Başlıq
 
Başlıq
[ Новые сообщения · Участники · Правила форума · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Модератор форума: DJFERID  
Forum » Eylence (Развличения ) » DiNi_Sohbetler_(Религия) » Sizcə məktəblərdə hicabın qadağan olunması düzgündürmü?
Sizcə məktəblərdə hicabın qadağan olunması düzgündürmü?
DJFERIDTarix: cüme, 03.10.2008, 14:46 | Şerh # 1
Генерал-лейтенант
Qruppa: Istifadeciler
Şerh: 15
şöhret: 1
Status: OFFline
Respublikamızın bir çox məktəblərində müsəlman xanimların Hicab taxmasına qadağa qoyulub. Sizcə bunda məqsəd nədir?
 
AdminTarix: cüme, 03.10.2008, 18:54 | Şerh # 2
Baş Admin
Qruppa: Adminstrator
Şerh: 212
şöhret: 1
Status: OFFline
Vallah Meqsedi bilmirem ama buna çox pis baxıram.. Nece beyem bezileri mini geyinib gele bilir ama Hicab da gelmek olmaz*? angry angry

 
iravaniTarix: cüme, 03.10.2008, 20:50 | Şerh # 3
Подполковник
Qruppa: Istifadeci
Şerh: 14
şöhret: 2
Status: OFFline
Quote (Broker)
Vallah Meqsedi bilmirem ama buna çox pis baxıram.. Nece beyem bezileri mini geyinib gele bilir ama Hicab da gelmek olmaz*?

Çox təəssüflər olsun ki, belə haqsızlıqlara müsəlman ölkəsi kimi tanınan ölkələrdə rast gəlinir.

 
AdminTarix: Bazarertesi, 06.10.2008, 16:44 | Şerh # 4
Baş Admin
Qruppa: Adminstrator
Şerh: 212
şöhret: 1
Status: OFFline
Quote (iravani)
Çox təəssüflər olsun ki, belə haqsızlıqlara müsəlman ölkəsi kimi tanınan ölkələrdə rast gəlinir

He bilirem .))) Turkiye bu movzunu artiq DOvlet seviyyesine qaldirib muzakire eleyir. cox menasiz 1 isdi.muselman olkesi kimi taninan butun olkelerde mencu bu cur meseleler problem yaratmamalidir.


 
iravaniTarix: Bazarertesi, 20.10.2008, 16:41 | Şerh # 5
Подполковник
Qruppa: Istifadeci
Şerh: 14
şöhret: 2
Status: OFFline
Quote (DJFERID)
Sizcə bunda məqsəd nədir?


Məqsəd ... 70 il ərzində rusların məqsədi nə idisə , indi də odur..

wacko
 
AdminTarix: Çerşenbe axşamı, 28.10.2008, 21:36 | Şerh # 6
Baş Admin
Qruppa: Adminstrator
Şerh: 212
şöhret: 1
Status: OFFline
Quote (iravani)
Meqsed ... 70 il erzinde ruslarin meqsedi ne idise indi de odur

hmmm o vaxt russlara tabe idik indi ise tabe deyilik ama yene de kohne hamam kohne tas angry


 
GULNARTarix: cüme axşamı, 05.02.2009, 09:45 | Şerh # 7
ModeratoR TTIO
Qruppa: Moderator
Şerh: 25
şöhret: 3
Status: OFFline
Men mektebimi ne qeder cox istesemde bizde de >qadagan idi>>amma day-dayi olan nazirlikden tapshirtdirilib sonra gele bilerdi>>amma men Nardaranda olanda orda bir cox qizlar hicabda derse gelirdiler>cox gozel gorsenirdiler...Birce basha dushe bilmirem burda ne meqsed dashiyirlar>?olmaz paah >gerek shotlankani geyinib 3-4defe bufete getsin ozunu gostersin...ehhh>amma hicaba gelende desin ki,modnu qiz olub getdin....

 
iravaniTarix: cüme, 13.03.2009, 14:04 | Şerh # 8
Подполковник
Qruppa: Istifadeci
Şerh: 14
şöhret: 2
Status: OFFline
Quote (GULNAR)
Men mektebimi ne qeder cox istesemde bizde de >qadagan idi>>amma day-dayi olan nazirlikden tapshirtdirilib sonra gele bilerdi>>amma men Nardaranda olanda orda bir cox qizlar hicabda derse gelirdiler>cox gozel gorsenirdiler...Birce basha dushe bilmirem burda ne meqsed dashiyirlar>?olmaz paah >gerek shotlankani geyinib 3-4defe bufete getsin ozunu gostersin...ehhh>amma hicaba gelende desin ki,modnu qiz olub getdin....


