Yeni dərs ilinin sonunda orta məktəbi əla və yaxşı qiymətlərlə bitirən məzunlara qızıl və gümüş medal veriləcək - 28 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 28 » Yeni dərs ilinin sonunda orta məktəbi əla və yaxşı qiymətlərlə bitirən məzunlara qızıl və gümüş medal veriləcək
Yeni dərs ilinin sonunda orta məktəbi əla və yaxşı qiymətlərlə bitirən məzunlara qızıl və gümüş medal veriləcək
11:28

2010-2011-ci tədris ilində orta məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medal veriləcək.

Təhsil Nazirliyinin aparıcı mütəxəssisi Əhliyyət Adıgözəlov APA-ya bildirib ki, orta məktəbin orta təhsil səviyyəsinin 75 faizini “əla” qiymətlərlə bitirən, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı, 75 faizi “əla” olan, bütün fənlərdən illik qiymətləri “əla” olan şagirdlərin namizədliyi qızıl və ya gümüş medalla təltifi üçün verilə bilər. Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən məzunlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən tədris dili və riyaziyyat istisna edilməklə, ən çoxu ikisi “yaxşı” olanlar gümüş medala layiq görüləcəklər.

Ə. Adıgözəlov deyib ki, medalların verilməsi üçün namizədliyin verilməsi zamanı məzunların təhsil aldığı müddətdə göstərdiyi nümunəvi davranışı, respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməsi də nəzərə alınacaq. Təhsil alanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılacaq və müvafiq qərar qəbul olunacaq. Namizədliyi veriləcək 11-ci sinif şagirdlərinin siyahısını yerli təhsili idarəetmə orqanları mayın 20-dək Təhsil Nazirliyinə təqdim edəcək.
Medallar məzunlara təntənəli şəraitdə təqdim ediləcək.

Qeyd edək ki, qızıl və gümüş medala layiq görülən abituriyentlərə ali məktəblərə qəbul zamanı heç bir əlavə güzəşt verilməyəcək.

Xatırladaq ki, Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsi prosesi təxminən 1990-cı illərin əvvəllərindən dayandırılıb.

Kateqoriya: Tehsil | Baxılıb: 387 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016