Xaricdə təhsil alan azərbaycanlı tələbələr Qəbələyə səfər edib - 23 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 23 » Xaricdə təhsil alan azərbaycanlı tələbələr Qəbələyə səfər edib
Xaricdə təhsil alan azərbaycanlı tələbələr Qəbələyə səfər edib
17:02

Xaricdə təhsil alan azərbaycanlı gənclərin VIII beynəlxalq forumunun iştirakçıları Qəbələ rayonuna səfər ediblər.

APA-nın yerli bürosunun məlumatına görə, Qəbələ şəhərindəki «Qafqaz Riverside» otelində 30-dan artıq ölkənin nüfuzlu universitetlərində təhsil alan 180-ə yaxın azərbaycanlı tələbənin Milli Məclisin deputatı Fəttah Heydərovla görüşü olub.

F.Heydərov Azərbaycanda gənclərin yüksək təhsilə yiyələnməsi, onların sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışıb, gənclərin elmə, təhsilə, idmana, informasiya-kommunikasiya texnologiyalarından istifadəyə olan marağının xeyli artdığını qeyd edib. Millət vəkili Azərbaycanda savadlı, bacarıqlı gənclərin öz peşəsinə uyğun iş tapmaqda çətinlik çəkmədiyini bildirib. F.Heydərov tələbələrə təhsil aldıqları xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə edib.

Görüşdə Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək tələbələrə Azərbaycanda təhsil və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Daha sonra qonaqlar «Qafqaz-Gənclik» Mərkəzində və «Fitnes» İstirahət və Sağlamlıq Kompleksində istirahət edib, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi və rayonda həyata keçirilən quruculuq-abadlıq işləri ilə də tanış olublar.

Kateqoriya: Tehsil | Baxılıb: 348 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016