Halbuki hicabin faydasi var,amma shotlankanin yox.

Hicabin faydasi

Добавлено (13.03.2009, 14:01)
---------------------------------------------
Konstitusiya və qanunlarımızda hicaba hər hansı qadağa yoxdur (hüquq müdafiəçilərinin rəyləri)

“Sülh və Demokratiya İnstitutunun sədri, hüquq müdafiəçisi Leyla Yunus:

- Hər şey qanun çərçivəsində olmalıdır. Əgər ölkə Konstitusiyasında yazılsaydı ki, hicabla işə, ali məktəbə və ya orta məktəbə gəlmək olmaz, onda deməli olmaz. Ancaq Konstitusiyada bu yazılmayıb. Əgər belə xanımları işə və dərsə buraxmırlarsa - bu özbaşınalıqdır və məmurlar qanunu pozublar.

Səidə Qocamanlı: "İnanclı insanların başörtüklü gəzməyə hüquqları var. Və bu hüququ onların əlindən heç kəs ala bilməz..."
2009-03-05 14:04:09

Azərbaycanda "İslam mədəniyyətinin paytaxtı" tədbirləri və günləri biri-birini əvəz etdiyi bir zamanda kimlərsə ölkənin bu əlamətdar estafetə sahiblənməsinə və onu şərəflə aparmasına kölgə salmağa çalışır. Belə ki ötən həftənin son günlərindən bölgələrlə yanaşı, paytaxtdakı bir sıra tədris müəssisələrindən baş örtüyünə süni qadağalarla bağlı bir sıra məlumatlar gəlməyə başlamışdır. Artıq DEVAMM-ın apardığı monitorinqlər əsasında məlum olmuşdur ki, bir sıra məktəblərdə hicablı xanımlar dərslərə buraxılmayaraq tədrisdən və təhsildən kənarlaşdırılmışlar. Baş verən bu hüquq pozuntuları ilə əlaqədar ölkənin tanınmış hüquq müdafiəçiləri rəylərini "Dəyərlər"ə açıqlamışlar.

[b] İnsan Hüquqlarının Müdafiə Bürosunun sədri, hüquq müdafiəçisi Səidə Qocamanlı:

- Mənə belə gəlir ki, Azərbaycanda zaman-zaman belə dalğalar olubdur; bu, birinci dəfə deyil. Amma həmişə vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin bu işlərə müdaxiləsi haradasa bunun qarşını almışdır. Zənnimcə yenidən bunu etmək lazımdır, çünki cəmiyyət bu gün belə bir vəziyyətdədir ki, vaxtaşırı bu tədbirləri həyata keçirmək lazımdır ki, bu hadisələr sistemli hal almasın və bu məsələ Azərbaycanda həll olunsun. Sözsüz ki, bu inanclı insanların hüquqlarının pozulması deməkdir. Həmin o məktəblərdə, həmin o tədris ocaqlarında baş verənlərlə bağlı konkret olaraq müvafiq təşkilatlara müraciətlər edək. Çünki bu təbiidir ki, insan haqlarından danışanda ümumbəşəri dəyərləri nəzərə almalıyıq. Ümumbəşəri dəyərlər tələb edir ki, hər bir kəsin etiqad azadlığı, ələlxüsus da inanclı insanların başörtüklü gəzməyə hüquqları var. Və bu hüququ onların əlindən heç kəs ala bilməz. Necə ki, digərləri başı açıq gəzə bilir, necə ki, digərlərinin geyimlərində özünəməxsus kaloritlər var - elə də inanclıların özünəməxsusluğu var.

Hazırda Bakının İslam mədəniyyətinin paytaxtı adını daşıdığı belə bir zamanda, belə bir anda da Azərbaycanda belə bir tədbirlərin keçirildiyi bir vaxtda hüquq pozuntularına yol vermək - özü həmin insanların hüquqlarının pozulması deməkdir. Mən heç də istəməzdim ki, məhz belə bir anda Azərbaycanı İslam dəyərlərini, İslam mədəniyyətini təmsil etdiyi bir vaxtda belə faktlar üzə çıxsın. Mən çox təəssüf edirəm ki, bəzi məmurlar buna rəvac verirlər, Azərbaycanın İslam dinində olduğunu anlamırlar. Hər halda bu Azərbaycanın nüfuzuna xələl gətirən faktdır.

