Xaricdə təhsil almış gənclər Azərbaycanda dövlət qulluğuna qəbul olunublar - 20 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 20 » Xaricdə təhsil almış gənclər Azərbaycanda dövlət qulluğuna qəbul olunublar
Xaricdə təhsil almış gənclər Azərbaycanda dövlət qulluğuna qəbul olunublar
17:08

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı əsasında xaricdə təhsil almış beş məzun Azərbaycanın dövlət qurumlarında müvafiq vəzifələrə təyin olunublar.

Bu barədə cümə günü jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət qulluğu məsələləri üzrə komissiyanın sədr müavini Vəfadar Misirov bildirib.

"Həmin beş nəfər təhsil şurası tərəfindən dövlət qulluğuna təqdim olunub. Xaricdə təhsil alan məzunlar təhsillərini başa vurandan sonra, ehtiyat kadrlar siyahısına daxil edilir; ixtisaslarına uyğun olaraq dövlət qulluğu vəzifələrinə təyin olunurlar. Onların digərlərindən üstünlükləri dövlət qulluğuna müsabiqədənkənar qəbul olunmalarıdır. Onların dövlət qulluğunda tutduqları vəzifələrdə əməkhaqları digərlərindən fərqlənmir; işlərinin keyfiyyətinə görə isə digər dövlət qulluqçularından fərqlənməlidirlər", - Misirov əlavə edib.

Onun sözlərinə görə, xaricdə təhsil almağa göndərilən gənclər TQDK tərəfindən keçirilən imtahanlarda yüksək bal toplayan şəxslər arasından seçilirlər.

"Hazırda dövlət qulluğu üzrə xaricdə təhsil alan tələbələr daha çox beynəlxalq münasibətlər və hüquqşünaslıq üzrə təhsil alırlar. Gələcəkdə ixtisas siyahısı genişlənəcək. Azərbaycanda belə kadrlara tələbat kifayət qədər yüksəkdir", - Misirov deyib.

Misirov son dövlət qulluğu imtahanlarından da danışıb: "Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı keçirilən son müsabiqə üzrə 400-ə yaxın şəxs dövlət qulluğuna qəbul olunub. Həmin namizədlərin dövlət orqanlarına təqdimatı davam edir. Sonuncu - 7-ci müsabiqədə 1 300-ə yaxın namizəd test imtahanlarında iştirak edib. Hazırda dövlət qulluğunun ehtiyat kadr siyahısında 115 ehtiyat kadr var. Növbəti aylarda onların vəzifələr üzrə yerləşdirilməsinə başlanılacaq", - Misirov bildirib.

Kateqoriya: Tehsil | Baxılıb: 451 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016