XURAFAT - 4 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 4 » XURAFAT
XURAFAT
15:02

Xurafatin tərifi və tarixçəsi

Xurafat, ağıla söykənməyən əsassız əqidə və fikirlərə deyilir. Düzlüyü, xeyir və şər olması barədə məlumatımız yoxdur. Onları, rahat şəkildə yayılıb özünə yer tapdığına görə qəbul etmişik. Bəzi lüğət kitablarında xurafatçılıq «batil kəlam», «bihudə», «qarışıq» və «əfsanə» anlamını daşıyan söz kimi mənalanmışdır. Bəzi dini kitablarda yazılmış mətnlərdə xurafat haqqında belə yazılır: «Xurafə və ya xurafat, əql, məntiq və həqiqət ilə uyğunlaşmayan əsassız etiqadlardan ibarətdir. Məsələn, 13 rəqəminin uğursuzluğuna, qara rəngin bədniyabətliyinə, çalağan quşunun naləsinin fəlakət gətirəcəyinə və sairə inam bəsləmək.»

Xurafatın genişlənib yayılma tarixçəsi və qəbul olunması barədə olan məlumatları böyük filosof və təfsirçi ustad Əllamə Təbatəbainin ® nəzərinə istinad edirik. Məşhur təfsir kitabı olan «Əl-Mizan»-da yazır: «Bəşər, qədim əsrlərdən tutmuş bu günədək xurafata inanmışdır. Bəziləri xurafatpərəstiliyin şərqlilərin xüsusiyyətindən olduğunu güman edirlər. Əgər qərblilərin xurafatpərəstliyə olan hərisliyinin şərqlilərdən daha artıq olduğunu deməsək də, əslində, bu xüsusiyyət şərqlilərdə olduğu qədər qərblilərdə də vardır.

Alimlər xurafi adət-ənənələri yox etmək və onu insanların qəlbindən silmək üçün çarələr düşünmüş və düşünməkdə də davam edirlər. Avamların tənbeh olub qəflət yuxusundan ayılması üçün necə də incə hiylələrə əl atmışlar! Amma bu həkimlərin müalicəsi təsirsiz qalıb; insanlar hələ də xurafatdan ayrılmayıblar. Bunun səbəbi, bir tərəfdən insanların öz nəzərlərinə təqlid etmələri və onun təsirlərindən heç vaxt yaxa qurtarmamaları, digər tərəfdən də nəfsani hisslərdən, emosiyalardan kənarda qalmamalarıdır...»

PEYĞƏMBƏRLƏR RUHLARIN HƏKİMLƏRİDİR

Həkim Calinus həzrət İsa ibn Məryəmin (ə) hüzuruna göndərdiyi məktubda yazır:

«Bədənlərin həkimindən ruhların həkiminə!»

Bəli! İlahi peyğəmbərlər ruhların dini rəhbərləri, həkimləridirlər. Həkim Allah onları ayrı- ayrı şəxslər, həmçinin ictimaiyyətin ruhunun ağrı və xəstəliyinin müalicəsi üçün göndərmiş, bu təhlükəli və ağır məsuliyyəti onların öhdəsinə qoymuşdur. Onların arasında peyğəmbərlərin sonuncusu, tamamlayıcısı, bir həkim və bəşəriyyətin xilaskarı kimi həzrət Məhəmmədin (s) məqamı daha ucadır. Onun həmişəyaşar möcüzəsi olan Qurani-kərim, bütün dövrlərdəki bütün cəmiyyətlərin xilası üçün yeganə nüsxə kimi tanınmışdır. Qurani-məcid, Nəbiyyi-mükərrəmin peyğəmbərliyə məbus olması barədə buyurur:

«Peyğəmbər (s), onların belində olan ağır yükü götürmək və əl-ayaqlarına bağlanmış zəncirləri açmaq üçün məbus olundu.»

XURAFATIN ƏSİRLİK ZƏNCİRLƏRİ

Bundan məqsəd, əsirləri bağlayan dəmir-polad zəncirlər deyil, ərəblərin bağlandıqları xurafi əqidə və batil etiqadlarıdır. Bu batil əqidələr, dərəcə etibarı ilə, dəmirdən hazırlanmış əsarət zəncirlərindən daha ziyanlı və yolxucu idi. Çünki dəmir zəncirlər bir gün, nəhayət açılıb qopacaq. Amma xurafi fikir və əqidələri aradan götürmək, batil etmək asan iş deyil. Hər kəs bu çətin işin öhdəsindən gələ bilməz. Buna görə də, Allah-Təala camaatı bu əsarət zəncirlərindən azad etmək üçün xüsusi bəndələrini peyğəmbər olaraq seçib. Onlar da mükəmməl şəkildə öz vəzifələrini yerinə yetirib, həqiqi azadlığı bəşəriyyət üçün sovqat gətiriblər. Mövləvi, bu peyğəmbər və ilahi rəhbərlərin xidmətini və insanpərvər hərakatını belə qələmə alır:

Bir düşün, nə üçün Xətmi-ənbiya,

Özünə, Əliyə deyibdi «mövla»?!

Mövla o şəxsdir ki, unutma bir an,

Zənciri qırıbdır ayaqlarından.