"Helsinki Vətəndaş Assambleyasının həmsədri, hüquq müdafiəçisi Arzu Abdullayeva:

- Hicaba qarşı təzyiqlər kampaniyasının səbəbindən başlamaq istərdim. Fəaliyyətimiz zamanı keçirilən monitorinqlərdən belə bir qənaətə gəlmişəm ki, məmurlar "radikal dinçi" adlandırdıqları ünsürlərə qarşı mükəmməl mübarizə apara bilmədiklərinə, buna qarşı uyğun siyasət, proqram formalaşdıra bilmədiklərinə, strategiyaları, taktikaları olmadıqlarına görə onlar həmişəki kimi öz səlahiyyətlərindən qeyri-qanuni istifadə edir və bir çox məsələlərdəki kimi qeyri-peşəkarlıq nümayiş etdirirlər. Məsələn, bir cinayətin üstünü aça bilməyəndə onlar işgəncələrə yol verirlər. Məhz buna görə ki, peşəkarlıqları çatmır. Bu da əsas səbəbdir.

Добавлено (13.03.2009, 14:04)
---------------------------------------------
Mənim mövqeyim budur ki, hicab geyinmək hər bir kəsin hüququdur. Ancaq mən əmin olmaq istərdim ki, məktəbə gedən şagirdlər, tələbələr bunu öz xoşları ilə geyinirlər. Məsələn, sizin cəmiyyətinizdə, İçərişəhər "Cümə" dini icmasında İslam elə gözəl çatdırılır ki, mümkün deyil ki, sizdə kimisə məcbur etsinlər. Çünki İslamı tərbiyəvi, mədəni təbliğ edirsiniz. Ancaq siz Azərbaycan yeganə İslami qurum deyilsiniz. Ona görə də mən əmin deyiləm ki, hər bir qız özü şüurlu hicab geyinmək qərarına gəlib. Bunun monitorinqi, tədqiqatı aparılmalıdır. Belə bir məcburiyyətdə maraqlı olmadığınızdan məhz siz hicabın müdafiəsi işini aparırsınız. Digər tərəfdən Quranda məcburiyyət və "qadının üzü örtülməlidir" kimi ifadələr yoxdur. Orada var ki, "qadın örtünməlidir", belə bir kəlam var. Və VII əsərdə ərəb cəmiyyəti açıq-saçıq geyindiyi üçün bu ifadə daha proqressiv idi. Mən bunun tərəfdarıyam. Burada məcburiyyət yoxdur, Quranda da eləcə. Məncə, insanın öz haqqıdır, istər hicab geyinər və ya geyinməz. Siz özünüz bilirsiniz ki, vəhhabilik necə təhlükəli bir amildir. O, çox yayılıb, lakin məmurların gücləri yoxdur ki, buna qarşı mübarizə aparsınlar, necə ki, bir çox sahələrdə. Və bacaqdıqları hər yerdə, hər sahədə onlar necə gücdən, zordan istifadə edirlərsə, burada da onlar bundan istifadə edirlər. Bu bizim üçün çox qorxulu bir amildir.

Bakının İslam mədəniyyətinin paytaxtı olduğu bir dövrdə hicaba qarşı belə təzyiq kampaniyasının aparılmasında bir-birinə zidd olan mövqelər görürəm burada. Həqiqətən də Azərbaycan İslam mədəniyyətinin paytaxtı ola bilməz. Çünki biz illər boyu ateizm və aqnostitizm təbliğatı altında yaşamışıq. Əhalimiz inanclıdır, ancaq çox da dindar deyil. Əgər biz bu il İslam mədəniyyətinin paytaxtıyıqsa, o zaman bütün bunlar nə deməkdir?

"Sülh və Demokratiya İnstitut"unun sədri, hüquq müdafiəçisi Leyla Yunus:

- Hər şey qanun çərçivəsində olmalıdır. Əgər ölkə Konstitusiyasında yazılsaydı ki, hicabla işə, ali məktəbə və ya orta məktəbə gəlmək olmaz, onda deməli olmaz. Ancaq Konstitusiyada bu yazılmayıb. Əgər belə xanımları işə və dərsə buraxmırlarsa - bu özbaşınalıqdır və məmurlar qanunu pozublar.
Hazırladı: ELDAR CAVAD
"Dəyərlər"

WWW.MEDIA-ISLAM.COM

 
Forum » Eylence (Развличения ) » DiNi_Sohbetler_(Религия) » Sizcə məktəblərdə hicabın qadağan olunması düzgündürmü?
  • Страница 1 из 1
  • 1
Поиск:


Design by Kamal Zeynallı © 2024