab isə IV qrup ixtisaslarına (23 ixtisas) həsr edilir.
Hər bir ixtisas haqqında təqdim olunan informasiyada həmin ixtisas üzrə kadrların hansı təhsil müəssisəsində hazırlanması, ixtisasın xarakteristikası, təyinatı, bu və ya digər ixtisas üzrə hazırlanan bakalavrlara təhsil müddətində tədris edilən peşə-ixtisas fənləri, həmin fənlər əsasında onlara öyrədilən ixtisas bilik və bacarıqları şərh olunur, onların gələcək fəaliyyətinin əsas sahə və istiqamətləri və iş yerləri barədə məlumat verilir. İxtisasların siyahısı ali təhsil müəsissələrinə 2010-cu ilin qəbul planı əsasında təqdim olunur.

Əlbəttə, vəsaitdə ixtisaslarla bağlı təqdim olunan məlumatların bütün məsələləri tam əhatə etdiyini söyləmək olmaz. Burada verilənlər abituriyentlər üçün müəyyən oriyentir kimi qiymətləndirilməlidir.
Birinci qrupun ixtisasları şərti olaraq üç istiqamət üzrə qruplaşdırılıb:
1. Mühəndislik ixtisasları;
2. Elmi-texniki sahəyə aid ixtisaslar;
3. Müəllimlik ixtisasları.

Vəsaitdə ayrı-ayrı ixtisasların mahiyyəti və xarakteristikası ilə bağlı işlənən terminlərin “Qısa izahlı lüğət”i də verilmişdir. Həmin terminlər bir ulduzla (*) işarələnmişdir. Lüğət bu və ya digər anlayışlar haqqında məlumat verməklə ixtisasların mahiyyəti və xarakteristikalarının qavranılmasını asanlaşdırır.

Bakalavr ixtisasları haqqında bu nəşr ilk təşəbbüsdür. Yəqin ki, müəyyən arzu, təklif, rəy və münasibət də doğuracaq. Bunlar kitabların gələcəkdə daha da təkmilləşməsinə töhfə verə bilər. Daxil olan bütün arzu, təklif və rəylər TQDK tərəfindən hökmən nəzərə alınacaq. Bu işdə bütün oxucuların fəal iştirakı arzu olunur.

Hər bir abituriyentin uğurlu ixtisas seçimi onun bütün gələcək karyerasının təməlini qoyur. Ümid edirik ki, təqdim olunan bu məlumat-sorğu vəsaiti gənclərə öz peşəyönümlərini düzgün müəyyənləşdirməkdə, ixtisas seçimlərinə daha həssas yanaşmaqda kömək edəcək¬¬¬ və ixtiosas seçimi zamanı öz istək, bilik və bacarıqları ilə bərabər, cəmiyyətin də sifariş və ehtiyaclarını nəzərə almaqda yardımçı olacaq.

Kateqoriya: Tehsil | Baxılıb: 1137 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/3 |
Ümumi şerh: 4
26.03.2011 Спам
4. ramil
.fsdASdrsssfdwrfsd

26.03.2011 Спам
3. ramil
.DFDsdfdfxcvdfsf. sfZFDzcf

26.03.2011 Спам
2. ramil
.dffzddzvbz

26.03.2011 Спам
1. ramil
.sadece oyrenmek istiyirem

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016