Azadlıq çarçısı nəbilər ki, var,

Möminə azadlıq bəxş edər onlar.

İSLAMIN YAYILMASINDA ƏN MÜHÜM AMİL

Beləliklə də məlum oldu ki, ilahi elçilərin, xüsusən Rəsulallahın (s) peyğəmbərliyə məbus olmasında ən mühüm hədəf, cəmiyyətin fərdi-ictimai həyatında olan xurafi əqidələrin, cahil adət-ənənələrin aradan götürülməsidir.

İstər müsəlman, istərsə də qeyri-müsəlman elm adamları və böyük islamşünasların etiqadına görə, bu ilahi dinin misligörülməmiş şəkildə, təəccübdoğurucu və sürətli inkişaf və inteqrasiyasının əsas amili, onun xurafat, əfsanə və mövhumatla mübarizəsidir. İslamın kəramətli peyğəmbəri həzrət Məhəmməd (s) qılınc, zor gücü ilə qan töküb ölkələri fəth etməklə deyil, əql, məntiq və təfəkkür ilə meydana daxil olub özünün səmavi ayinini yaymaqla genişləndirdi. Müasir tarixçi ustad Ayətullah Subhani bu barədə yazır: «İslam Peyğəmbərinin (s) ən böyük iftixarlarından biri də budur ki, xurafat, mövhumat, əfsanə və xəyallarla mübarizə apararaq, bəşərin əql və düşüncəsini xurafatın toz və pasından yuyub təmizləyir. Rəsulallah (s) bu barədə belə buyurur: «Mən buna görə gəlmişəm ki, bəşər düşüncəsini gücləndirim, hər cür, hər rəngdə olan xurafatla – hətta o, hədəfimə kömək etsə belə – qətiyyətlə mübarizə aparım...»

O, uzun illər üzərində cahil fikirlərin, xurafi əqidələrin hökmranlıq etdiyi ərəb tayfalarının qarşısında belə deyirdi:

«İslamın vücuda gəlməsi ilə bütün cahilyyət mərasimləri (əqidələr, mövhumatın iftixarına səbəb olan vasitələr) məhv və yox olub, ayağımın altında qaldı.»

Qərbin müasir mütəfəkkirlərindən olan fransalı islamşünas professor Henri Kerbon deyir: «Əgər Məhəmmədin (s) fikirləri xurafi olub, Quranı ilahi vəhy olmasaydı, heç vaxt bəşəriyyəti elmə dəvət etməyə cürəti çatmazdı. Heç bir bəşər və düşüncə üsulu, Məhəmməd (s) və Quran qədər elmə dəvət etməyib. Halbuki, Quranda 950 dəfə elm və düşüncədən söz açılıb.»

Mövləvi Peyğəmbərin (s) bu mübarizəsi və doğurduğu təsiri barədə belə yazır:

«Ya Rəbb» desin deyə bütün ümmətlər,

Bütləri sındırdı böyük Peyğəmbər.

Gəlib yetməsəydi qəlbin hakimi,

Bütpərəst olardın əcdadın kimi.

Səni o ayırdı bütə səcdədən,

Ümmətlər üstündə haqqı var, bil sən.

XURAFATLA MÜBARİZƏ DİN TƏBLİĞATÇILARININ VƏZİFƏSİDİR

Mövhumat, xurafat və cahillik adət-ənənələrinin doğurduğu əqidələrlə mübarizə Rəsuli-əkrəmin (s) nəzərində o qədər əhəmiyyətli idi ki, Məaz ibn Cəbəli Yəmənə yolladığı zaman ona belə buyurdu:

«(Ey Məaz!) Cahiliyyətin təsirlərini, xurafi fikir və əqidələri camaatın arasında yox et! İslamın (əql və düşüncəyə dəvətdən ibarət olan) kiçik və böyük əmrlərini ayağa qaldır!»

Rəsulallah (s) özünün müqəddəs hədəfinə görə cahillik və xurafi alətlərdən istifadə etmədi. Xurafi və əfsanəpərəst ərəb, Günəşin tutulmasını onun oğlu İbrahimin ölümü ilə bağladıqları zaman Peyğəmbər (s) onlara qarşı çıxdı. İslam dininin xurafi və əfsanəvi yollarla inkişaf etməsinin qarşısını aldı. Onların avamlıq və nadanlığından sui-istifadə etmədi. Yəni İslam, xurafat, azdırıcı və qondarma göstərişlərlə deyil, düşüncə və əql yolundan ibarət olan üslubu ilə təbliğ olunmalı, insanları dinsizlik və etimadsızlıqla nəticələnən cahillik və nadanlıqdan uzaqlaşdırmalıdır. Haqq yolunu istəyirsən, doğru ol,

Doğru olsan, sənlədir bil, doğru yol.

Deməli, insanların Allah dinini kamil və dolğun qavramaları üçün din təbliğçisinin mühüm vəzifələrindən biri budur ki, xurafat və qondarma ayinlərlə mübarizə aparmaqla yanaşı, həqiqəti də xurafatdan ayırsın.

BİRLİK İnformasiya Mərkəzi

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 610 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016