“Xəzər Lənkəran” “İnter”i məğlub etdi - 27 Февраля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Fevral » 27 » “Xəzər Lənkəran” “İnter”i məğlub etdi
“Xəzər Lənkəran” “İnter”i məğlub etdi
19:38

Bu gün Azərbaycan Premyer Liqasının təsnifat mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, XXII turun son oyunları baş tutub.

İkinci “altılıq”da oynayacaqları rəsmiləşən “Qəbələ” və “Gəncə” qolsuz “sülh”lə ayrılıb. Qar üzündən 1 saat gec oynamalı olan “Simurq”la “Muğan”ın görüşünün taleyini isə 1 qol həll edib. Salyanlılar sonda vurulan qolla uğurlu seriyanı davam etdiriblər.

Turun mərkəzi oyunu isə daha məhsuldar alınıb. Son ölkə çempionu “İnter”in qonağı olan “Xəzər Lənkəran” istəyinə 3 qolla çatıb.

“Neftçi”dən uzaq düşməməyə çalışan lənkəranlıların böyük hesablı qələbəsinə isə yalnız penalti imkan verməyib. “Birlik kuboku”nun bombardiri Girts Karlson komandasını biabırçılıqdan xilas edən təsəlli qolunu vurub. Lakin bakılılar bu turadək sahib olduqları 3-cü pillə ilə vidalaşıblar. Belə ki, “Qarabağ” 2 gün əvvəl “İnter”i arxada qoymuşdu.

<span style="color:green">27 fevral

14:00. "Qəbələ" - "Gəncə" - 0:0
QIRMIZI VƏRƏQƏ: Ramal Hüseynov, 42
Hakimlər: Ramil Diniyev, Azad Ə. Hüseynov, Azad Q. Hüseynov, Rasim Məmmədov
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0

15:00. "Simurq" - "Muğan" - 0:1
QOL: Con Pelu, 82
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Elşən Acalov, Vüsal Əliyev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
İlk dövrədəki oyun – 0:1

16:00. "İnter" - "Xəzər Lənkəran" - 1:3
QOLLAR: Girts Karlson, 60-p - Hristu Kiaku, 9, Adrian Pit, 19, Uinston Parks, 50
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Munis Abdullayev, Rauf Cabbarov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:0

Turnir cədvəli

1 Neftçi 22 14 6 2 40-9 48
2 Xəzər Lənkəran 22 14 5 3 28-12 47
3 Qarabağ 22 13 3 6 30-14 42
4 İnter 22 12 4 6 24-16 40
5 AZAL 22 9 9 4 27-16 36
6 Bakı 22 9 6 7 28-21 33
7 Qəbələ 22 8 7 7 19-14 31
8 Muğan 22 7 6 9 14-23 27
9 Gəncə 22 5 9 8 23-27 24
10 Turan 22 3 6 13 17-35 15
11 Simurq 22 2 6 14 12-34 12
12 MOİK 22 1 3 18 6-47 6

Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15</span>

APASPORT

Kateqoriya: Idman | Baxılıb: 347 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Fevral 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016