“Əzizbəyov” metrostansiyası iyunun 1-dən yenilənəcək - 19 Мая 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » May » 19 » “Əzizbəyov” metrostansiyası iyunun 1-dən yenilənəcək
“Əzizbəyov” metrostansiyası iyunun 1-dən yenilənəcək
20:16

Stansiyanın piramidaşəkilli iki girişi olacaq

İyun ayının 1-dən Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasının modernləşdirilməsi və yenidən qurulması üzrə işlərə start veriləcək. Stansiyada təmir işlərini aparacaq “Europroekt” şirkətinin sahə rəisi Bağır Şirinovun ANS-ə verdiyi məlumata görə, hələlik ərazidə hazırlıq işləri gedir. Ərazi hasarlanandan sonra burada özül qazılacaq və piramida inşa ediləcək.

Piramidaşəkilli stansiyanın 2 girişi olacaq. Sərnişinlər böyük “M” hərfinin altından stansiyaya girib-çıxa biləcəklər. Bu piramidalar “İçərişəhər” stansiyasının piramidasından həm hündür, həm də geniş olacaq.

Piramidaşəkilli stansiyanın yenidən qurulması üzrə işlər üçün dövlət büdcəsindən 6 milyon manat vəsait ayrılıb. Qeyd edək ki, stansiyanın girişi ilə paralel daxilində də təmir işləri aparılacaq.

Sahə rəisi işlərin metronun fəaliyyətinə heç bir maneəçilik törətməyəcəyini, stansiyanın fəaliyyət göstərəcəyini qeyd edib. Amma iş icraçısı stansiyanın bir müddət fəaliyyətini saxlamasını da istisna etməyib. “Tikintinin sonlarında tamamlanma işləri gedəndə ola bilər ki, stansiya bağlansın”, deyə B. Şirinov qeyd edib.

Stansiyanın adının dəyişdirilib-dəyişdirilməməsi məsələsinə gəlincə, Bakı Metropolitenin rəhbəri Tağı Əhmədov bu barədə məlumatsız olduğunu bildirib. Onun sözlərinə görə, bunu adqoyma komissiyası müəyyənləşdirir. Metropolitendən bununla bağlı komissiyaya heç bir müraciət edilməyib.

Qeyd edək ki, tikinti şirkətinin rəhbəri alman mənşəli Anton Müllerdir.

ANS

Kateqoriya: Muxtelif | Baxılıb: 408 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2010  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016