Yeni dərs ilində şagirdləri hansı yeniliklər gözləyir? - 31 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 31 » Yeni dərs ilində şagirdləri hansı yeniliklər gözləyir?
Yeni dərs ilində şagirdləri hansı yeniliklər gözləyir?
20:22

Onlar bu il yeni təlim metodlari ilə nəşr olunan dərsliklərdən istifadə edəcək

Yeni dərs ilinə az vaxt qalıb. Valideynlərin gəlhagəli başlayır. Forma alınmalıdır, dəftər-qələm və məktəb üçün lazım olan digər ləvazımatlar xeyli xərc tələb edir. Hər yeni dərs ilində təzə qaydalar tətbiq olunur. Proqram, dərsliklər dəyişdirilir və sair. Bəs bu il necə, şagirdləri hansı yeniliklər gözləyir?

Təhsil Nazirliyi yeni tədris ili üçün 4 milyon 500 min nüsxədə dərslik nəşr edib. Belə ki, qurum 2010-2011-ci tədris ili üçün 111 adda dərsliyin və müəllim üçün vəsaitin çapını nəzərdə tutsa da, 4 adda dərsliyin çapı müəyyən səbəblərdən gecikib. Dərslik və Nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının sözlərinə görə, 2008-ci ildən Kurikulum modeli üzrə yeni təlim metodları əsasında dərsliklərin hazırlanmasına başlanılıb.

II siniflərin Alman və Fransız dili dərsliklərinin bir az gec, yəni, oktyabr ayında məktəblərə paylanacağını söyləyən Faiq Şahbazlı dərsliklərin istifadəsini 4 il üçün nəzərdə tutulduğundan bəzi dərsliklər 2010-2011-ci tədris ili üçün yenilənib. Təhsil Nazirliyi bu il milli azlıqların da istək və arzularını nəzərə alaraq dərsliklər çap edib.

“Udin dilində kitablar çap edilərək göndərilib. Yeni konstitusiya dərsliyi çap edilib. Ədəbiyyatda Mirzə İbrahimovu oçerk şəklində salmışıq, Qurban Səidi isə əlavə etmişik. İnformatika dərsliyi, VIII siniflər üçün rəsmxətt dərsliyi tamamilə yenilənib”, - deyə Faiq Şahbazlı vurğulayıb.

Şöbə müdiri bütün dərsliklərinin tam hazır olduğunu və 95 faizinin кespublikanin bütün orta məktəblərinə çatdırıldığını bildirib. Qurum rəsmisinin sözlərinə görə, artıq 3 ildir yeni modelə uyğun dərsliklər çap olunur. Lakin yeni təlim metodlarını bütün siniflərə tətbiq etmək olmaz. Bu metodu yalnız I sinifdən yeni təlim metodu ilə dərs alanlar daha yaxşı qavraya bilər. Elə bu səbəbdən də nazirlik 2011-2012-ci tədris ilində dərsliklərin yeni təlim metodlari ilə nəşr olunması üçün tender də elan edib.

ANSPRESS

Kateqoriya: Tehsil | Baxılıb: 510 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016