Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyuL » 16 » Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilir
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilir
13:19

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 15-dən 26-dək TQDK-nın internet saytının müvafiq bölməsində qeydiyyatdan keçməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müraciəti əsasında Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edir.

Müsabiqədə:
- TQDK tərəfindən I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 300 və daha yüksək bal toplayan
– 16-20 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar);
– yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı qrupa daxil olan namizədlər üçün minimum boy/çəki standartları: müvafiq olaraq 16 yaş üçün - 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq-dır; 18 və yuxarı yaş qrupuna daxil olan namizədlər üçün minimum boy/çəki standartları: 169 sm və 54 - 74 kq arası);
– sağlamlıq baxımından, həmçinin psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan "Hərbi müdavim ola bilər" qeyd olunmuş arayış alan;
– nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla və ya kişi ilə nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan;
– nitqində hər-hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayan
namizədlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 15-dən 26-dək TQDK-nın internet saytının müvafiq bölməsində qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat başa çatdıqdan sonra 40 nəfər namizəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunacaqlar. Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş 30 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edəcəklər.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 10 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcəklər.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaqlar.

Qeyd edək ki, Türkiyə Respublikasi Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinin əsası (Kara Harp Okulu) 1834-cü ildə İstanbul şəhərində qoyulub. XIX əsrin əvvəllərində elm və texnologiya sahəsində əldə olunmuş nailiyyətlər hərb sənətində də yeniliklərin tətbiq olunmasını tələb edirdi. Bunu nəzərə alan Osmanlı dövləti ordu quruculuğunda ciddi islahatlar aparmaq, o dövr üçün müasir biliklərə malik zabit hazırlığı aparmaq məqsədilə adı çəkilən tədris müəssisəsinin yaradılmasını qərara alıb. 1845 –ci ilədək hərbi məktəbdə əsasən piyada və süvari zabit hazırlığı aparılıb, 1908-ci ildən isə tədris proqramları genişləndirilərək müəssisə ali hərbi məktəbə çevrilib.
1936-cı ilin sentyabr ayından tədris müəssisəsi paytaxt Ankaraya köçürülüb. 2000-ci il mayın 11-də Türkiyə Böyük Millət Məclisində qəbul edilən “Hərbi Məktəblər Qanunu” ilə Quru Qoşunları Ali Hərbi Məktəbi universitet statusuna malik ali təhsil müəssisəsi kimi təsdiq olunmuşdur. Hazırda tədris müəssisəsində kursantlara əyani təhsil forması üzrə 4 il müddətində təhsil verilir. Tədris yalnız türk dilində aparılır.

Kateqoriya: Tehsil | Baxılıb: 842 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024