Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turlarda iştirak etməlidirlər - 14 Мая 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » May » 14 » Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turlarda iştirak etməlidirlər
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turlarda iştirak etməlidirlər
10:25

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turlarda iştirak etməlidirlər

Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı, onu təsdiq etdirməli və seçdikləri ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) mayın 31-dək TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turda iştirak etməli və müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər.

Seçmə tur Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə keçirilir.

QİK-lər ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan və Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Bakı şəhərində 6 (ADRA, BMA, AMK nəzdində Musiqi Kolleci, AMİU-nun nəzdində Texniki Lisey, ADMİU-nun “Səda” Tədris Teatrı, ADBTİA), regionlar üzrə isə 6 (Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Şəki Musiqi Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Ağdam Musiqi Kolleci) tədris müəssisəsində Qabiliyyət İmtahanı Komissiyası təşkil olunmuşdur.

Bundan əlavə Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə Gəncə şəhərində Gəncə Dövlət Dram Teatrında, Naxçıvan şəhərində Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Şəki şəhərində Şəki Dövlət Dram Teatrında və Lənkəran şəhərində Lənkəran Dövlət Dram Teatrında Seçmə tur keçiriləcəkdir. Hər bir istiqamət üzrə Seçmə turun cədvəli TQDK-nın internet səhifəsində yerləşdirilmişdir.

Qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, tapşırıq nümunələri və metodiki tövsiyələr bu il “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq və dizayn”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlərdə çap olunmuşdur. Həmçinin “aktyor sənəti” və “rejissorluq” ixtisasları üzrə TQDK-nın saytında (www.tqdk.gov.az Qabiliyyət imtahanları linki) audio material yerləşdirilmişdir.

Kateqoriya: Tehsil | Baxılıb: 1149 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016